Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-314/2023 24.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “08” may 2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin “26” may 2022-ci il tarixli, 2(079)-187/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq Cavabdeh 12 noyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə evliliyimizdən 12 noyabr 2021-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Babək Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(079)-187/2022 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə 90 manat miqdarında aliment alınıb mənim xeyrimə ödənilməsi qət edilmişdir. Hal-hazırda həmin məbləğ övladımın saxlanılmasına kifayət etmir. Övladımın maddi tələbatlarının qarşılanmasında mən xeyli əziyyət çəkirəm. Ona görə də alimentin miqdarının artırılmasını xahiş edirəm. Övladım böyüdükcə onun maddi tələbatı da artır. Qeyd etmək istəyirəm ki, 03 may 2023-cü il tarixdə alimentin artırılması tələbi ilə bağlı mediasiya prosesinə müraciət etdik, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında cavabdehlə 2021-ci ilin yanvar ayında ailə qurduğunu, bu həm özünün, həm də Vəlinin ikinci evliliyi olduğunu, özünün əvvəlki nikahından bir, cavabdehin isə üç uşağının olduğunu, Vəli ilə birgə nikahlarından bir uşaq dünyaya gəldiyini, 2021-ci ilin aprel ayında cavabdehdən ayrıldığını, yəni birgə nikahlarından olan uşaq dünyaya gələndə onunla ayrı yaşadığını, 26 may 2022-ci ildə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə birgə nikahlarından olan uşağın saxlanılması üçün 90 manat məbləğində aliment müəyyən edildiyini, lakin aliment uşağın tələbatlarını tam ödəmədiyini, verilən pulun onun bezinə və yeməyinə ancaq çatdığını, uşağa hər ay bir bağlama, bəzən isə bir bağlama və onun yarısı uşaq bezi aldığını, bunun bir bağlamasının dəyərinin 20 manat olduğunu, onun qidalanması üçün ayrıca yemək almadığını, uşağı balaca olduğu üçün özünün işləmədiyini, o, böyüdükdən sonra işləməyi düşündüyünü, hazırda valideynlərinin pensiyası ilə dolandıqlarını, cavabdehdən aliment tutulmasından bu günədək özünün ailə və maddi vəziyyətində hər hansı bir dəyişikliyin olmadığını, Vəlinin isə maddi və ailə vəziyyətində hər hansı bir dəyişikliyin olması barədə sübutunun olmadığını, birinci nikahından olan uşağın 8 yaşı olduğunu, onun saxlanılması üçün əvvəlki ərindən 80 manat miqdarında aliment aldığını bildirərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında 2021-ci ilin yanvar ayının 21-də Rüfanə ilə ailə qurduğunu, bu həm özünün, həm də onun ikinci evliliyi olduğunu, özünün birinci evliliyindən üç, Rüfanənin isə bir uşağı olduğunu, 2021-ci ilin aprel ayının sonunda iddiaçı ilə ayrıldığını, birgə nikahlarından olan uşağın saxlanılması üçün Babək Rayon Məhkəməsinin qətnaməsi əsasında ondan hər ay 90 manat məbləğində aliment tutulduğunu, vaxtlı-vaxtında aliment verdiyini, özünün əvvəlki nikahından olan uşaqların saxlanılması üçün əvvəlcə 270 manat, indi isə hər ay 315 manat miqdarında aliment ödədiyini, aylıq əmək haqqının 500 manat olduğunu, onun 405 manatını alimentə verdiyini, özünə isə az miqdarda pul qaldığını, həmin pulun isə bir hissəsini işə getmək üçün marşruta verdiyini, hər gün iki marşrut dəyişdiyini və gündə iki manat marşruta pulu verdiyini, iddiaçının uşağının saxlanılması üçün onun verdiyi 90 manat miqdarında alimentin uşağın ehtiyaclarını ödəməməsi ilə bağlı fikirlərini qəbul etmədiyini, çünki neçə illərdir ki, onun əvvəlki nikahdan olan uşağa 80 manat miqdarında aliment aldığını, həmin uşağın səkkiz yaşı olmasına baxmayaraq, 80 manat miqdarında alimentin onu gördüyünü, amma öz uşağının iki yaşı olduğu halda onu 90 manatın görmədiyinə inanmadığını, lakin buna baxmayaraq öz uşağının saxlanılması üçün iddiaçıya hər ay ancaq 100 manat verə biləcəyini bildirərək, yekunda iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 2021-ci ilin yanvar ayında faktiki olaraq ailə qurması, həmin ilin aprel ayında ayrılması, onların evliliyindən X6 adlı uşağın dünyaya gəlməsi, həmin uşağın iddiaçının yanında qalması, iddiaçının digər evliliyindən Nuranə adlı uşağın olması, onun saxlanılması üçün X1 hər ay 80 manat miqdarında aliment alması, Cavabdeh əvvəlki evliliyindən Elmira, Həsən, Rəvan adlı üç uşağın dünyaya gəlməsi, X2 Cavabdeh qarşı alimentin artırılması tələbi ilə Babək Rayon Məhkəməsinə müraciət etməsi və onun tələbinin qismən təmin edilərək Cavabdeh tərəfindən ona hər ay 315 manat miqdarında aliment ödənilməsi, həmçinin Cavabdeh hər ay 90 (doxsan) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi mülki işin mübahisəsiz hallarıdır Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -tərəflərin məhkəmədə verdiyi izahatlardan onların 2021-ci ilin yanvar ayında ailə qurması və həmin ilin aprel ayında ayrılması; -iş materiallarına əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 29 aprel 2022-ci il tarixli, AZ-İV seriyalı, 630598 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 12 noyabr 2021-ci ildə X6 adlı uşağının dünyaya gəlməsi; - tərəflərin məhkəmədə verdiyi izahatlardan, həmçinin Babək Rayon Məhkəməsinin “26” may 2022-ci il tarixli, 2(079)-187/2022 nömrəli qətnaməsindən onların birgə nikahından olan uşağın İddiaçı yanında yaşaması; - tərəflərin məhkəmədə verdiyi izahatlardan, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan iddiaçının əvvəlki evliliyindən 07 sentyabr 2015-ci il təvəllüdlü Nuranə adlı uşağının olması, onun saxlanılması üçün X1 hər ay 80 manat miqdarında aliment alması; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan və iddia ərizəsinə əlavə edilən Babək Rayon Məhkəməsinin “26” may 2022-ci il tarixli, 2(079)- 187/2022 nömrəli qətnaməsindən Cavabdeh əvvəlki evliliyindən Elmira, Həsən, Rəvan adlı üç uşağın dünyaya gəlməsi, X2 Cavabdeh qarşı alimentin artırılması tələbi ilə Babək Rayon Məhkəməsinə müraciət etməsi və onun tələbinin qismən təmin edilərək Cavabdeh tərəfindən ona hər ay 315 manat miqdarında aliment ödənilməsi; - iddia ərizəsinə əlavə edilən Babək Rayon Məhkəməsinin “26” may 2022-ci il tarixli, 2(079)-187/2022 nömrəli qətnaməsindən Cavabdeh hər ay 90 (doxsan) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi, Babək Rayon Məhkəməsinin «26” may 2022-ci il tarixli, 2(079)-187/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərinin nəzərinə çatdırmaqdır. İddiaçı Cavabdeh birgə evliliyindən olan uşağın saxlanılması üçün Babək Rayon Məhkəməsinin “26” may 2022-ci il tarixli, 2(079)-187/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, yəni artırılmasını tələb etməsi mülki işin mübahisəli halıdır. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşağın saxlanılması üçün alimenti sabit pul məbləğində müəyyən edilmişdi. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin “26” may 2022-ci il tarixli, 2(079)-187/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. İddiaçı tərəf Babək Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(079)-187/2022 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək ailə və maddi vəziyyətində ciddi dəyişikliyin olmasını təsdiq edən sübutlar təqdim etməyib. İddiaçı tələbini aliment məbləğinin övladının saxlanılmasına yetməməsi, özünün heç bir yerdə işləməməsi, Cavabdeh işləməsi ilə əsaslandırmışdı. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X9 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Cavabdeh birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 220 (iki yüz iyirmi) manat sabit məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə onun tələbini əsaslı saymır. Xüsusi ilə onun əvvəlki nikahından olan 8 yaşlı uşaq üçün hər ay 80 manat miqdarında aliment alıb, həmin pulla onun ehtiyaclarını qarşılaya bildiyi halda, iki yaşlı uşaq üçün ödənilən 90 manat miqdarında alimentlə kifayətlənməməsini məhkəmə inandırıcı qəbul etmir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, ailə qanunvericiliyinin tələbinə görə hazırki vəziyyətdə Cavabdeh onun əvvəlki nikahından olan övladının deyil, öz övladının saxlanılması üçün öhdəlik daşıyır. Bundan başqa "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh aylıq əmək haqının 485 manat təşkil etdiyini, işin mübahisəsiz hallarından isə həmin məbləğin mühüm hissəsinin onun tərəfindən aliment kimi ödənilməsi müəyyən edilir. Lakin məhkəmə belə hesab edir ki, İddiaçı tələbini əsaslandıran halları sübuta yetirməsə də, cavabdehin öz övladının saxlanılması, onun qayğılarının ödənilməsi üçün hər ay ödədiyi aliment miqdarının 100 manat olmasına etiraz etməməsi barədə təklifini nəzərə almalı və iddia tələbini bu hissədə təmin etməlidir. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (220x12= 2640. 2640-(12x90)=1560). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 2 (iki) manat, 75 (yetmiş beş) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin “26” may 2022-ci il tarixli, 2(079)-187/2022 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, 12 noyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - iddia qismən təmin olduğundan 2 (iki) manat, 75 (yetmiş beş) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin “26” may 2022-ci il tarixli, 2(079)-187/2022 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, 12 noyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 2 (iki) manat, 75 (yetmiş beş) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-314/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-314/2023
24.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver