Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-254/2021 17.08.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bank Olmayan Kredit Təşkilatı İddiaçı 17 may 2021-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 02 sentyabr 2019-cu il tarixli, L-BK- 0048334-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh 5961.27 (beş min doqquz yüz altmış bir manat, iyirmi yeddi qəpik) manat əsas, 494.79 (dörd yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində faiz, 452.06 (dörd yüz əlli iki manat, altı qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 6908.12 (altı min doqquz yüz səkkiz manat, on iki qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Bank Olmayan Kredit Təşkilatı İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçınə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə əsasən onunla Bank Olmayan Kredit Təşkilatı İddiaçı arasında 02 sentyabr 2019-cu il tarixli, L-BK-0048334-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “ev tikintisi” məqsədilə borcluya borcluya 15 ay müddətinə aylıq 3% (üç), illik 36 (otuz altı) faiz olmaqla 10000 (on min) manat məbləğində kredit verilmişdi. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 02 sentyabr 2019-cu il tarixdən bugünə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 4038.73 (on min otuz səkkiz manat, yetmiş üç qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 2827.27 (iki min səkkiz yüz iyirmi yeddi manat, iyirmi yeddi qəpik) manat olmaqla, cəmi 6866.00 (altı min səkkiz yüz altmış altı) manat məbləğində pul ödəmişdir. Hal-hazırda Cavabdeh təşkilata 5961.27 (beş min doqquz yüz altmış bir manat, iyirmi yeddi qəpik) manat əsas, 494.79 (dörd yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat faiz borcu var. Bundan əlavə Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli, L-BK-0048334-F saylı Kredit müqaviləsinin 6.7-ci maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 452.06 (dörd yüz əlli iki manat, altı qəpik) manat təşkil edir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ var. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********676 nömrəli, 29 oktyabr 2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd olunan iddia ərizəsi Babək Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdi. “01” iyun 2021-ci il tarixdə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclası keçirilmiş və iş üzrə məhkəmə baxışı iclası “29” iyun 2021-ci il tarixə Babək Rayon Məhkəməsinin inzibati binasına təyin olunmuş və məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi iddiaçıya və cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş rəsmi qaydada verilmişdi. Belə ki, mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında 12 avqust 2021-ci il tarixli, ********** nömrəli teleqramdan görünür ki, məhkəmə bildirişi iddiaçıya 08 iyun təqdim edilib. Həmçinin məhkəmə iclaslarının vaxtı və yeri barədə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Bank Olmayan Kredit Təşkilatı İddiaçı məhkəməyə təqdim etdiyi ***- ***-**-** mobil telefon nömrəsinə SMS göndərilmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilmiş məhkəmə bildirişləri isə onun Babək rayonu, Kültəpə kəndində yaşamaması səbəbindən məhkəməyə geri qayıtmışdı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsaslanmaqla məhkəmə bildirişləri tərəflərin qeydiyyatda olduqları yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Kültəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərmişdi. Məhkəmə tərəflərin nəzərinə çatdırılır ki, həmin Məcəllənin 137.2-ci maddəsinin tələbinə görə yuxarıda qeyd edilən hal məhkəmə sənədinin rəsmi qadada verilməsi hesab olunur. “29” iyun 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclası isə tərəflərin məhkəmə iclasında iştirak etməməsinə görə təxirə salınaraq, “29” iyul 2021-ci il tarixə saat 1000-a Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş və bu barədə tərəflərə 29 iyun 2021-ci il tarixli, 2(079)-254/2021 nömrəli sifarişli poçt göndərişi (məhkəmə bildirişi) göndərilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında 12 avqust 2021-ci il tarixli, ********** nömrəli teleqramdan görünür ki, məhkəmə bildirişi iddiaçıya 02 iyul 2021-ci il tarixdə təqdim edilmişdir. Bundan əlavə məhkəmə iclaslarının vaxtı və yeri barədə yenə də Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Bank Olmayan Kredit Təşkilatı İddiaçı məhkəməyə təqdim etdiyi ***-***-**-** mobil telefon nömrəsinə SMS göndərilmişdi. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən bəndinə görə sonuncu qeyd edilən halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə bildirişlərinin iddiaçıya təqdim edilməsi barədə məhkəməyə məlumat daxil olmadığından “29” iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclası tərəflərin məhkəmə iclasında iştirak etməməsinə görə təxirə salınaraq, “17” avqust 2021-ci il tarixə saat 1000-a Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş və bu barədə tərəflərə 29 iyul 2021-ci il tarixli, 2(079)-254/2021 nömrəli sifarişli poçt göndərişi (məhkəmə bildirişi) göndərilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, məhkəmə bildirişi iddiaçıya 04 avqust 2021-ci ildə, Babək Rayon İcra Hakimiyyətinin Kültəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə isə 02 avqust 2021-ci ildə təqdim edilmişdir. Bundan əlavə məhkəmə iclaslarının vaxtı və yeri barədə yenə də Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Bank Olmayan Kredit Təşkilatı İddiaçı məhkəməyə təqdim etdiyi ***-***-**-** mobil telefon nömrəsinə SMS göndərilmişdi. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və Bank Olmayan Kredit Təşkilatı İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.6cı maddələrinin tələbinə görə tərəflər məhkəməyə gəlmədikdə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və Bank Olmayan Kredit Təşkilatı İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, o, iddia qaldırılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəfər Cabbarlı filialı vasitəsi ilə 06 may 2021-ci il tarixli, 26455 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırılarkən Bank Olmayan Kredit Təşkilatı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəfər Cabbarlı filialı vasitəsi ilə 06 may 2021-ci il tarixli, 26455 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-254/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-254/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver