Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-277/2025 23.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “19” mart 2025-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək 15 aprel 2024-cü il tarixli, T010881 və 5 may 2024-cü il tarixli T010923 nömrəli kredit müqavilələrinə əsasən Cavabdeh 894 (səkkiz yüz doxsan dörd) və 110 (bir yüz on) manat ödənilməmiş qalıq dəyər üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 6 ay üzrə 268.20 (iki yüz altmış səkkiz manat, iyirmi qəpik) və digər müqavilə üzrə ödənilməmiş 2 ay üzrə 11.00 (on bir) manat pulun və 35 (otuz beş) manat dövlət rüsumunun, ümumilikdə 1318.20 (bir min üç yüz on səkkiz manat, iyirmi qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan şəhər “PARK AVM” də yerləşən mağaza №17 işlədirəm. Babək rayon Zeynəddin kəndində qeydiyyatda olan Cavabdeh ilə aramızda 15 aprel 2024-cü il tarixli, T010881 nömrəli kredit müqaviləsi ilə 1776 manat dəyərində bir ədəd İphone 13 pro markalı mobil telefonu kreditə vermişəm. Aramızda Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış T010881 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 1776 (bir min yeddi yüz yetmiş altı) manat, ilkin ödəniş məbləği 0.00 (sıfır) manat, kreditin qalıq məbləği 1776 (bir min yeddi yüz yetmiş altı) manat olmaqla 12 (on iki) ay müddətində aylıq 148.00 (bir yüz qırx səkkiz) manat olmaqla nağd və ya köçürmə yolu ilə mənə qaytaracağını öhdəsinə götürmüşdür. Və əlavə olaraq Babək rayon Zeynəddin kəndində qeydiyyatda olan Cavabdeh ilə aramızda 5 may 2024-cü il tarixli, T010923 nömrəli kredit müqaviləsi ilə 550 manat dəyərində bir ədəd Redmi Note 13 markalı mobil telefonunu kreditə vermişəm. Aramızda Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış T010923 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 550 (beş yüz əlli) manat, ilkin ödəniş məbləği 50.00 (əlli beş) manat, kreditin qalıq məbləği 495 (dörd yüz doxsan beş) manat olmaqla 9 (doqquz) ay müddətində aylıq 55 (əlli beş) manat olmaqla nağd və ya köçürmə yolu ilə mənə qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh T010881 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəyərək mənə ilkin ödəniş daxil olmaqla 1776 (bir min yeddi yüz yetmiş altı) manat kredit borcundan 882 (səkkiz yüz səksən iki) manat borcunu mənə qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 894 (səkkiz yüz doxsan dörd) manat pulu bu günədək mənə geri qaytarmamışdır. Cavabdeh T010923 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəyərək mənə ilkin ödəniş daxil olmaqla 550 (beş yüz əlli) manat kredit borcundan 440 (dörd yüz qırx) manat borcunu mənə qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 110 (bir yüz on) manat pulu bu günədək mənə geri qaytarmamışdır. Ona bir neçə dəfə mənə borclu qaldığı pulun qaytarmasını desəm də, o, hər dəfəsində müxtəlif bəhanələrlə mənə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Ona yazılı şəkildə müraciət edərək mənə olan kredit borcunu geri qaytarmasını xahiş etsəm də o, yazılı müraciətimə heç bir münasibət bildirməmişdir. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Qeyd edərək bildirirəm ki, cavabdeh ilə bağladığımız TO10881 və TO10923 nömrəli kredit müqavilələrinə görə aramızdakı razılığımıza əsasən cavabdehin mənə ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin mənə 15 aprel 2024-cü il tarixli, TO 10881 və 5 may 2024-cü il ******* nömrəli kredit müqavilələri üzrə 6 (altı) digər müqavilə üzrə 2 (iki) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyinə görə qalmış olan dəyərinin 5 (beş) faiz olmaqla, ödənilməmiş 6 və 2 ay üzrə 894 (səkkiz yüz doxsan dörd) və digər müqavilə üzrə 110 (bir yüz on) manat pulun da mənə ödənilməsini istəyirəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən mənə verilməli olan pul tələbim təmin edilməli, tələb etdiyim kredit borcundan qalmış 894 (səkkiz yüz doxsan dörd) və 110 (bir yüz on) manat, ödənilməmiş dəyər üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 6 ay üzrə 268.20 (iki yüz altmış səkkiz manat iyirmi qəpik) və digər müqavilə üzrə ödənilməmiş 2 ay üzrə 11.00 (on bir) manat pulun və 35 (otuz beş) manat dövlət rüsumunun cavabdehdən alınmaqla mənə verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia tələbinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, T10881 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş müqavilədən belə məlum olur ki, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı alıcıya əvvəlcədən razılaşdırılmış malları (bundan sonra MAL” adlandırılacaq) satır. Satılan malın markası modeli, ili və sair rekvizitləri: «İphone 13 Pro” markalı mobil telefon. Alıcı isə həmin malı alır və müqavilədə nəzərdə tutulmuş müddətdə aldığı malın dəyərini ödəyir; - 2-ci bəndin yarımbəndlərindən aydın olur ki, kreditin ümumi məbləği 1776 (bir min yeddi yüz yetmiş altı) manat, ilkin ödənilən məbləğ 0 (sıfır) manat, kreditin qalan məbləği 1776 (bir min yeddi yüz yetmiş altı) manatdır. Alıcı aldığı malın qalan dəyərini 12 ay müddətinə 148 manat olmaqla nağd və ya köçürmə yolu ilə satıcıya ödəməyi öhdəsinə götürür. Malın dəyərinin ödənilməsi üçüncü şəxslər tərəfindən də həyata keçirilə bilər; - 3.2-ci bəndinə görə satıcı satdığı malı 1 iş günü müddətində alıcıya çatdırmağı öhdəsinə götürür; - 3.7-ci bəndinə əsasən alınmış mal üçün ödənilməli olan pul məbləğinin hər gecikdirilmiş ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyərinin 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) ödəniilir; - 4.1-ci bəndin tələbinə görə müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və kredit ödənilib qurtaran tarixədək qüvvədədir; - 5.6-cı bəndində qeyd edilir ki, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aidiyyatı üzrə məhkəmələr vasitəsilə həyata keçirilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, T10923 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı alıcıya əvvəlcədən razılaşdırılmış malları (bundan sonra MAL” adlandırılacaq) satır. Satılan malın markası modeli, ili və sair rekvizitləri: «Redmi 13” markalı mobil telefon. Alıcı isə həmin malı alır və müqavilədə nəzərdə tutulmuş müddətdə aldığı malın dəyərini ödəyir; - 2-ci bəndin yarımbəndlərindən aydın olur ki, kreditin ümumi məbləği 550 (beş yüz əlli) manat, ilkin ödənilən məbləğ 55 (əlli beş) manat, kreditin qalan məbləği 495 (dörd yüz doxsan beş) manatdır. Alıcı aldığı malın qalan dəyərini 9 ay müddətinə 55 manat olmaqla nağd və ya köçürmə yolu ilə satıcıya ödəməyi öhdəsinə götürür. Malın dəyərinin ödənilməsi üçüncü şəxslər tərəfindən də həyata keçirilə bilər; - 3.2-ci bəndinə görə satıcı satdığı malı 1 iş günü müddətində alıcıya çatdırmağı öhdəsinə götürür; - 3.7-ci bəndinə əsasən alınmış mal üçün ödənilməli olan pul məbləğinin hər gecikdirilmiş ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyərinin 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) ödəniilir; - 4.1-ci bəndin tələbinə görə müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və kredit ödənilib qurtaran tarixədək qüvvədədir; -5.6-cı bəndində qeyd edilir ki, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aidiyyatı üzrə məhkəmələr vasitəsilə həyata keçirilir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi razılaşdırılmış əşyanın alıcıya verilməsidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilələrdə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onların dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, T10881 nömrəli və xx.xx.2024cü il tarixli, T10923 nömrəli kredit çeklərindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı tərəfindən “İphone 13 Pro” və “Redmi 13” markalı telefonların Cavabdeh verildiyi məlum olur. Belə ki, borcalan öz imzası ilə göstərilmiş malları aldığını təsdiq etmişdir. İddiaçı tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İddiaçı tərəfindən 12 mart 2025-ci il tarixdə borcalana xəbərdarlıq göndərilərək bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli, T10881 nömrəli və xx.xx.2024-cü il tarixli, T10923 nömrəli kredit müqavilələrinə əsasən ümumi dəyəri 2326 manat olan “İphone 13 Pro” və “Redmi 13” markalı mobil telefonlar 12 və 10 ay müddətinə verilmiş və bu kredit müqaviləsi üzrə hazırkı qalıq borc 992 manatı 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış müavilələrin 3.7-ci bəndinə əsasən alınmış mal üçün ödənilməli olan pul məbləğinin hər gecikdirilmiş ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyərinin 5 %-i miqdarında kompensasiya (cərimə) ödənilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borclarının ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 15 aprel 2024-cü il tarixli, T010881 nömrəli kredit müqaviləsi üzrə 882 (səkkiz yüz səksən iki) manat əsas borcuna münasibətdə iddiaçı 268.20 (iki yüz altmış səkkiz manat, iyirmi qəpik) manat cərimənin və 05 may 2024-cü il tarixli, T010923 nömrəli kredit müqaviləsi üzrə isə 110 (bir yüz on) manat əsas borcuna münasibətdə iddiaçı 11 (on bir) manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğlər əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 15 aprel 2024-cü il tarixli, T010881 nömrəli kredit müqaviləsi üzrə 882 (səkkiz yüz səksən iki) manat əsas borcuna münasibətdə 44.10 (qırx dörd manat, on qəpik) manat həddində cərimənin və 05 may 2024-cü il tarixli, T010923 nömrəli kredit müqaviləsi üzrə 110 (bir yüz on) manat əsas borcuna münasibətdə isə 5.50 (beş manat, əlli qəpik) manat həddində cərimənin müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 15 aprel 2024-cü il tarixli, T010881 nömrəli kredit müqaviləsinə əsasən 882 (səkkiz yüz səksən iki) manat əsas, 44.10 (qırx dörd manat, on qəpik) manat cərimə, ümumilikdə 926.10 (doqquz yüz iyirmi altı manat, on qəpik) manat borc və 05 may 2024-cü il tarixli, T010923 nömrəli kredit müqaviləsinə əsasən 110 (bir yüz on) manat əsas, 5.50 (beş manat, əlli qəpik) manat cərimə, ümumilikdə 115.50 (bir yüz on beş manat, əlli qəpik) manat borc olmaqla, cəmi 1041.60 (bir min qırx bir manat, altmış qəpik) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 26.64 (iyirmi altı manat, altmış dörd qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 15 aprel 2024-cü il tarixli, T010881 nömrəli kredit müqaviləsinə əsasən 882 (səkkiz yüz səksən iki) manat əsas, 44.10 (qırx dörd manat, on qəpik) manat cərimə olmaqla 926.10 (doqquz yüz iyirmi altı manat, on qəpik) manat və 05 may 2024-cü il tarixli, T010923 nömrəli kredit müqaviləsinə əsasən 110 (bir yüz on) manat əsas, 5.50 (beş manat, əlli qəpik) manat cərimə olmaqla 115.50 (bir yüz on beş manat, əlli qəpik) manat borc olmaqla, cəmi 1041.60 (bir min qırx bir manat, altmış qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 26.64 (iyirmi altı manat, altmış dörd qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-277/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-277/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver