Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-299/2025 30.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “16” aprel 2024-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mülkiyyətinə vurulan 20000 (iyirmi min) manat ziyanın və dövlət rüsumu olaraq ödədiyi 151 (yüz əlli bir) manatın Cavabdeh Məhəmməd oğlundan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhəri, ünvan 1 ünvan sahibi - qonşum Cavabdeh Məhəmməd oğlu evini təmir etdirdiyi zaman, 6 oktyabr 2023-cü il tarixdə təmirçilər istilik sistemini quraşdırıb, xətti açıq qoyduqları üçün evlər idarəsindən istilik xətlərinin yoxlanılması üçün gördükləri tədbir nəticəsində mənə məxsus 2 nömrəli mənzil subasma nəticəsində zərər görmüşdür. Səhlənkarlığın və bizə məlumat çatdırılmadığına dair etdikləri etinasızlığın nəticəsində mənzil 1 həftə bu vəziyyətdə qapalı şəraitdə qalmışdır. Evin tavanı, divarları, qapılar, mebellər su çəkmiş, yararsız vəziyyətə düşmüşdür. X9 oktyabrın 12-də mənzilə gəlmiş, evi bərbad vəziyyətdə görüb kəndə qayıdaraq bu barədə bizə məlumat verdiyi üçün ayın 13-ü nəvəm, yoldasım və mən birlikdə mənzilə gəldik, vəziyyətlə tanış olduq. X6 yoldasım evlər idarəsinə sahə müvəkkilinə və sığorta idarəsinə gedib mənzilin yararsızlığı barədə şikayət etmişlər. Sığorta idarəsinin isçiləri evlər idarəsinin rəisi və sahə müvəkkili hadisəylə əlaqədar evə baxış keçirdilər. Sığorta idarəsinin əməkdaşları evin vəziyyətini əks etdirən fotolar çəkib özləri ilə götürdülür. O cümlədən mənim şəxsiyyət vəsiqəmin surətini və sığorta sənədlərinin surətlərini tələb edərək yoldasım və nəvəmlə birlikdə idarəyə getdilər. Nəvəm sığorta idarəsində adımdan ərizə yazır. Tələb olunan sənədlərin də surətləri sığorta idarəsinə təqdim olunur. Aradan bir müddət keçdikdən sonra Sığorta idarəsinin nümayəndəsi vəziyyətlə bağlı evə gəlib çəkiliş edib gedir. Onlardan hec bir xəbər ala bilmədiyimiz üçün özümüz bir neçə dəfə sığorta idarəsinə zərərin ödənilməsinə dair kömək etmələrini tələb etsək də, bu günə kimi heç bir tədbir gorülməyib və bizə bir cavab verilməyib. Dekabrın 12-si Sığorta idarəsinə gedib bağlı gördüyümuz üçün Ali məclisə məsələylə bağlı müraciət etdik. Onlar da məhkəməyə müraciət etməyimizə dair məsləhət verdilər. Mən də məcbur qalıb məhkəməyə müraciət etməli oluram. Naxçıvan Şəhər Məhkəməsinin “06” noyabr 2024-cü il tarixli, 2(078)-733/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh Məhəmməd oğlundan vurulmuş ziyanın əvəzi olaraq 4003 (dörd min üç) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-733/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 06 fevral 2025ci il tarixli, 2(108)-26/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməklə mülki iş baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmiş və mülki işə əvvəldən baxılmağa başlanılmışdır. Babək Rayon Məhkəməsinin “02” iyun 2025-ci il tarixli, 2(079)-299/2025 nömrəli qərardadı ilə mülki iş üzrə X3 və X5 cavabdeh tərəfində mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, 30 iyun 2025-ci il tarixdə tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarındakı mübahisəni həll edərək razılığa gəldiklərini, məhkəmədən razılığa gəldikləri aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər: - Mən Cavabdeh qərardad icraya yönəldildikdən sonra mülki iş üzrə ekspert rəyində qeyd olunan 4003 (dörd min üç) manat məbləğində pulun 2000 manatını 25 iyul 2025-ci il tarixdə, qalan 2003 manatını isə 25 avqust 2025-ci il tarixdə iddiaçıya ödəməyi öhdəmə götürürəm;. - Mən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qərardad icraya yönəldildikdən sonra Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus mənzilin koridorunun divarlarının sürtülüb düzlənməsini, divarlar sürtülüb təmizləndikdən sonra koridorun divar kağızının vurulmasını, koridorun tavanına emulsiyanın vurulmasını, birinci və ikinci otağın divarlarının sürtülüb düzlənməsini, divarlarına divar kağızının vurulmasını və tavanına emulsiyanın vurulmasını, mətbəxin divarlarının sürtülüb düzlənməsini, divarlarına və tavanına divar kağızının vurulmasını və otaqların qapısının təmirinin heç bir haqq almadan yerinə yetirilməsi öhdəliyini öz üzərimə götürürəm; - Mən İddiaçı qərardad icraya yönəldildikdən sonra ekspert rəyində müəyyən edilən 4003 manat məbləğində pulun 2000 manatının 25 iyul 2025-ci il tarixdə, qalan 2003 manatının isə 25 avqust 2025-ci il tarixdə cavabdeh tərəfindən mənə ödənilməsinə, eyni zamanda həmin pul hesabına alacağım materiallarla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən mənə məxsus mənzilin koridorunun divarlarının sürtülüb düzlənməsi, divarlar sürtülüb təmizləndikdən sonra koridorun divar kağızının vurulması, koridorun tavanına emulsiyanın vurulması, birinci və ikinci otağın divarlarının sürtülüb düzlənməsi, divarlarına divar kağızının vurulması və tavanına emulsiyanın vurulması, mətbəxin divarlarının və tavanının sürtülüb düzlənməsi, divarlarına və tavanına divar kağızının vurulması və otaqların qapısının təmirinin heç bir haqq almadan yerinə yetirilməsinə etirazımın olmadığını bildirirəm; - İddiaçı olaraq cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən qeyd edilən şərtlər yerinə yetirildikdən sonra onlara qarşı gələcəkdə sözügedən işlə bağlı başqa bir tələbim olmayacağını öhdəmə götürürəm. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Naxşıvan branch filialı vasitəsi ilə xx.xx.2024-cü il tarixli, ********** (GPP) nömrəli qəbzlə ödədiyi 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 30 iyun 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər və və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 arasında bağlanmış 30 iyun 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Cavabdeh qərardad icraya yönəldildikdən sonra mülki iş üzrə ekspert rəyində qeyd olunan 4003 (dörd min üç) manat məbləğində pulun 2000 manatını 25 iyul 2025-ci il tarixdə, qalan 2003 manatını isə 25 avqust 2025-ci il tarixdə iddiaçıya ödəməyi öhdəsinə götürür; - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qərardad icraya yönəldildikdən sonra Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus mənzilin koridorunun divarlarının sürtülüb düzlənməsini, divarlar sürtülüb təmizləndikdən sonra koridorun divar kağızının vurulmasını, koridorun tavanına emulsiyanın vurulmasını, birinci və ikinci otağın divarlarının sürtülüb düzlənməsini, divarlarına divar kağızının vurulmasını və tavanına emulsiyanın vurulmasını, mətbəxin divarlarının sürtülüb düzlənməsini, divarlarına və tavanına divar kağızının vurulmasını və otaqların qapısının təmirinin heç bir haqq almadan yerinə yetirilməsi öhdəliyini öz üzərinə götürür; - İddiaçı qərardad icraya yönəldildikdən sonra ekspert rəyində müəyyən edilən 4003 manat məbləğində pulun 2000 manatının 25 iyul 2025-ci il tarixdə, qalan 2003 manatının isə 25 avqust 2025-ci il tarixdə cavabdeh tərəfindən ona ödənilməsinə, eyni zamanda həmin pul hesabına alacağı materiallarla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən mənə məxsus mənzilin koridorunun divarlarının sürtülüb düzlənməsi, divarlar sürtülüb təmizləndikdən sonra koridorun divar kağızının vurulması, koridorun tavanına emulsiyanın vurulması, birinci və ikinci otağın divarlarının sürtülüb düzlənməsi, divarlarına divar kağızının vurulması və tavanına emulsiyanın vurulması, mətbəxin divarlarının və tavanının sürtülüb düzlənməsi, divarlarına və tavanına divar kağızının vurulması və otaqların qapısının təmirinin heç bir haqq almadan yerinə yetirilməsinə etiraz etmir; - İddiaçı cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən qeyd edilən şərtlər yerinə yetirildikdən sonra onlara qarşı gələcəkdə sözügedən işlə bağlı başqa bir tələbi olmayacağını öhdəsinə götürür. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" ASC-nin Naxşıvan branch filialı vasitəsi ilə xx.xx.2024-cü il tarixli, ********** (GPP) nömrəli qəbzlə ödədiyi 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-299/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-299/2025
30.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver