Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-256/2020 08.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, “xxxxxxxxxxx” X2 Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “xxxxxxxxxxx” X5 xx xxxxxx 2020-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə bank arasında bağlanılmış xx xxxx 2019-cu il tarixli, NRNPU-5380 nömrəli kredit müqaviləsi üzrə 625.7 (altı yüz iyirmi beş manat, yetmiş qəpik) manat əsas borc, 85.91 (səksən beş manat, doxsan bir qəpik) manat faiz borcu, 220 (iki yüz iyirmi) manat dəbbə pulu, ümumilikdə isə 931.61 (doqquz yüz otuz bir manat, altmış bir qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulub iddiaçı “xxxxxxxxxxx” X2 xeyrinə ödənilməsi barədə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, “xxxxxxxxxxx” X5 Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, NRNPU-5380 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 23% (iyirmi üç) faiz dərəcəsi olmaqla 13 (on üç) ay müddətinə 1100 (bir min yüz) manat məbləğində kredit verilmişdi. Həmin müqavilənin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə,penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdi. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, NRNPU-5380 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli kreditin ödəniş cədvəli əsasında, hər ayın 21-dən gec olmayaraq hər ay 96.4 (doxsan altı manat, qırx qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçı və cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. İddiaçı “xxxxxxxxxxx” X2 nümayəndəsi Xəyalə Məmmədova xx xxxxxxxx 2020-ci il tarixli, ********** nömrəli teleqramla Babək Rayon Məhkəməsinə müraciət edərək məhkəmə baxışı iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilərək işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçı “xxxxxxxxxxx” X2 nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, iddiaçı “xxxxxxxxxxx” X5 ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin iddiaçıdan illik 23 faizlə 13 ay müddətində 1100 (bir min yüz) manat məbləğində kredit götürməsi barədə razılığa gəlmələri işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş kredit müqaviləsi ilə təsdiq olunur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş xx xxxx 2019-cu il tarixli, NRNPU-5380 nömrəli kredit müqaviləsindən “xxxxxxxxxxx” X5 ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin “xxxxxxxxxxx” ASC-dən illik 23 faizlə 13 ay müddətində 1100 (bir min yüz) manat məbləğində kredit götürməsi barədə tərəflərin razılığa gəlmələri aydın olur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi müqavilə üzrə Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli hallarıdır. İşin mübahisəli hallarını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi qismən əsaslı sayılaraq, həmin hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan aydın olur ki, iş üzrə Cavabdeh Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatdadır. Məhkəmə tərəfindən xx xxxxxx 2020-ci il tarixli məktubla iddia ərizəsi və iddia ərizəsinin icraata götürülməsi və mülki işin baxılmağa hazırlanması haqqında qərardadın surəti cavabdehin faktiki yaşadığı ünvana göndərilsə də, göndərilmiş məhkəmə sənədləri onun həmin ünvanın tam olmaması səbəbindən rabitə orqanı tərəfindən geri qaytarılmışdı. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsaslanmaqla həmin sənədlərini Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərmişdir. Məhkəmə iş üzrə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən yuxarıda qeyd edilən sonuncu hal məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Bundan əlavə məhkəmə iclaslarının vaxtı və yeri barədə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Cavabdeh məhkəməyə təqdim edilmiş ***-***-**-** nömrəli mobil telefon nömrələrinə SMS göndərilmişdi. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən bəndinə görə sonuncu qeyd edilən hal da məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə ilk öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın qismən təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, “xxxxxxxxxxx” X5 ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli, NRNPU-5380 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin 1.1-ci bəndinə əsasən borc verən həmin müqavilənin şərtləri daxilində borc alana istehlak məqsədilə 1100 (bir min bir yüz manat) manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti həmin müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür; -həmin müqavilənin 2.2, 2.4 və 2.6-cı bəndlərinə görə kredit 13 (on üç) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 1100 (bir min bir yüz manat) çox manatdan olmamalıdır. Kreditə görə illik 23 (iyirmi üç) faiz hesablanır. Kreditdən istifadə müddəti dedikdə, kredit vəsaitlərinin borc alana verildiyi və onun müvafiq bank hesabına köçürüldüyü andan, faktiki olaraq borc alanın borc verəndə olan müvafiq bank hesabına qaytarılan anadək olan müddət hesab edilir. Kreditin borc verənə tam qaytarıldığı (bağlandığı) gün faiz hesablanmır. Kredit üzrə faizlər kreditin verildiyi gündən (həmin gün daxil olmaqla) hesablanır. Borc alan krediti uzadılmış əməliyyat günü (iş günü) hesab olunan vaxtda aldıqda, kredit üzrə faizlər növbəti əməliyyat günündən (iş günündən) hesablanmağa başlayır. -müqavilənin 7.2-ci bəndində isə qeyd edilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olmur. Bu müqaviləyə yalnız borc alan borc verən qarşısında olan öhdəliklərini, yəni əsas və faiz borcunu, habelə dəbbə və digər cərimə və.s. borclarını tam ödədikdən sonra xitam verilə bilər. Yuxarıda da qeyd edildiyi kimi mülki iş materiallarından aydın olur ki, tərəflər arasında borc (kredit) müqaviləsindən irəli gələn öhdəliklər mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həm qeyd edilən maddi hüquq normasından, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, onlar arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli, gk210619-102 nömrəli kassa məxaric orderi ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda “xxxxxxxxxxx” X5 ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Bundan əlavə İddiaçı X5 tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 23-02/070 xəbərdarlıqdan cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinin təmin etməməsi və bu borcun ödənilməsi üçün ona 3 gün müddət müəyyən olunması müəyyən olunur. İddia ərizəsinə əlavə olunmuş yol qaiməsindən “xxxxxxxxxxx” X5 tərəfindən Cavabdeh ünvanlanmış həmin xəbərdarlığın sonuncunun Babək rayonu, Cəhri kəndindən köçməsinə görə təqdim edilməməsi müəyyən olunur. Yuxarıda qeyd edilən halla bağlı məhkəmə cavabdehin nəzərinə çatdırır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən borc alan hüquqi ünvanını dəyışməsi barədə 3 (üç) gün müddətində borc verənə məlumat verməlidir. Əks halda borc verən məsuliyyət daşıyır. Müqavilədə isə borclunun ünvanı kimi ünvan 2 edilmişdi. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, RB-02/PK-4402 nömrəli maliyyə arayışında Cavabdeh “xxxxxxxxxxx” X4 625.7 (altı yüz iyirmi beş manat, yetmiş qəpik) manat məbləğində əsas borcu və 85.91 (səksən beş manat, doxsan bir qəpik) manat məbləğində faiz borcu olması qeyd edilir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli NRNPU-5380 nömrəli kredit müqaviləsinin 4-cü bəndindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. İddiaçının cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, NRNPU-5380 nömrəli kredit müqaviləsinin isə 2.14.1, 2.14.2 və 6.2-ci bəndlərindən aydın olur ki, onlar dəbbə pulu ilə bağlı aşağıdakı razılığa gəlmişlər: - Borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə müqavilənin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) cərimə tətbiq edilir. Borc alan “Kreditin ödəniş cədvəli”nə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Lakin cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, RB-02/PK- 4402 nömrəli maliyyə arayışında Cavabdeh “xxxxxxxxxxx” X4 220 (iki yüz iyirmi) manat miqdarında cərimə borcu olması qeyd edilmişdi. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun xx xxxx 2019-cu il tarixli, NRNPU-5380 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 625.7 (altı yüz iyirmi beş manat, yetmiş qəpik) manat əsas borc, onun gecikdirilməsinə görə 220 (iki yüz iyirmi) manat məbləğində (əsas borcun 35 faizı məbləğində) cərimə borcu tələb etməsi aydın olur. Tələbdən aydın olur ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, tələb edilən cərimə borcunun 10 faizi, yəni 62,60 (altmış iki manat, altmış qəpik) manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qısmən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 24,90 (iyirmi dörd manat, doxsan qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - xx xxxx 2019-cu il tarixli, NRNPU-5380 nömrəli kredit müqaviləsi üzrə 625.7 (altı yüz iyirmi beş manat, yetmiş qəpik) manat məbləğində əsas borc, 85.91 (səksən beş manat, doxsan bir qəpik) manat məbləğində faiz borcu, 62.6 (altmış iki manat, altmış qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 774.21 (yeddi yüz yetmiş dörd manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq “xxxxxxxxxxx” X4 ödənilməli; -iddia qismən təmin olunduğundan 24,90 (iyirmi dörd manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq “xxxxxxxxxxx” X4 ödənilməli; -iddia digər hissədə əsası sayılmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin olunsun. xx xxxx 2019-cu il tarixli, NRNPU-5380 nömrəli kredit müqaviləsi üzrə 625.7 (altı yüz iyirmi beş manat, yetmiş qəpik) manat məbləğində əsas borc, 85.91 (səksən beş manat, doxsan bir qəpik) manat məbləğində faiz borcu, 62.6 (altmış iki manat, altmış qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 774.21 (yeddi yüz yetmiş dörd manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq “xxxxxxxxxxx” X4 ödənilsin. Həmçinin Cavabdeh 24,90 (iyirmi dörd manat, doxsan qəpik) manat miqdarında dövlət rüsumu tutularaq “xxxxxxxxxxx” X4 verilsin. İddia digər hissədə əsası sayılmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-256/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-256/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver