Məhkəmə qərarları › İş №2(079)-274/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-274/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-274/2020 26.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı xx xxxx 2020-ci il tarixli, **********617 nömrəli iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 201,76 (iki yüz bir manat, yetmiş altı qəpik) manat əsas, 5,07 (beş manat, yeddi qəpik) manat faiz, 787,78 (yeddi yüz səksən yeddi manat, yetmiş səkkiz qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 33,24 (otuz üç manat, iyirmi dörd qəpik) manat borc, ümumilikdə isə 1027,85 (bir min iyirmi yeddi manat, səksən beş qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdı. Müqavilənin bitmə tarixi xx xxxx 2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx xxxx 2020-ci tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 201,76 (iki yüz bir manat, yetmiş altı qəpik) manat əsas, 5,07 (beş manat, yeddi qəpik) manat faiz, 787,78 (yeddi yüz səksən yeddi manat, yetmiş səkkiz qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 33,24 (otuz üç manat, iyirmi dörd qəpik) manat borc, ümumilikdə isə 1027,85 (bir min iyirmi yeddi manat, səksən beş qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx xxxxxxx 2020-ci il tarixli ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək məhkəmələrdə işlərinin çoxluğu və yolun uzaqlığına görə məhkəmə iclaslarında iştirak edə bilmədiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxx 2014-cü il tarixli, 1908/1-i nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehə 36 ay müddətində 300 manat məbləğində kredit xəttinin açması barədə tərəflərin razılığa gəlmələri, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, onun iflas prosesinə başlanılması və X1 iddiaçının ləğvedicisi təyin edilməsi işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə və eyni zamanda mülki materiallarına əlavə olunmuş xx xxxx 2014-cü il tarixli, 1908/1-i nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxx 2014-cü il tarixdə müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 36 ay müddətində 300 manat məbləğində kredit xəttinin açılması barədə müqavilə tərəfləri arasında razılıq əldə edilməsi; -mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)-3194/17 nömrəli qərarından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, onun iflas prosesinə başlaması və Əmanətlərin siğortalanması Fondunun iddiaçının ləğvedicisi təyin edilməsi aydın olur. Mülki işin mübahisəli halı isə iddiaçının cavabdehdən xx xxxx 2014-cü il tarixli, 1908/1-i nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə 201,76 (iki yüz bir manat, yetmiş altı qəpik) manat əsas, 5,07 (beş manat, yeddi qəpik) manat faiz, 787,78 (yeddi yüz səksən yeddi manat, yetmiş səkkiz qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 33,24 (otuz üç manat, iyirmi dörd qəpik) manat borc, ümumilikdə isə 1027,85 (bir min iyirmi yeddi manat, səksən beş qəpik) manat məbləğində borc tələb etməsidir. Məhkəmə belə hesab edir ki, iddiaçının qeyd edilən tələblərindən ilk olaraq onun cavabdehə qarşı olan əsas borc məbləğini tələb etməsinə hüquqi aydınlıq gətirilməlidir. Çünki onun digər tələbləri məhz əsas borc məbləği tələbindən yaranır. İddiaçının cavabdehə qarşı tələbini mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə onun tələbini qismən əsaslı sayır. Məhkəmə iddiaçının cavabdehə qarşı olan müqavilə üzrə əsas borc tələbinin hüquqi həlli zamanı istinad etdiyi əsas sübutlar isə onun iddia ərizəsinə əlavə etdiyi və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etməsi aydın olur. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X2 üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan aydın olur ki, Cavabdeh Babək rayonu, Vayxır kəndində rəsmi qeydiyyatdadır. Bundan əlavə mülki iş materiallarında cavabdehin faktiki yaşayış yeri kimi, Bakı şəhəri, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 11, mənzil 54 qeyd edilib. Məhkəmə tərəfindən xx xxxxxx 2020-ci il tarixli məktubla iddia ərizəsi və iddia ərizəsinin icraata götürülməsi və mülki işin baxılmağa hazırlanması haqqında qərardadın surəti cavabdehin hər iki ünvanına göndərilərək ona iddia ərizəsi üzrə rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh göndərilmiş məhkəmə sənədlərini onun həmin ünvanlarda yaşamaması səbəbindən məhkəməyə geri qaytarılmışdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə əsaslanmaqla məhkəmə həmin sənədləri cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərmişdi. Məhkəmə iş üzrə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən yuxarıda qeyd edilən sonuncu hal məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Bundan əlavə məhkəmə iclaslarının vaxtı və yeri barədə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Cavabdeh məhkəməyə təqdim edilmiş ***-***-**-** nömrəli mobil telefon nömrələrinə SMS göndərilmişdi. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən bəndinə görə sonuncu qeyd edilən hal da məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həllinə keçməzdən öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit və bank hesabı müqavilələrindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş xx xxxx 2014-cü il tarixli, 1908/1-i nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinin isə iş üzrə əhəmiyyət kəsb edən şərtləri aşağıdakılardır: -müqavilənin 1.1-ci bəndinə görə müqavilənin predmeti bank tərəfindən buraxılmış “Dəmir Taksit” kredit kartının müştəriyə verilməsi, kart vasitəsi ilə kredit xəttinin açılması, müştəri tərəfindən isə kart vasitəsi ilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, valyuta mübadiləsinin aparılması, nağd pul vəsaitlərinin əldə edilməsi, nağdsız formada öz hesabından vəsaitin başqa hesaba köçürülməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi və qanunvericiliklə qadağan olunmayan digər əməliyyatların həyata keçirilməsi barədə öhdəlikdir; -müqavilənin 3.1 və 3.3-cü bəndlərinə görə isə “bank” müştəriyə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açır, həmin xətt üzrə müştərinin birinci ayda nağdılaşdıra biləcəyi maksimum məbləğ ümumi limitin 70 faizi təşkil edir, birinci ayda nağdlaşmadan sonra kartda qalan məbləğ növbəti aylarda nağdlaşdırıla bilər; -3.3-cü bəndə əsasən kredit xətti üzrə kreditin müddəti istənilən ticarət və xidmət nöqtələrində və bütün ATM-də (bankomatlarda) kartdan məxaric olunduğu gündən etibarən hər məxaric olunan kredit məbləğindən və borc qalığından asılı olaraq, məbləğ 0-100 manat aralığında olduqda kredit müddəti 1 ay, məbləğ 101 - 200 manat aralığında olduqda kredit müddəti 3 ay, məbləğ 201 - 300 manat aralığında olduqda kredit müddəti 6 ay, məbləğ 301 manat və daha yüksək məbləğ aralığında olduqda isə kredit müddəti 12 ay müəyyən edilir; - 3.9-cü bəndin tələbinə görə kredit xətti üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi minimum 40.81(qırx tam yüzdə səksən bir) faiz maksimum 48 (qırx səkkiz) faiz təşkil edir; - müqavilənin 4.1-ci bəndinə əsasən müştəri tərəfindən ərizə verildikdən sonra bank kartı və müvafiq PİN-zərfi (şəxsi identifikasiya nömrəsini) hazırlayıb qapalı zərf içində Müştəriyə və ya onun tərəfindən vəkil edilmiş şəxsə şəxsən təqdim etməlidir. -həmin müqavilənin 9.4-cü bəndində qeyd edilir ki, müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Yuxarıda da qeyd edildiyi kimi mülki iş materiallarından aydın olur ki, tərəflər arasında əsasən borc (kredit) müqaviləsindən irəli gələn öhdəliklər mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həm qeyd edilən maddi hüquq normasından, həm də tərəflər arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 1908/1-i nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsindən müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müqavilədən irəli gələn əsas öhdəlikləri bank kartının hazırlayıb müvafiq PİN zərfi ilə birlikdə Cavabdeh təqdim etməsi, sonuncuya 36 ay müddətinə kredit xəttinin açaraq müqavilə ilə müəyyən edilmiş kredit məbləğini onun istifadəsinə verməsidir. Cavabdeh isə müqavilədən irəli gələn əsas öhdəliyi həmin müqavilə şərtləri çərçivəsində açılmış kredit xətti üzrə məbləği, ona hesablanmış faiz və komissiya haqqı ilə birlikdə banka qaytarmasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyinin yerinə yetirilməsi ilə bağlı məhkəmə bildirir ki, iddia ərizəsinə əlavə edilmiş qəbzdən xx xxxx 2014-cü ildə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən bank kartının müvafiq PİN zərfi ilə birlikdə Cavabdeh təqdim etməsi, həmçinin iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışlardan iddiaçı tərəfindən cavabdehə kredit xəttinin açılması, ona kredit limitinin ayrılması və Cavabdeh ondan istifadə etməsi sübuta yetirilir. Həmçinin tərəflər arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 1908/1-i nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinin 8.2-ci bəndindən onlar arasında yaranan mübahisənin məhkəməyədək həlli qaydası barədə razılığa gəlmələri aydın olur. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinə əlavə etdiyi xx xxxx 2020-ci il tarixli, **********185 nömrəli bildirişdən və 242289 nömrəli yol qaiməsindən onun mübahisənin məhkəməyə qədər nizamasalma qaydasına əməl etməsi müəyyən edilir. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini icra etməməsi iş materialları ilə öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx xxxx 2020-ci il tarixli, **********185 nömrəli bildirişdən cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinin təmin etməməsi və bu borcun ödənilməsi üçün ona 3 gün müddət müəyyən olunması, 242289 nömrəli yol qaiməsindən isə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış bildirişin xx xxxx 2020-ci ildə ona təqdim olunması aydın olur. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı məhkəmə onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni onun təqsirlilik prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxx 2014-cü il tarixli, 1908/1-i nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinin 8-ci bəndindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan kredit borcunun və ona hesablanmış faizlərin qaytarılmasına dair tələbi əsaslıdır. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, **********421 nömrəli maliyyə arayışında Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 201,76 (iki yüz bir manat, yetmiş altı qəpik) manat məbləğində əsas borcu və 5,07 (beş manat, yeddi qəpik) manat məbləğində faiz borcu olması qeyd edilir. İddiaçının cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndindən isə müəyyən olur ki, kredit üzrə ödənişlər kartdan hər növbəti vəsaitin məxaric olduğu gündən etibarən müqavilənin 3.3-cü bəndində göstərilən aralıqda və ay sayına uyğun hesablanmaqla hər növbəti ayın 10-dək bərabər hissələrlə həyata keçirilir. Əgər növbəti ayın 10-dək ödəniş olunmazsa ödənilməyən borc məbləğinə illik 54 faiz dərəcəsi ilə cərimə hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Lakin cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, **********421 nömrəli maliyyə arayışında Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 787,78 (yeddi yüz səksən yeddi manat, yetmiş səkkiz qəpik) manat miqdarında cərimə borcu olması qeyd edilmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun xx xxxx 2014-cü il tarixli, 1908/1-i nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə cavabdehdən 201,76 (iki yüz bir manat, yetmiş altı qəpik)manat əsas borc, onun gecikdirilməsinə görə 787,78 (yeddi yüz səksən yeddi manat, yetmiş səkkiz qəpik) manat məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən aydın olur ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, tələb edilən əsas borcun10 faizi, yəni 21 (iyirmi bir) manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçının cavabdehə qarşı müqavilənin bitdiyi tarixdən xx xxxx 2020ci tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 33,24 (otuz üç manat, iyirmi dörd qəpik) manat tələb etməsinə hüquqi münasibət bildirən məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş üzrə cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi yuxarıda qeyd edildiyi kimi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə də əsaslı qəbul edir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddiaçının tələbi ümumilikdə qismən əsaslı olduğundan, əsaslı sayıldığı hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz manat) manat miqdarında dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan, yəni 7 (yeddi) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - xx xxxx 2014-cü il tarixli, 1908/1-i nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə 201,76 (iki yüz bir manat, yetmiş altı qəpik) manat əsas borc, 5,07 (beş manat, yeddi qəpik) manat faiz borcu, 21 (iyirmi bir) manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 33,24 (otuz üç manat, iyirmi dörd qəpik) manat borc məbləği olmaqla, ümumilikdə 240,07 (iki yüz qırx manat, yeddi qəpik) manat məbləğində borc Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia qismən təmin olduğundan 7 (yeddi) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehdən tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli; -iddia digər hissədə əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. xx xxxx 2014-cü il tarixli, 1908/1-i nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə 201,76 (iki yüz bir manat, yetmiş altı qəpik) manat əsas borc, 5,07 (beş manat, yeddi qəpik) manat faiz borcu, 21 (iyirmi bir) manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 33,24 (otuz üç manat, iyirmi dörd qəpik) manat borc məbləği olmaqla, ümumilikdə 240,07 (iki yüz qırx manat, yeddi qəpik) manat məbləğində borc Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qismən təmin edildiyindən 7 (yeddi) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehdən tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia digər hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar