Məhkəmə qərarları › İş №2(079)-252/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-252/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-252/2020 27.08.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, iddiaçı təşkilat «xxxxxxx» KB X6 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçıtəşkilat «xxxxxxx» KB X11xx xxxxxx 2020-ciil tarixdə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2739.86 (iki min yeddi yüz otuz doqquz manat, 86 qəpik) manat əsas, 308.17 (üç yüz səkkiz manat, 17 qəpik) manat faiz və 1.16 (bir manat, 16 qəpik) manat cərimə olmaqla, cəmi 3049.19 (üç min qırx doqquz manat, 19 qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manatməbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat «xxxxxxx» KB X1 əsaslandırmışdır ki, «xxxxxxx» KB X7 Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29 % ödəmək şərtilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir nəticə verməmişdir və iddiaçı təşkilat “xxxxxxx” KB X11öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iddiaçı təşkilat «xxxxxxx» KB X6 ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəfin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə «xxxxxxx» KB X4 bağlanmış 64nkNFT/19 saylı, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə əsasən Bank “Borcalana” 36 ay müddətinə, illik 29 % faiz olmaqla 3500 (üç min beş yüz) manat məbləğdə krediti müştərinin mülkiyyətinə verir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3.7.1-ci maddəsinə görə Borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündə pozduqda, Bank Borcalanın bu müqaviləyə bir tərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər. İş materiallarına əlavə olunmuş 953945 X9 görünür ki, Cavabdeh 3461 manat məbləğində pulu iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 64nkNFT/19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. xx xxx 2020-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə «xxxxxxx» KB X10 2739.86 (iki min yeddi yüz otuz doqquz manat, 86 qəpik) manat əsas, 308.17 (üç yüz səkkiz manat, 17 qəpik) manat faiz və 1.16 (bir manat, 16 qəpik) manat cərimə olmaqla, cəmi 3049.19 (üç min qırx doqquz manat, 19 qəpik) manat məbləğində borcu mövcuddur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı təşkilat «xxxxxxx» KB X11 və Cavabdeh arasında 64nkNFT/19 saylı, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, «xxxxxxx» KB ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 29 % ödəmək şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmiş və kredit müqaviləsi şərtlərinə borclu Cavabdeh tərəfindən əməl edilməmiş, o, yaranmış pul borcu və həmin borca hesablanmış faiz və cərimə pulunu qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı təşkilat «xxxxxxx» KB X8rşısında 2739.86 (iki min yeddi yüz otuz doqquz manat, 86 qəpik) manat əsas, 308.17 (üç yüz səkkiz manat, 17 qəpik) manat faiz və 1.16 (bir manat, 16 qəpik) manat cərimə olmaqla, cəmi 3049.19 (üç min qırx doqquz manat, 19 qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat «xxxxxxx» KB X11öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı təşkilat «xxxxxxx» KB X5 aldığı kredit üzrə əsas, faiz və cərimə borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan məlum olur ki, Cavabdeh Babək rayonu, Nehrəm kəndində qeydiyyatdadır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 2739.86 (iki min yeddi yüz otuz doqquz manat, 86 qəpik) manat əsas, 308.17 (üç yüz səkkiz manat, 17 qəpik) manat faiz və 1.16 (bir manat, 16 qəpik) manat cərimə olmaqla, cəmi 3049.19 (üç min qırx doqquz manat, 19 qəpik) manat tutularaq iddiaçı təşkilat «xxxxxxx» Kommersiya Bankı X10 verilməlidir. İddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiatəmin edilsin. Cavabdeh 2739.86 (iki min yeddi yüz otuz doqquz manat, 86 qəpik) manat əsas, 308.17 (üç yüz səkkiz manat, 17 qəpik) manat faiz və 1.16 (bir manat, 16 qəpik) manat cərimə olmaqla, cəmi 3049.19 (üç min qırx doqquz manat, 19 qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun tutularaq iddiaçı təşkilat «xxxxxxx» Kommersiya Bankı X10 ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar