Məhkəmə qərarları › İş №2(079)-258/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-258/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-258/2025 02.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 Abuzər oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abuzər oğlundan müştərək qaydada ona olan 2350 ( iki min üç yüz əlli) manat borcun və ödəmiş olduğu 44 (qırx dörd) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, 09 oktyabr 2024-cü il tarixdə Babək rayonu Hacıvar kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 Abuzər oğlu ilə razılaşaraq onlardan bir inək və yanında bir balasını aldım və bunun müqabilində onlara 2350 (iki min üç yüz əlli) manat pul ödədim. Qeyd edim ki, Araz və Abuzərin mal-qara alveri ilə məşğul olduğunu mənə X5 demişdi. Pulu qardaşlarım X3 və X2 yanında nağd şəklində ödədim. Aldığım inəkdən kifayət qədər süd təmin edə bilmədiyim üçün 10 oktyabr 2024-cü il tarixdə Cavabdeh1 dedim ki, inək yetərincə süd vermir və bu səbəbdən də, inəyi qaytarmaq istəyirəm. Araz mənə dedi ki, həmin inəyin əvəzində sənə başqa inək gətirərəm. Əgər başqa inək tapa bilməsəm, onda inəyi qaytararsan mənə, mən də pulunu sənə qaytararam. 21 oktyabr 2024-cü il tarixdə Araz özü gəlmədi, Səməd adlı birini bizə göndərdi və inəyi və balasını geri götürdülər. Həmin vaxt mən Arazdan pulumu qaytarmasını tələb etdim. Araz pulunun olmadığını, lakin uzağı 5-6 gün ərzində pulumu qaytaracağını dedi. Aradan 4 aydan çox vaxt keçmişdir, amma bugünədək mənə heç nə ödəməmişdir. Dəfələrlə pulumu qaytarmasını tələb etsəm də, fərqli bəhanələrlə pulu ödəməkdən boyun qaçırmışdır. Bu məsələ ilə bağlı Babək rayon Polis İdarəsinə müraciət etdim. Polis İdarəsində Cavabdeh1 izahatı alındı və bildirildi ki, hər ayın 1-i mənə 300 (üç yüz) ödəniləcək, lakin yenə də pulu mənə ödənmədi. Bu səbəbdən də məhkəməyə müraciət etməli oluram. Əlavə olaraq aşağıdakı şəxslərin məhkəmə iclasında şahid kimi dinlənilməsini xahiş edirəm.

1. X3. (Babək rayonu, Zeynəddin kəndi, ***-***-**-**)

2. X4. (Babək rayonu, Zeynəddin kəndi, ***-***-**-**)

3. X5. (Babək rayonu, Zeynəddin kəndi, ***-***-**-**) İddiaçı məhkəmə iclasında verdiyi izahatında fərdi sahibkar və vergi ödəyicisi olmadığını, sadəcə ailə təsərrüfatı olaraq heyvan saxladığını, evdə körpə uşaq olduğundan ona süd vermək üçün inəyi aldığını, 09 oktyabr 2024-cü il tarixdə Cavabdeh1 ilə razılaşaraq ondan yanında balası olan bir inək aldığını, lakin inəyi aldıqdan sonra istədiyi miqdarda südü əldə edə bilmədiyi üçün bu barədə cavabdehə bildirdiyini, cavabdehin isə başqa bir inək gətirəcəyini, əgər tapa bilməsə inəyi gəlib aparacağını və pulu qaytaracağını dediyini, bundan sonra 21 oktyabr 2024-cü il tarixdə cavabdehin Səməd adlı bir şəxsi göndərdiyini və həmin şəxsə inəyi balası ilə birlikdə qaytardığını, heyvanları Səmədin Araza məxsus QAZEL markalı maşınla apardığını, oğlu Elminin, qardaşı Rzanın və özünün təxminən axşam saat 5- 6 radələrində heyvanları maşına yüklədiyini, qazelin nömrəsinin yadında qalmadığını, Arazın 5-6 gün ərzində pulu qaytaracağını bildirsə də, 4 aydan çoxdur ki, pulu qaytarmadığını, hər dəfə də müxtəlif bəhanələrlə pulu ödəməkdən yayındığını, Arazın ondan aldığı pulu Məhərrəmə veridiyini, ona görə onu da cavabdeh qismində dəvət olunmasını xahiş etdiyini bildirmişdir. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 25 aprel 2025-ci il tarixdə keçirilən hazırlıq iclasında məhkəməyə ərizə verərək Cavabdeh1 və Cavabdeh2 Abuzər oğluna qarşı pul tələbinə dair mülki iş üzrə iddia tələbinə Cavabdeh2 münasibətdə baxılmasından imtina etdiyini və tələbə yalnız Cavabdeh1 qarşı münasibətdə baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 02 may 2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh2 münasibətdə iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmuş və iş üzrə icraata Cavabdeh2 münasibətdə xitam verilmişdir. Mülki iş üzrə Cavabdeh1 iddianın etirafı barədə 20 aprel 2025-ci il tarixli ərizəsini məhkəməyə ünvanlayaraq həmin ərizədə İddiaçı 2350 (iki min üç yüz əlli) manat borcunun olmasını etiraf etdiyini, borcu hər ay 250 (iki yüz əlli) manat olmaqla ödəməyə maddi imkanın çatacağını, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh1 2350 (iki min üç yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Babək branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, 11236 nömrəli qəbzlə ödədiyi 44 (qırx dörd) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi:

İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 2350 (iki min üç yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Babək branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, 11236 nömrəli qəbzlə ödədiyi 44 (qırx dörd) manat miqdarında dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar