Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-286/2020 17.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, iddiaçı təşkilat İddiaçı X2 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat İddiaçı ASC xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı X2 xeyrinə xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 693.31 (altı yüz doxsan üç manat, 31 qəpik) manat məbləğində əsas borcun, 36.27 (otuz altı manat, 27 qəpik) manat məbləğində faiz borcunun, 7.64 (yeddi manat, 64 qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 737.22 (yeddi yüz otuz yeddi manat, 22 qəpik) manat borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 23 faizlə 36 ay müddətinə 700 manat kredit götürmüşdür, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2020-dək Cavabdeh banka xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə 693.31 (altı yüz doxsan üç manat, 31 qəpik) manat əsas borc, 36.27 (otuz altı manat, 27 qəpik) manat faiz borcu, 7.64 (yeddi manat, 64 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 737.22 (yeddi yüz otuz yeddi manat, 22 qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iddiaçı təşkilat İddiaçı X2 iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxxxx” X1 X4 yenidən təşkil edilərək təşkilatı-hüquqi formasını dəyişmiş İddiaçı X3 çevrilibdir. İş materiallarında olan “xxxxxx” ASC ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli, 11-Y-2-0-610-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə bağlanıbdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə bu müqavilənin predmeti Bank tərəfindən buraxılmış kredit kartının (bundan sonra “Kart”) Müştəriyə verilməsi, kart vasitəsi ilə kredit xəttinin açılması, Müştəri tərəfindən isə kart vasitəsi ilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vasitəsinin əldə edilməsi, nağdsız formada öz hesabından vəsaitin başqa hesab köçürülməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlikdir. Həmin müqavilənin 2.1-ci bəndinə görə Bank Müştəriyə 36 (otuz altı ay) ay müddətinə kartı buraxır. Həmin müqavilənin 3.1.və 3.3-cü bəndlərinə görə Bank Müştəriyə 700 AZN (yeddi yüz manat) məbləğində kredit xətti açır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən olunur və kreditin istifadəsinə görə Müştəri Banka illik 23 (iyirmi üç) % ödəyir. xx xxxx 2020-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə Banka 693.31 (altı yüz doxsan üç manat, 31 qəpik) manat əsas borc, 36.27 (otuz altı manat, 27 qəpik) manat faiz borcu, 7.64 (yeddi manat, 64 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 737.22 (yeddi yüz otuz yeddi manat, 22 qəpik) manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, Babək rayonu, Badaşqan kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı təşkilat İddiaçı X4 ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli, 11-Y-2-0-610-19 kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh kredit xətti açılmış və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər Cavabdeh tərəfindən edilməmiş, o, yaranmış pul borcunu qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun İddiaçı ASC qarşısında 693.31 (altı yüz doxsan üç manat, 31 qəpik) manat əsas borc, 36.27 (otuz altı manat, 27 qəpik) manat faiz borcu, 7.64 (yeddi manat, 64 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 737.22 (yeddi yüz otuz yeddi manat, 22 qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat İddiaçı ASC öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh istifadə etdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə və komisyon haqlarının iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Azərbaycan respublikasının Mülki Məcəlləsinin 56.5-ci maddəsinə görə bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilatihüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək Cavabdeh 693.31 (altı yüz doxsan üç manat, 31 qəpik) manat əsas borc, 36.27 (otuz altı manat, 27 qəpik) manat faiz borcu, 7.64 (yeddi manat, 64 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 737.22 (yeddi yüz otuz yeddi manat, 22 qəpik) manat məbləğində pul tutularaq iddiaçı təşkilat İddiaçı X2 xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı təşkilat İddiaçı X4 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 693.31 (altı yüz doxsan üç manat, 31 qəpik) manat əsas borc, 36.27 (otuz altı manat, 27 qəpik) manat faiz borcu, 7.64 (yeddi manat, 64 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 737.22 (yeddi yüz otuz yeddi manat, 22 qəpik) manat məbləğində pul tutularaq iddiaçı təşkilat İddiaçı X2 xeyrinə ödənilsin. İddiaçı təşkilat İddiaçı X4 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-286/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-286/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver