Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-295/2024 10.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, şahidlər Şahid2, Şahid3 və X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 16500 (on altı min beş yüz) manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödədiyi 140 (yüz qırx) manatın, ümumilikdə 16640 (on altı min altı yüz qırx) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında Cavabdeh əvvəlcə 5800 (beş min səkkiz yüz) manat dəyərində 41 baş qoyun, daha sonra isə sentyabr ayının axırında 6300 (altı min üç yüz) manat dəyərində 42 baş qoyun vermişəm. Vüsalla aramızda olan razılığa əsasən, 6300 manat məbləğində olan pulu 2021-ci ilin dekabr ayının əvvəlində, 5800 manat məbləğində olan pulu isə 2022-ci ilin aprel ayında tam olaraq mənə ödəyəcəkdi. Bundan əlavə olaraq Vüsalın mənə ödənməmiş 4400 (dörd min dörd yüz) manat borcu qalırdı. Hansı ki, 2021-ci ilin avqust ayında aldığı iribuynuzlu malqaraya görə bu borc yaranmışdı və bu borcu da 2021-ci ilin noyabr ayında ödəməli idi. Heyvanları Vüsala verəndə mənim şəriyim Şahid1 və onun atası Şahid2 da orda idi və məhkəmədə şahid qismində ifadə verə bilərlər. Ümumilikdə Vüsalın mənə 16500 (on altı min beş yüz) manat ödənməmiş borcu qalır. Qeyd edim ki, heyvanları Vüsala verəndə onunla razılaşmışdıq və Vüsal da sənədə qol çəkmişdi. Lakin bu müddət ərzində o borcu qaytarmamışdır. Axırıncı dəfə onunla 7-8 ay bundan əvvəl əlaqə saxlamışdım. Dedi ki, yavaş-yavaş ödəyəcəm. Lakin bu müddət ərzində mənə 1 qəpik də olsun pul qaytarmamışdır. Mən özüm heyvanların alqı-satqısı ilə məşğul oluram. Belə ki, mənim də qoyunları aldığım adamlar var. Şərur rayon Xanlıqlar kənd sakini Həsənov Hikmətə, Culfa rayon Teyvaz kənd sakini Rafiq adlı şəxsə bu səbəbə görə pulu ödəyə bilmirəm. Vüsal vaxtında mənim pulumu vermədiyinə görə mənə vurduğu zərərə görə mənim işlərimə ciddi formada ziyan dəyib. Vüsalın borcu qaytarmaq niyyəti yoxdur. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etməli oluram. Bundan başqa adlan və ünvanı aşağıda göstərilən şəxslər də bunu təsdiq edə bilər. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışı zamanı iddia tələbinin həcminin azaldılması üçün əsas yarandığını, tələbin həcmini 370 manat azaldaraq iddia tələbinə 16130 manat pulun cavabdehdən alınaraq ona verilməsi həddində baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə şəxsin ərizəsi nəzərə alınmaqla iddia tələbinin həcminin 370 manata dair hissədə azaldılaraq 16130 manat pulun Cavabdeh alınaraq İddiaçı qaytarılması həddində baxılması qərara alınmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 1 ildir ki, vergi ödəyicisi kimi qeydiyyata alındığını, uzun müddətdir fərdi qaydada heyvan alqı-satqısı ilə məşğul olaraq sahibkarlıq fəaliyyətini həyata keçirdiyini, heyvanların əksəriyyətini başqa şəxslərdən aldıqlarını, amma öz saxlayıb satdığı heyvanının da olduğunu, heyvanları Şıxmahmud və Şahbuzda yerləşən tövlələrdə saxladıqlarını, Cavabdeh qəssab olmaqla Naxçıvan şəhəri 57 bazarında heyvan kəsib satdığını, lakin onun vergi ödəyicisi olub-olmadığını bilmədiyini, bu səbəblə də 10-12 ildir ki, Vüsala heyvan satdığını, əvvəllər də ona borclarının olduğunu amma müəyyən vaxt ərzində ödədiyini, lakin sonuncu borcunu 2 ildir ki, ödəmədiyini, özünün ona heyvan satdığını, məhkəməyə təqdim etdiyi dəftər vərəqinin borclarla bağlı tərtib etdiyi nisyə dəftərindən çıxarıldığını, dəftərin əvvəlindən Vüsalın qeydiyyatının olduğunu, amma həmin borcları bağladığını, Cavabdeh qalıq borcu ilə bağlı həmin nisyə dəftərinin vərəqində imzasının olduğunu, onun borclarını dəftərə yazdığını və Vüsalın isə düzgünlüyünü imzası ilə təsdiq etdiyini, vərəqin yuxarı hissəsində yazılmış 14500 manat qalıq borcunun əvvəlki illərdən qaldığını, razılaşmalarına görə həmin pulun 1500 manatını 2021-ci ilin sentyabrın 20-də, qalan 13000 manatı isə dekabrın 20-də ödəməli olduğunu, həmin borcdan 1500 manatı qəssabxanada verdiyini, daha sonra isə 8500 manat verdiyini, ödənilən 8500 manat pulun əslində onun Malik adlı həkimə olan borcunun pulu olduğunu, belə ki heyvanı Malik həkimdən alıb cavabdehə verdiyini, həmin pulu cavabdehdən də alıb Malik həkimə ödədiyini və dəftərdə üstünə xətt çəkərək ödənildi yazdığını, həmin köhnə borcdan cəmi 4500 manatın isə indiyə qədər qalıq qaldığını, ödənilmədiyini, həmin pulun da 2400 manatının şəriyi Salmana aid olduğunu, ondan sonra 2021-ci ilin sentyabr ayında Vüsala 41 baş qoyun satdığını, onlardan 1 başını pay verib qalan 40 qoyunun birini 145 manatdan razılaşdıqlarını, cəmi 5800 manat tutduğunu, onun 100 manatını pay verib 5700 manat təzə qalıq borcunu nisyə dəftərinə yazdığını, həmin pulun 500 manatını sentyabrın sonu, 5200 manatını isə 2022-ci ilin aprelin 25-də verəcəyinə dair razılaşdıqlarını, Vüsalın 5900 manat da əvvəlcədə ona borcunun qaldığını, həmin borcu təzə vərəqə “köhnə borc” deyə yazdığını, Vüsalın da ona imza etdiyini, əvvəldən qalan 4500 manatı da onun yanına əlavə etdiyini, beləliklə 4500, 5700, 5900 manat olmaqla 16100 manat qalıq borcunun qaldığını, həmin borcdan 270 manatı ona satdığı inəyin puluna çıxdığını, 70 manatlıq ondan aldığı inəy ətinin puluna çıxdığını, 2300 manatı bir dəfə ödədiyini, 500 manatı taksi vasitəsilə göndərib ödədiyini, 1080 manatı Naxçıvan şəhərində Rabitə bankın qarşısında ödədiyini, bundan sonra 11880 manat borcu qaldığını, 250 manatı daha sonra ödədiyini, 100 manatı Şahid2 vasitəsilə qaytardığını, 1600 manatı Teyvaz kəndindən olan Rafiq adlı şəxs vasitəsilə göndərəcəyini desə də Rafiqin ona cəmi 600 manat pul gətirib verdiyini, 1000 manatı isə vermədiyini, dəftərə “-1600” yazsa da əslində cəmi 600 manat ödənildiyini, 1000 manatı Vüsalın Şahid1 vasitəsilə ödədiyini, Hikmət adlı şəxsdən aldığı heyvanlara Salmanın atası Xıdır kişinin baxdığını, daha sonra Salmanın həmin heyvanlardan 6200 manatlıq heyvanı Vüsala satdığını, lakin heyvanları Hikmət adlı şəxsdən özünün aldığını və Hikmətin Salmanı yox, onu tanıdığını, Salmanın pulu ona, onun isə Hikmətə borclu olduğunu, həmin pulu da Salman ona borclu olduğundan iddianı həmin məbləğə münasibətdə də qaldırdığını, həmçinin Vüsaldan tələb etdiyi 4500 manatın içində 2400 manatın da Salmanın olduğunu, ümumilikdə Vüsaldan tələb etdiyi 6200, 2400 və 800 manat olmaqla 9400 manat pulun Salmanın olduğunu, şərik olduqlarından iddianı öz adından qaldırdığını, alacağı pulun 9400 manatını Salmana verəcəyini, cavabdehdən sonuncu dəfə pulunu keçən il bu vaxtlar tələb etdiyini, cavabdehin borcu verməyəcəyini dediyini, heyvanları aldığı şəxslərin özündən pulu tələb etdiklərini bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şahid X2 məhkəmə iclasında verdiyi izahatında səyyari heyvan alqı-satqısı ilə məşğul olduğunu, Əkbərlə şərik işlədiklərini, Əkbərin Vüsala heyvan satıb təhvil verdiyinə dəfələrlə şahid olduğunu, həmçinin Əkbərin 41 baş qoyunun birini 145 manatdan Vüsala satdığını, həmin gün 39 baş qoyunu da özünün Vüsala birini 155 manatdan satdığını, Şahid3 qazeli ilə atası Xıdır, Əkbər və özünün həmin heyvanları yükləyib Babək rayonu Nehrəm yolunda yerləşən Vüsalın fermasında Vüsala təhvil verdiklərini, heyvanları yükləyəndə Vüsalın da heyvanlara baxıb “fermaya gedirəm heyvanları yemləyim, heyvanları yükləyin gətirin ora” deyib fermaya qayıtdığını, sonra heyvanları Nehrəm qəsəbəsində yerləşən fermaya apardıqlarını, həmin vaxt Vüsalın Əkbərə və özünə pul vermədiyini, həmçinin 5900 manat borcun iribuynuzlu heyvanların satışından qaldığını, həmin vaxt 17 baş bir, 8 baş bir olmaqla heyvan satıldığını, həmin heyvanları özünün Vüsala verdiyini, amma Əkbərin heyvanları olduğundan həmin borca dair şərikliyinin olmadığını, həmin pulun Əkbərin öz pulu olduğunu, 4500 manat borcun isə Malik həkimdən aldıqları heyvanları Vüsala satdıqlarına görə yaranan borc olduğunu, həmin borcu Malik həkimə Əkbərlə öz ciblərindən verdiklərini və Vüsalın 800 və 2400 manat olmaqla 3200 manat özünə, 1300 manat isə Əkbərə borclu qaldığını, Vüsalın borclarını bugün, sabah qaytaracağını desə də vermədiyini, başqalarının mal-heyvanını alıb Vüsala satdıqlarından ziyana düşdüklərini, əvvəllər ara-sıra borcundan qaytardığını, amma Türkiyəyə getdikdən sonra ümumiyyətlə pis vəziyyətdə qaldıqlarını, heyvan alıb Vüsala satdığı şəxsin borcunu məhkəmə qaydasında ondan tələb etdiyini və qətnamə çıxdığını, ayda qətnamənin icrası üçün 300 manat pul ödədiyini, Vüsalın Əkbərə olan borcundan 1000 manatı ona verdiyini, Əkbərlə aralarında olan pul haqq-hesabına görə hesablaşıb həmin pulu götürdüyünü, amma Əkbərin Vüsalın borcundan 1000 manatı sildiyini, 6200 manatlıq heyvanı isə Əkbərdən götürüb Vüsala satdığını, Əkbərin də Hikmət adlı şəxsdən aldığını, 20 manat qazelə verib həmin heyvanları Vüsalın fermasına göndərdiyini, həmin pulu Vüsalın Əkbərə yox, onun özünə borclu olduğunu, amma Əkbərə verilməsinə də etirazının olmadığını, Vüsalın həmin borcla bağlı sənədə qol çəkib ona verdiyini, lakin həmin kağızı itirdiyini, həmçinin Əkbərin tələb etdiyi pulun 4500 manat hissəsinin 2400 manatını Vüsalın ona borclu olduğunu, əlavə olaraq da 800 manatın ona aid olduğunu, 6200, 2400 və 800 manat olmaqla tələb olunan pulun 9400 manat hissəsinin onun olduğunu, iddianı Əkbərin həmçinin onun adından qadırdığını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Salmanın onun oğlu olduğunu, Əkbərlə Salmanın isə illərdir heyvan alqı-satqısında şərik işlədiyini, onların satmaq üçün aldığı qoyunları köməklik üçün təmənnasız otardığını, onlara məxsus 82 baş heyvanı 3 ay otardıqdan sonra artıq heyvanlara baxa bilmədiyini dediyini, bundan sonra heyvanları aparmaq üçün Şahinlə Əkbərin qazelini gətirdiklərini gördükdə Salmandan heyvanları kimə satdıqlarını soruşduğunu, Vüsala satdıqlarını dediklərini, Vüsalı da əvvəlcədən tanıdığını, 57 bazarında qəssab işlədiyini bildiyini, daha sonra Vüsalın onların pulunu azaz verdiyini, tam qaytarmadığını dediklərini, məsələyə özünün də qarışdığını, Babək şəhərində Vüsalın evinə getdiyini, İpək yolu restoranını işlədən vaxtlar ora da getdiyini, Babək Rayon Polis idarəsində olduğunu, Əkbərdən Vüsalın fermasının yerini soruşduqda Nehrəm qəsəbəsində “Qızılbaş” deyilən yerdə Araz kəndinin yaxınlığında olduğunu dediyini, həmin fermaya getdiyini, Vüsalın orda omadığını, ona zəng vurub heyvanları qaytarmasını xahiş etsə də razılaşmadığını, 80-82 heyvanın gözünün qabağında maşına yığılıb Vüsalın fermasına aparıldığını, borcundan 100 manat pulu Vüsalın Əkbərə verməsi üçün ona verdiyini, onun da Əkbərə verdiyini, Əkbərin tələb etdiyi 9400 manat pulun Salmanın olduğundan xəbərdar olduğunu, şərik olduqlarına görə Salmanın ayrıca iddia qaldırmadığını, pulu aldıqdan sonra öz aralarında bölüşdürəcəklərini bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi izahatında fərdi sahibkar olmaqla qəssab işlədiyini, 2 dəfə Vüsalın fermasına heyvan apardığını, fermanın Babək rayonu Araz kəndinin yaxınlığında olduğunu, bir dəfə 39 baş qoyun, bir dəfə isə 5 baş inək apardığını, həmin vaxtlar qazeli olduğunu, daşımaya görə Əkbərdən hər dəfə 20 manat haqq aldığını, heyvanları Əkbərlə Salmanın onun qazelinin arxasına yığdığını, 41 baş qoyunu da Əkbərin maşınına yığdıqlarını, qabaqda Əkbərin, arxada isə onun qazelinin getdiyini, daşıdığı heyvanların məsuliyyəti onun üzərində olduğundan sayını xatırladığını, Əkbərin heyvanları Vüsala təhvil verdiyini, Əkbərə həmin vaxt pul verilməyini isə görmədiyini bildirmişdir. İddiaçının ərizəsini, ona əlavə edilmiş sənədləri, həmçinin iddiaçının izahatını və şahidlərin ifadələrini tədqiq edən məhkəmə MPM-in 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 608-ci maddəsinə görə əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını MM-in 567-ci maddəsi təşkil edir. Həmin normaya əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən qeydə alınmış və Cavabdeh tərəfindən imzalanmış razılaşmanın iddiaçının izahatı və şahidlərin ifadələri ilə birlikdə tədqiqi nəticəsində tərəflər arasında heyvanların nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olması, satıcı tərəfindən alıcının mülkiyyətinə razılaşdırılmış alqı-satqı predmeti olan əşyaların verilməsi, cavabdeh tərəfindən iddiaçıya alqı-satqı qiyməti üzrə mövcud 14500 borcundan əvvəlcə 1500 manat, daha sonra isə 8500 manatın ödənilməsi, 4500 manat borcun isə ödənilməməsi, həmin borcun 3200 manata dair hissəsində tələb hüququnun iddiaçıya yox, Şahid1 məxsus olması, iddiaçının cavabdehə biri 145 manatdan nisyə satdığı 40 baş qoyunun qiyməti olan 5800 manatdan 100 manat endirimdən sonra qalan 5700 manatı cavabdehin iddiaçıya borclu qalması, həmçinin əvvəlcədən aralarında olan alqı-satqı münasibətlərindən cavabdehin iddiaçıya 5900 manat borcunun qalması, 6200 manat alqı-satqı qiyməti olan mal-qaranın Şahid1 tərəfindən cavabdehə satılması və borcun həmin hissədə tələb hüququnun iddiaçıya yox, Şahid1 məxsus olması, cavabdehin müxtəlif vaxtlarda iddiaçıya qalan borcundan 270, 70, 2300, 500, 1080, 250, 100, 600, 1000 manat olmaqla ümumilikdə 6170 manat ödədiyi və qalıq borcunun 6730 (altı min yeddi yüz otuz) manat olması müəyyən olunur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə münasibətləri mövcud olmuşdur. Belə ki, MM-in 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyi olmuşdur. MM-in 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində alqısatqı müqaviləsi üçün imperativ müqavilə forması müəyyən edilməmişdir. MM-in 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. MM-in 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Beləliklə müəyyən olunur ki, tərəflər arasında mövcud borcun etirafı barədə mücərrəd razılaşma bağlanmışdır. Həmçinin bu müqavilə yazılı formada, yəni öhdəliyə əsas verən şəkildə bağlanmışdır. Belə olan halda mövcud borcun etirafı haqqında mücərrəd razılaşmaya əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. MM-in 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. MM-in 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verilmədiyini təsdiqləyir. MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. MM-in 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaçı ilə bağlamış olduğu mövcudluğunu etiraf etdiyi razılaşmadan irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin borc sənədinin hələ də satıcıda olması tərəflər arasında öhdəlik münasibətlərinə xitam verilmədiyini təsdiq edir. Eyni zamanda iddiaçı izahatında cavabdehdən tələb etdiyi 6200, 2400 və 800 manat olmaqla cəmi 9400 manatı tələb etmək hüququnun şəriki Şahid1 məxsus olduğunu, şərik olduqlarından bütün borcun öz adından cavabdehdən tələb edilməsi ilə bağlı məhkəmədə iddia qaldırdığını bildirmişdir. Sözügedən hal iddiaçının iş üzrə toplanmış digər sübutlarla (Şahid1 iafdəsi) yanaşı yoxlanılıb qiymətləndirilmiş, məhkəmə iclaslarının fasiləsiz audio yazısı ilə aparılan məhkəmə iclasında verdiyi izahatı əsasında müəyyən olunur. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə iddia qaldırmış şəxsin iddia tələbinin 9400 (doqquz min dörd yüz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi hissəsində müvafiq subyektiv hüquqa malik olmadığı və iddiaçıya münasibətdə həmin hissədə iddia tələbinin əsaslı olmaması qənaətinə gəlir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi qismən əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 6730 (altı min yeddi yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 57.10 manat (əlli yeddi manat on qəpik) miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 6730 (altı min yeddi yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 57.10 manat (əlli yeddi manat on qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-295/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-295/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver