Məhkəmə qərarları › İş №2(079)-283/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-283/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-283/2024 21.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 18 mart 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1365 (bir min üç yüz altmış beş) manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən Babək rayon Nehrəm qəsəbə sakini İddiaçı Nehrəm qəsəbəsində yerləşən özümə məxsus qeyri-yaşayış sahəsində mağaza işlədirəm. Babək rayon Nehrəm qəsəbə sakini Cavabdeh 2023-cü ilin mart ayından 2023-cü ilin oktyabr ayları ərzində mağazadan nisyə olaraq 1365 (bir min uç yüz altmış beş) AZN mal götürmüşdür. Xüsusi olaraq qeyd edim ki, nisyə götürülən mallar hər dəfə nisyə kitabında qeyd edilmişdir. Nisyə mal götürmənin vaxtından xeyli vaxt keçməsinə baxmayaraq borclu Cavabdeh bu günə qədər 1365 (min üç yüz altmış beş) AZN borcdan 1 (bir) AZN də ödəməmişdir. Baxmayaraq ki, borcun ödənilməsi barədə dəfələrlə Cavabdeh xəbərdarlıq etmişəm. Hər dəfə bildirib ki, 10 (on) günə borcu tam qaytaracağam. Mən Cavabdeh borcu qaytarmaq istəmədiyini bildikdə şikayət ərizəsi ilə Babək Rayon Polis İdarəsinə müraciət etdim. Babək Rayon Polis İdarəsinin rəisi Kənan Məmmədov tərəfindən şikayət ərizəmə yazılı cavab olaraq bildirilir ki, Sizin xx.xx.2024-cü il tarixində Babək Rayon Polis İdarəsinə ünvanladığınız ərizə qeydiyyata alınaraq baxılmışdır. Ərizənizin icrası ilə bağlı olaraq iddiaçı olduğunuz Babək rayonu, Nehrəm qəsəbə sakini Cavabdeh Babək Rayon Polis İdarəsinə dəvət olunaraq izahatı alınmışdır. O izahatın düzgünlüyünü təsdiq etməyərək borcun 1365 (min üç yüz altmış beş) AZN yox, 300-500 manat arası olduğunu bildirmişdir. Babək Rayon Polis İdarəsinin cavab məktubunda qeyd edilir ki, mülki qaydada müvafiq məhkəmə orqanına müraciət etmək hüququnuz var. Bidirirəm ki, Cavabdeh Babək Rayon Polis İdarəsində qeyd edir ki, borcum 1365 (min üç yüz altmış beş) AZN yox 300- 500 arasıdır. Göründüyü kimi Cavabdeh 1365 (min üç yüz altmış beş) AZN borc götürdüyünü dəqiq bilsə də bilərəkdən borcun 300-500 arası olduğunu bildirir. Necə ola bilər ki, Cavabdeh 300 və yaxud 500 borc götürdüyünü dəqiq bilmir. Buradan aydın görünür ki, Babək rayonu, Nehrəm qəsəbə sakini Cavabdeh tərəfindən dələduzluq yolu ilə mənim 1365 (min üç yüz altmış beş) AZN pulum mənimsənilmişidr. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin mağazadan 1365 manatlıq mal götürdüyünü, hər dəfəsində verəcəyini deyə-deyə artıq 1 ildir ki, pulu ödəmədiyini, cavabdehin 2023-cü il ərzində dekabr ayı xaric hər ay mağazadan mal götürdüyünü, həmkəndli olduqlarına görə cavabdehə də nisyə mal verdiyini, kənd yerlərində mağazaların həmişə tanıdığı şəxslərə nisyə mal verdiyini və maaşdan maaşa borcun qaytarıldığını, kənddə hər kəsin dükana borcu olduğunu, hazırda da mağazanı 4 ay bundan əvvəl nisyələrə görə bağladığını, vergi ödəyicisi olduğunu, cavabdehin isə şəxsi istifadə üçün mal aldığını, bir qayda olaraq ərzaq məhsulları aldığını, onun maaşında borcunu ödəyəcəyinə arxayın olub nisyə verdiyini, cavabdehin işlədiyini bildiyini, mağazadan müxtəlif ərzaq malları pivə, siqaret, uşaq yeməyi, kolbasa və s. aldığını, hər gün nisyə götürdüyü malları nisyə dəftərinə qeyd etdiyini, dəftərə nağd satdığı malları yox, yalnız nisyə alınan malları qeyd etdiyini, ümumiyyətlə cavabdehin götürdüyü nisyələrdən 1 il ərzində heç nə ödəmədiyini, iddia ərizəsinə əlavə edilən vərəqə cavabdehin nisyə dəftərində olan borclarını köçürdüyünü, cavabdehin dediklərinin həqiqətə uyğun olmadığını, məhkəməyə müraciət etməzdən əvvəl özünü çağırıb borclarını yanında hesablayıb göstərdiyini, cavabdehin adını dəftərə “Elnur” yazanda çox yer tutduğu üçün bəzi yerlərdə “E” yazdığını, gündəlik eyni gündə alınan malların qiymətini bir sətirə yazdığını, hər bir malın qiymətini ayrıca qeyd etdiyini, özünə hər dəfəsində yanında borcunu yazım, getdikdən sonra problem olmasın deyib xəbərdarlıq etdiyini, cavabdehin adını “eynur” yox, “e” və ya “elnur” deyə yazdığını, belə ki, cavabdehin adını “Elnur” deyə bildiyini, cavabdehin dediyi kimi ona borcundan 50 manat qaytarmadığını, nisyə dəftərinə bəzi yerlərdə cavabdehin borcu qaytaracağını bildirdiyi üçün arxayın olub borcun üstünə xətt çəkdiyini, amma daha sonra o borcların heç birini vermədiyini, borcların 1 il bundan əvvəl yarandığını, nisyə dəftərində “E” şəklində, yəni adının baş hərfi ilə yalnız cavabdehi qeyd etdiyini, “E” hərfi ilə başlayan məsələn “Elçin”, “Elburus” adlı şəxslərin adını isə tam yazdığını, barışıq sazişinin bağlanmasının mümkün olmadığını, ona borclu olduğu 1365 manat pulun hamısını tələb etdiyini, dəftərin bəzi hissələrində “Elnur” adının tam yazıldığını, cavabdehin ona münasibətdə isə “adının Elnur deyil, Eynur” olduğunu bildirdiyini, cavabdehin güya o getdikdən sonra onun adını yazması ilə bağlı dəlillərinin səhv olduğunu, onun adı yazılmamış mağazadan gedə bilməyəcəyini, yazanda həmin vaxt baxıb etirazını bildirməli olduğunu bildirmiş, tələb etdiyi 1365 manat pulun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qismən, yalnız 600 manata dair hissədə qəbul etdiyini, nisyə dəftərini gördüyünü, iddia ərizəsinə əlavə olunan vərəqdə yazılanların düzgün olmadığını, cavadehə borcunun olduğunu, lakin tələb edilən miqdarda olmadığını, nisyə dəftərinin sübut kimi məhkəməyə təqdim edilməli olduğunu, dəftərdə adının olduğu yerlərdə adının altında və üstündə kimin adının yazıldığını bildiyini, Nehrəmdə onun adını heç kimin “Eynur” deyə tanımadığını, hamının “Elnur” deyə bildiyini, iddiaçının isə dəftərə adını “e” olaraq qeyd etdiyini, elə bir balaca mağazada Nehrəm kimi yerdə heç kimin indiki dövrdə 1300 manatlıq mal nisyə verməsinin mümkün olmadığını, iddiaçının hər dəfə borcun miqdarı ilə bağlı müxtəlif rəqəmlər bildirdiyini, gah 900, gah 1000, gah da 1100 manat borcu olduğunu dediyini, dəftərdə adının necə qeyd edildiyini bildiyini, borcu düzgün hesablandıqdan sonra hissə-hissə hamısını qaytarmağa razı olduğunu, mağazadan siqaret, pivə, kolbasa, uşaq üçün şirniyyat və s. götürdüyünü, öz hesabına görə 600 manat borcu olduğunu, iddiaçının bir-iki dəfə borcu dəftərə yanında yazdığını, qalan vaxtlar nisyə mal aldıqdan sonra iddiaçının yanında durmadığını və özünün getdikdən sonra yazacağını bildirdiyini, bir dəfə iddiaçı ilə birlikdə borcu hesabladıqlarını və 600 manat olduğunu, iddiaçının sonuncu dəfə 900 manat olduğunu dediyini, ondan sonra heç nə almadığını, buna baxmayaraq iddiaçının daha sonra 1000- 1300 manat borcu olduğunu dediyini, gün ərzində maksimum 10 manatlıq alver etdiyini, heç vaxt 40 manatlıq alver etmədiyini, oraya 25 manat və s. yuxarı miqdarda yazılanların heç birinin düzgün olmadığını, aylıq maaşının 332 manat olduğunu hansı gəlirlə gündə 40- 50 manatlıq alver edə biləcəyini, 1 il ərzində cəmi bir dəfə borcundan 50 manat qaytardığını və borcundan sildiyini, daha sonra qalan borcdan ödəyə bilmədiyini, iddiaçının mağazasında heç cəmi birlikdə 1300 manatlıq malın olmadığını, o qədər alver etməsinin mümkün olmadığını, dəftərdə yalnız “Elnur” yazılan yerlərin borcunu qəbul etdiyini, “E” baş hərfi ilə yazılanların heç birini qəbul etmədiyini, Nehrəm qəsəbəsində adı “e” hərfi ilə başlayan müxtəlif adamlar Elçin, Elbrus və s. adlı şəxslər olduğunu, iddiaçının həmin borcun “e” hərfi ilə başlayan həmin şəxslərə yox, niyə sırf ona aid olduğunu sübuta yetirməli olduğunu, bir dəfə iddiaçının onun yanında hesab aparanda çatdırıb yaza bilmədiyimə görə borcluların adını baş hərfləri ilə yazdığını dediyini, iddia tələbini yalnız adının tam “Elnur” kimi yazıldığı yerlərə münasibətdə qəbul etdiyini, sonda isə iddianı yalnız 600 manata dair hissədə qismən qəbul etdiyini bildirmiş və iddianın qismən təmin olunmasına dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tərəflər arasında mübahisənin irəli gəldiyi alqı-satqı müqaviləsinin etibarlılığına dair qeyd edir ki, mülki qanunvericilikdə tərəflər arasındakı alqı-satqı münasibətlərinin predmetini təşkil edən istehlak mallarına, daşınar əşyalara münasibətdə forma şərti nəzərdə tutulmamış və tərəflər arasında subyekt tərkibinə, iradə ifadəsinə münasibətdə mübahisələndirilməyən etibarlı şifahi alqı-satqı münasibətləri yaranmışdır. Mülki işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabdeh fərdi sahibkar olan iddiaçıya məxsus istehlak malları mağazasından müxtəlif vaxtlarda nisyə mal almış, alıcı malları qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməməmişdir. Mülki işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdehin aldığı malın əvəzində ödəməli olduğu məbləğin 1365 manat olduğunu iddia edir, cavabdeh isə həmin məbləği 600 manata dair hissədə qəbul edir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları cavabdehə satılan nisyə malların qiymətinin yazıldığı nisyə dəftəri ilə sübuta yetirməyə çalışmışdır. Sözügedən nisyə dəftərinin birinci vərəqində “Elnur - 4.50, Elnur - 24” sözləri yazılmış və üzərindən xətt çəkilmiş, ikinci vərəqində “E – 24 m + 2.30 m + 2 + 2 + 4 + 10 + 8.30 + 4 + 5.70 + 2.30 + 2.30 + 1 + 41.50 + 4 + 40 + 10.50 + 2.60 + 8.70 + 8 + 7 + 35.70 + 2.80 + 3 + 2.30 + 4.80 + 8.40 + 5.50 + 5.50 + 1.70 + 5.50 + 1.80 + 1 + 33.20”, üçüncü vərəqində “E- 11 + 1.90 + 20 + 1.70 + 10.80 + 1 + 12 + 7.60 + 1 + 10 + 9 + 3.40 + 7 + 10 + 35.30 + 13 + 5.80 + 5 + 10 + 2 + 13.80”, beşinci vərəqində “Elnur 3,20 + 2.80 + 5.50 + 11.50 (üzərindən xətt çəkilmiş)+ 4.20” “Elnur 14 + 10 + 12.50 (üzərindən xətt çəkilmiş) + 3.30 + 5.50 + 16 + 8.30”, üzərindən xətt çəkilmiş “Elnur 5 + 3”, üzərindən xətt çəkilmiş “Elnur 3.30 + 5.50 + 5.50 + 3 + 20 + 3.20 + 3.60”, altıncı vərəqində “Elnur - 5.50 (üzərindən xətt çəkilib), Elnur 1,30 + 1.70 + 5.30 + 7.70 + 12 + 5.90, Elnur 13 + 2.80 + 5.50 + 1.80 + 14.70 + 3.20, Elnur 6 + 2.30 + 10.60 + 12.60 + 2.60 + 6.40 + 3.30 + 14 + 8 + 10 + 5.50”, yeddinci vərəqində “Elnur 2 + 10 + 3.80 + 2.30 + 2.80 + 2.80 + 5.50 + 2.20 + 2.80 + 5.50 + 7 + 8 + 6 + 10 + 6.60 + 18.20 + 1.50 + 6.80”, “Elnur 9.70 + 15 + 40 + 16 + 20 + 3.90 + 15.80 + 15.30 + 12 + 20 + 10 + 20 + 3.80 + 2.10 + 9 + 2”, səkkizinci vərəqində “Elnur 12.20 + 10 + 20, “Elnur 15.90 + 4.40 + 6.20 + 7.30 + 4.50 + 3.20”, “Elnur 2.50 + 12.20 + 9 + 20 + 6 + 40 + 6.5 + 8 + 5.60”, doqquzuncu vərəqində “Elnur” 20, “Elnur 2.40 + 6 + 20 + 4 + 3.90 + 5.60 + 4.50, Elnur 7.50 + 7.30 + 3.20 + 6 + 1.60 + 2.40 + 2.40”, “Elnur 12+ 5.60 + 2.90 + 5.60 + 6”, onuncu vərəqində isə “ Elnur 5.60 + 6 + 20” qeydləri aparılmışdır. Məhkəmə həmçinin nisyə dəftərinin altıncı vərəqinin ilk sətirində əvvəlcə “Elman” deyə yazılıb, daha sonra fərqli rəngli qələmlə “Elnur” deyə düzəldilmiş sətirdə qeyd olunmuş məbləğləri də qalıq borcun hesablanması zamanı nəzərə almır. Belə ki, sözügedən məsələ xüsusi bilik tələb etməyən adi gözlə görünə bilən düzəliş sayıla bilər və iddiaçı tərəfindən bunun həqiqətən də cavabdehin adına qeydə alınmış borc olduğu sübuta yetirilməmişdir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında vurğulanır ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; - faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; - faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Məhkəmə cavabdehin məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı məhkəmə iclasında “nisyə dəftərində “Elnur” adı ilə qeyd edilən borca münasibətdə iddia tələbini qəbul etməsini” faktın etirafı kimi nəzərə alaraq bunu tərəflərin izahatları və yazılı sübutlarla birlikdə tədqiq edərək qəbul edilə bilən olması qənaətinə gəlir və hesab edir ki, iddia yalnız nisyə dəftərində aydın şəkildə “Elnur” adı ilə qeyd olunmuş borc tələbinə münasibətdə təmin olunmalıdır. Beləliklə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi təqdim etdiyi nisyə dəftərinin beşinci vərəqindən toplamda 72.80 (yetmiş iki manat səksən qəpik), altıncı vərəqindən 156.2 (bir yüz əlli altı manat iyirmi qəpik), yeddinci vərəqindən 318.40 (üç yüz on səkkiz manat qırx qəpik), səkkizinci vərəqindən 193.5 (bir yüz doxsan üç manat əlli qəpik), doqquzuncu vərəqindən isə 128.90 (bir yüz iyirmi səkkiz manat doxsan qəpik) olmaqla cəmi 869.8 manat (səkkiz yüz altmış doqquz manat səksən qəpik) məbləğində ödənilməmiş alqı-satqı borcunun qaldığı müəyyən olunur. Cavabdehin iddia tələbinin 600 manata dair hissədə qismən etirafına münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni zamanda məhkəmə nisyə dəftərində üzərindən xətt çəkilmiş borclara münasibətdə qeyd edir ki, MM-in 10.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. (10.2) Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. (390.7) Bununla bərabər cavabdeh izahatında mövcud borcdan 50 (əlli) manatı qaytardığına istinad etmiş, iddiaçı isə sözügedən hala münasibətdə cavabdehin ödəyəcəyini bildirdiyi üçün həmin borcların üzərindən xətt çəkdiyini, buna baxmayaraq ödəmədiyini bildirmiş, lakin bunu sübuta yetirə bilməmişdir. Belə olan halda nisyə dəftərinin birinci vərəqində qeyd edilən və üzərindən xətt çəkilmiş 4.50, 24”, beşinci vərəqində qeyd edilən və üzərindən xətt çəkilmiş 11.50, 12.50, 3.30, 5.50, 16, 8.30, 5, 3, 3.30 + 5.50 + 5.50 + 3 + 20 + 3.20 + 3.60” qeydlərə münasibətdə məhkəmə belə hesab edir ki, borcun üzərindən xəttin çəkilməsinin həmin borcun ödənildiyini bildirməsi alqı-satqı münasibətlərində təşəkkül tapmış işgüzar adətdir və sözügedən məsələyə də müvafiq olaraq tətbiq edilməli və həmin borclara münasibətdə borcun ödənilmiş olduğu müəyyən edilməlidir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbinin qalmış hissəsi isə iddiaçı tərəfindən sübuta yetirilməmiş, iddianın həmin hissədə əsassız olduğu müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 869.8 manat (səkkiz yüz altmış doqquz manat səksən qəpik) məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia qismən təmin edilməli olduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 21.42 (iyirmi bir manat qırx iki qəpik) miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalıq dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 869.8 manat (səkkiz yüz altmış doqquz manat səksən qəpik) məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalmış hissədə rədd edilsin. 21.42 (iyirmi bir manat qırx iki qəpik) miqdarında dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar