Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-253/2021 17.05.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “17” may 2021-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 25 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 480.13 (dörd yüz səksən manat, on üç qəpik) manat əsas, 88.35 (səksən səkkiz manat, otuz beş qəpik) manat faiz, 104.48 (bir yüz dörd manat, qırx səkkiz qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə 25 yanvar 2021-ci il tarixdən 02 aprel 2021-ci il tarixədək gecikmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3,9 (üç manat, doxsan qəpik) məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 676.86 (altı yüz yetmiş altı manat, səksən altı qəpik) manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 284-1-ci maddəsinə əsasən iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı olan iddianın qiyməti iki min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasını xahiş etmişdi. Bu səbəbdən də qeyd edilən ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23-1-ci fəslində nəzərdə tutulmuş normalar tətbiq edilməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Həmin fəsildə olan 284-4-cü maddədə isə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. Həmin əsaslardan biri də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamasıdır. Məhkəmə qanunvericiliyin sonuncu qeyd edilən normasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, 25 iyul 2019-cu ildə tərəflər arasında “Fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər” müqavilə bağlanmış və həmin müqavilənin preambula hissəsində qeyd edilir ki, standart şərtlərdə digər tənzimlənmə şərtləri nəzərdə tutulan münasibətlər tərəflər arasında o zaman yaranmış hesab edilir və standart şərtlərlə də tənzimlənir ki, müştəri tərəfindən standart şərtlərlə müəyyən edilmiş formada (yazılı formada və ya SMS, elektron imza, internet vasitəsilə) müqavilə imzalanmış (bağlanmış) olsun. Standart şərtlər müştərilərlə bu şərtlərdə nəzərdə tutulan məqsədlər üçün bağlanılan müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur və bu barədə qeyd müştərilərlə bağlanılan müqavilədə öz əksini tapır. Müqavilə dedikdə isə bank və müştərinin fiziki və ya elektron imzası vasitəsilə və yaxud tərəflərdən birinin digər tərəfə sms-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj) göndərdiyi şərtlərə müvafiq tərəfin razılığının sms-lə bildirməsi vasitəsilə təsdiqlənən, yəni imzalanan, bank və müştəri arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən, dəyişdirən və ya xitam edən razılaşma başa düşülür. Həmçinin onun ayrılmaz tərkib hissələri olan əlavələr də nəzərdə tutulur, Müqaviləyə istinad eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan əlavələrə də istinaddır. Standart sərtlər və müştərinin imzaladığı müqavilələr də birlikdə müqavilə hesab olunur. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş şərtlərə müştəri tərəfindən SMS vasitəsilə razılığın verilməsi şəxsi imzanın analoqu kimi qiymətləndirilir və şəxsi imza ilə eyni hüquqi qüvvəlidir. Həmçinin qeyd edilən müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin SMS-lə rəsmiləşdirilməsi üçün müştəri banka Sms-lə və ya bankın rəsmi internet ünvanı olan www.nikoil.az internet ünvanı vasitəsilə müraciət etdikdən sonra əsas şərtlər bank tərəfindən müştərinin mobil telefon nömrəsinə SMS-lə göndərilir. Göndərilən şərtlərin qəbul edilməsi ilə bağlı müştəri tərəfindən banka sms göndərildikdən sonra müqavilə rəsmiləşdirilmiş hesab olunur. Bank tərəfindən mobil telefon nömrəsinin Müştəriyə aid olmasının müəyyən edilməsi üçün müştəri ona məxsus telefon nömrəsini banka yazılı surətdə təqdim etməlidir. Müştəri bəyan edir ki, onun banka təqdim etdiyi telefon nömrəsi vasitəsilə (SMS-lə) müqavilənin rəsmiləşdirilməsinin digər şəxs tərəfindən həyata keçirilməsi halına, mobil telefon nömrəsinin rəsmi qaydada onun adına olmaması halına istinad etməyəcəkdir. Bank tərəfindən hesab ediləcəkdir ki, müştərinin banka təqdim etdiyi telefon nömrəsi vasitəsilə (SMS-lə) müqavilənin rəsmiləşdirilməsi üçün edilən bütün hərəkətlər müştərinin özü tərəfindən həyata keçirilmişdir. Müştəridən asılı olan hər hansı bir səbəbdən SMS-lə müqavilənin rəsmiləşdirilməsinin nəticəsi baş verdikdən sonra (məsələn, müştəriyə kredit xəttinin ayrılması və s.)müştəri müvafiq müqavilənin rəsmiləşdirilməsindən xəbər tutarsa və etirazı olarsa, müqavilənin rəsmiləşdirilməsinin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlər görməli, banka müraciət etməli və kredit verilərsə, onu banka dərhal qaytarmalıdır. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş şərtlərə müştəri tərəfindən SMS vasitəsilə razılığın verilməsi şəxsi imzanın analoqu kimi qiymətləndirilir və şəxsi imza ilə eyni hüquqi qüvvəlidir; Bundan əlavə müqavilənin 4-cü bəndi ilə isə müəyyən edilir ki, bank hazırki standart şərtlərə və qanunvericiliyin, digər normativ xarakterli aktların, həmçinin bank daxili qaydaların tələblərinə uyğun olaraq aşağıdakı şərtlərlə müştəriyə kredit xətti ayıra bilər. Kredit xəttinin maksimal limiti 15000 (on beş min manat) AZN olaraq müəyyən edilir. Kredit xətti 25 iyul 2019-cu il tarixindən 25 iyul 2024-cü il tarixinədək açılır. Ödəniş tarixi kredit verildiyi (müştərinin hesabına köçürüldüyü) tarixdən sonra 30-cu təqvim günü ( müştəri kredit verildikdən sonra banka müraciət edərək, lakin bankın mülahizəsinə uyğun olaraq, ödəniş tarixini 30 gündən çox olmamaqla dəyişdirə bilər), kredit xətti üzrə illik faiz dərəcəsi 27 faiz, günlük cərimə isə 0.2 faiz təşkil edir. Kredit xətti bank tərəfindən ayrılan kreditin maksimal limitini müəyyən edir və bankın qeyd edilən məbləğin müştəriyə vermək öhdəliyini ifadə etmir. Kredit üzrə ödənişlərin, faizlərin və digər ödənişlərin hesablanması üçün əsas hesab edilən kredit məbləği bank tərəfindən hazırki standart şərtlərə və qanunvericilıiyin, digər normativ xarakterli aktların, həmçinin bank daxili qaydaların tələblərinə uyğun olaraq müəyyən edildikdən sonra müştərinin bankda olan hesabına köçürülmüş məbləğ hesab ediləcəkdir. Kredit verildiyi halda, müştəri aldığı kreditin və kredit üzrə hesablanacaq faizləri müqavilə ilə (əlavə razılaşma ilə) müəyyən edilmiş müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürür. Kreditin növü, məbləği, valyutası, kreditin qaytarılması müddəti, təminat şərtləri (əgər olarsa), kreditdən istifadəyə görə illik faiz dərəcəsi, komissiyan haqqı hazırki standart şərtlərdə nəzərdə tutulmuş qaydada müştəri ilə bağlanılacaq əlavə razılaşma ilə müəyyən edilə bilər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Göründüyü kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Müqavilənin şərtlərindən aydın olur ki, standart şərtlərdə nəzərdə tutulan münasibətlər tərəflər arasında o zaman yaranmış hesab edilir və standart şərtlərlə də tənzimlənir ki, müştəri tərəfindən standart şərtlərlə müəyyən edilmiş formada (yazılı formada və ya SMS, elektron imza, internet vasitəsilə) müqavilə imzalanmış (bağlanmış) olsun. Həmçinin müqavilə şərtlərinə əsasən bankın müqavilədən irəli gələn əsas öhdəliyi krediti cavabdehə vermək və ya müştərinin hesabına köçürməkdir. Çünki ödəniş tarixi məhz bu anla müəyyən edilir. İddiaçı ərizəsində cavabdehə 24 faizlə 18 ay müddətinə 1000 manat məbləğində kredit verilməsini qeyd etsə də, məhkəməyə təqdim edilmiş 25 iyul 2019-cu il tarixli müqavilədən bunu müəyyən etmək mümkün olmur. Hazırki vəziyyətdə isə iddiaçı öz tələbinin təsdiq edən halların mövcudluğu ilə əlaqədar təqdim etməli olan əsas sübutlarla bağlı, yəni müqavilə, kreditin cavabdehə verilməsi və ya onun hesabına köçürülməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. Yəni İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini təsdiq edən sənədləri tam təqdim etməyib. Həmçinin iddiaçı kredit müqaviləsi üzrə 25 yanvar 2021-ci il tarixdən 02 aprel 2021-ci il tarixədək gecikmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3,9 (üç manat, doxsan qəpik) məbləğində əldən çıxmış fayda tələb etdiyindən, məhkəmə qeyd edir ki, bunun müəyyən edilməsi xüsusi tələb edən və iddia icraatı qaydasında həll edilməli məsələdir. Bunun üçün məhkəməyə müvafiq hesabdan çıxarış təqdim edilməlidir. Məhkəmə iddiaçıya bildirir ki, tərəflər arasında müqavilə bağlanması onların arasında həmin müqavilədən irəli gələn öhdəliklərin icrası demək deyil. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair ərizəsi icraata qəbul edilməkdən imtina olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r v e r d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə ərizənin qəbul edilməsindən imtina olunsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim : Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-253/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-253/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver