Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-306/2025 08.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 727 (yeddi yüz iyirmi yeddi) manat və iş üzrə ödəmiş olduğum 33.00 manat dövlət rüsumunun alınıb mənə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, mənim vacib olaraq 500 (beş yüz) manat pula ehtiyacım olduğu üçün Cəhri qəsəbə sakini X2 “Manato” adlı Bankdan pul çəkməyini xahiş elədim. O, da Cəhri qəsəbə sakini Cavabdeh telefonu ilə onlayn olaraq mənim şəxsiyyət vəsiqəmlə xx.xx.2025-ci il tarixdə 500 (beş yüz) manat pul çəkərək mənim birkartım olmadığı üçün Cavabdeh kartına yükləmişdir. xx.xx.2025-ci il tarixdə mesaj gəldi ki, xx.xx.2025-ci il tarixdə kartınıza pul oturacaq. Lakin xx.xx.2025 tarixdə mən Həmidlə əlaqə saxladım. Həmid pulun kartına oturmadığını bildirdi. xx.xx.2025-ci il tarixdə mənə “Manato’’ adlı bankdan mesaj geldi ki, 500 manat faizi ilə birlikdə 625 manat olub. Cavabdeh pulu danıb, vermədiyi üçün mən məcburiyyət qarşısında qalaraq məlumat üçün xx.xx.2025-ci il tarixdə Babək rayon Polis İdarəsinin Cəhri polis bölməsinə rəsmi qaydada müraciət etdim. Hal-hazırda “Manato” adlı bankdan mesaj gəlir ki, borcunuz 727 manat olubdur. Cavabdeh bildirir ki, mən sənin pulunu ödəməyəcəyəm. Lakin Babək rayon Polis İdarəsinin Cəhri Polis Bölməsində rəsmi olaraq izahatında bildirib ki, əsas pulu yəni 500 manatı və bank tərəfindən əlavə hesablanan faizi xx.xx.2025-ci il tarixədək ödəyəcəyəm. Hal-hazırda əsas borc 500 manat və faiz borcu isə 227 manat, cəmi birlikdə 727 manat olmuşdur. Hazırda Həmid borcunu etiraf etsədə gündə bir bəhanə gətirib, mənə olan borcunu qaytarmaq istəmir. Mənim özümün həmin pula cox entiyacım var, həyat yoldaşımı Türkiyəyə müalicəyə aparmalıyam. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Hesab edirəm ki, mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə həm qohum, həm də həmkəndli olduğunu, ona müraciət edərək pula ehtiyacının olduğunu və “Manato”-dan kredit çəkməsini ondan xahiş etdiyini, o da bu işləri Həsənin daha yaxşı bildiyini dediyini, bundan sonra zəng etdiyini və Həsənin gəldiyini, Həsənin ondan şəxsiyyət vəsiqəsini istədiyini və Həmidin telefonunda ona aid müvafiq anket məlumatlarını doldurduqdan sonra “Manato”-dan 500 manat götürə biləcəyini bildirdiyini, lakin özünün şəxsi kartı olmadığından cavabdehə pulun onun kartına yüklənməsini və pulu özünə verməsini xahiş etdiyini, Həmidin də bunu qəbul etdiyini, Həsənin Həmidin kartını yazıb göndərdikdən sonra yanvar ayının 24-də pulun karta yatırılacağını bildirdiyini, 24 yanvarda Həmidə zəng etdiyini və pul barədə soruşduğunu, Həmidin də pulun yatmadığını dediyini, sonra Həsənə zəng edib vəziyyəti bildirdikdə Həsənin ona “ola bilsin ki, kredit köçürülməyib” dediyini, fevral ayının 22-də özünə Manatodan mesaj gələrək 500 manat məbləğində pulun faizlə birlikdə 625 manat olduğunu və kreditin ödənilməsinə 2 gün qalması barədə bildirildiyini, Həmidə yenə zəng edib vəziyyəti izah etdiyini, daha sonra onlara getdiyini, Həmidin Həsənə zəng etdiyini, Həsənin də gəldiyini, Həsənin birbank programına baxdığını və pulun karta oturmadığını dediyini, ona bəlkə səhvən başqa bir şəxsin kartının nömrəsini yazıb göndərdiyini dediyini, Həsənin də ona “Ola bilsin ki, səhv kart demişəm, pul başqa adama gedib” dediyini, bunun nəticəsi necə olacaq deyə soruşanda Həsənin “Narahat olma, səhvlik məndə olub, mən pulu ödəyəcəyəm” dediyini, Həsənin 2 günə kimi pulu ödəyəcəyini dediyini, lakin mart ayının 1-nə qədər puldan heç bir ödəniş olunmadığını, bundan sonra polisə müraciət etdiyini, orada pulun Həmidin birbankına köçürüldüyünün aydınlaşdığını, Həmidin izahatı yazaraq pulu mart ayının 18-nə qədər ödəyəcəyini dediyini, mart ayının 18-i axşam saatlarında Cəhri qəsəbə polis sahə müvəkkilinə zəng edib ona pulun hələ də verilmədiyini bildirdiyini, polisin isə ona cavab məktubu yazılıb göndərildiyini dediyini, ayın 19-u məktubu aldığını, ondan sonra məhkəməyə müraciət etdiyini, indi isə borcunun 799 manat olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında 500 manat pulun onun kartına köçürüldüyünü bilmədiyini, belə ki, Cahan Ticarət Mərkəzindən 2900 manatlıq alış-veriş etdiyini, həmin pulu bilmədən xərclədiyini, İbrahimə 500 manatı 2-3 dəfəyə verməyi təklif etdiyini, onun isə bunu qəbul etmədiyini, pulun faizini isə ödəyə bilməyəcəyini, belə ki, yalnız 500 manatı özünü xərclədiyini, hazırda isə 378 manat əmək haqqı aldığını, 480 manat da pensiya aldığını, 500 manat borcu qəbul etdiyini, pulu bilmədən xərclədiyini, çünki birbank programından anlayışının olmadığını, Cahan TM-də alış veriş edəndə kartında nə qədər pul olduğunu bilmədiyini, həmin malları hissə-hissə aldığını bildirmiş, sonda isə iddianı etiraf etdiyini və təmin olunmasına etirazının olmadığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddianın etirafı barədə 29 aprel 2025-ci il tarixli ərizəsində İddiaçı 727 manat borcunun olduğunu etiraf etmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 727 (yeddi yüz iyirmi yeddi) manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 33 (otuz üç) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 727 (yeddi yüz iyirmi yeddi) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 33 (otuz üç) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-306/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-306/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver