Məhkəmə qərarları › İş №2(079)-278/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-278/2024

31.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-278/2024 31.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülərək yolun əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Babək rayon Qahab kənd sakini Cavabdeh tərəfindən Babək rayon Qahab kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evinə gedən yola istifadə və sahibliyə olan maneələrin aradan qaldırılaraq həyətyanı sahəsinə gedən bələdiyəyə məxsus yoldan uzunluğu 6 metr olmaqla zəbt olunmuş yoluna ona məxsus divardan istifadə edərək inşa etdiyi tikilinin sökülərək yolunun əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini əsaslandıraraq bildirmişdir ki, Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 01 nömrəli qərarı ilə Babək rayon, Qahab kəndində 0.14 ha həyətyanı torpaq sahəsi mülkiyyətimizə verilmişdir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa edilmişdir. Mən həmin evdə böyümüşəm. Hazırda ailə quraraq həmin fərdi yaşayış evində ailə üzvlərim ilə birlikdə yaşayıram. Mənim həyətimlə qonşuluqda Cavabdeh evi və həyətyanı torpaq sahəsi yerləşir. Cavabdeh bələdiyəyə məxsus mənim həyətyanı sahəmə gedən yoldan istifadə edərək özünə yarımtikili inşa etmişdir. Bu da mənim evimə gedən yolun daralmasına səbəb olmuşdur. Əlavə olaraq mənim həyətyanı torpaq sahəmə gedən yolun asfaltını sökərək, mənim evimə gedən yolu torpaq hala gətirmiş, küçədən evimə özümün gediş-gəlişim çətinləşmiş, hətta avtomobilin gəlməsi qeyri-mümkün olmuşdur. Həmçinin cavabdehin evinə və qarajına quraşdırılmış su şıranı mənim həyətyanı ərazimə İstiqamətləndirilmişdir. Oradan tökülən sular mənim torpaq sahəmə axıdılmaqdadır. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunmasına baxmayaraq cavabdeh tərəfindən son illər ərzində inşa edilmiş özbaşına tikili qanunsuz olaraq inşa edilmiş, cavabdeh tərəfindən mənim hüquqlarım kobud şəkildə pozulmusdur. Dəfələrlə mübahisənin həll olunması üçün qonşu Cavabdehlə danışmışam, lakin heç bir nəticəsi olmayıb. Hər dəfəsində cavabdeh yeni hadisələr çıxararaq mənim hüquqlarımı pozmuşdur. Bu səbəbdən də cavabdehden hayatyanı sahəmə gedən bələdiyəyə məxsus yoldan uzunluğu 6 metr olmaqla zəbt olunmuş yoluma mənə məxsus divardan istifadə edərək inşa etdiyi tikilinin sökülərək yolumun əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirəm. Bu məsələ ilə bağlı həll yolunu tapa bilmədiyimdən məsələ ilə bağlı məhkəməyə müraciət etməli oldum. İddia ərizəsi məhkəməyə 15 mart 2024-cü il tarixində daxil olmuş, icraata qəbul edilərək məkhəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş məhkəmə iclasında baxılmağa təyin edilmişdir. İddiaçı həmin tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Sözügedən ərizəni nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in: - 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. - 260.2-ci maddəsinə görə qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. - 260.3-cü maddəsinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. - 260.4-ci maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Babək filialı vasitəsilə 12610 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Ərizə baxılmamış saxlanılmalı olduğundan İddiaçı izah edilsin ki, ərizənin baxılmamış saxlanılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra mübahisə həllini tapmazsa ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanları və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı tikilinin sökülərək yolun əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Babək filialı vasitəsilə 12610 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar