Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-316/2020 14.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1600 manat borcun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı mübahisəni barışıq sazişi ilə həll etdiklərini bildirərək aralarında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı təqdim edilən və tədqiq edilərək iş materiallarına əlavə edilən iki bənddən ibarət barışıq sazişindən görünür ki, tərəflər öz aralarında aşağıdakı şərtlərlə xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişi bağlamışdır:
1. İddiaçı Cavabdeh ümumilikdə 1600 (bir min altı yüz) manat pulu xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq 5 ay müddətində hər ayın 20-də 300 (üç yüz) manat, 5-ci ayın 20-də 400 manat ödəməyi öhdəsinə götürdüyündən hazırkı barışıq mövqeyini qəbul edir və bu barədə ərizə verməklə tələb üzrə iddiaya xitam verilməsinə öz razılığını bildirir.
2. Cavabdeh sazişin qeyd olunmuş əsaslarla razılaşaraq İddiaçı aldığı borcdan qalmış 1600 (bir min altı yüz) manat borc pulu xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq 5 ay müddətində hər ayın 20-də 300 (üç yüz) manat, 5-ci ayın 20-də 400 manat ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. İddiaçının izahatından aydın oldu ki, tərəflər artıq barışmışlar, barışıq sazişinin nəticəsi onlara aydındır. Buna görə də barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Belə ki, tərəflərin barışmaları ilə əlaqədar olaraq, iddia məhkəmədə baxılması üçün müdafiə olunmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixdə 45999 nömrəli qəbzlə İddiaçı “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Babək filialına 30 manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261- 262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1600 manat borcun alınaraq ona qaytarılması barədə iddia ərizəsinə dair 2(079)-316/2020 nömrəli mülki iş üzrə aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı Cavabdeh ümumilikdə 1600 (bir min altı yüz) manat pulu xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq 5 ay müddətində hər ayın 20-də 300 (üç yüz) manat, 5-ci ayın 20-də 400 manat ödəməyi öhdəsinə götürdüyündən hazırkı barışıq mövqeyini qəbul edir və bu barədə ərizə verməklə tələb üzrə iddiaya xitam verilməsinə öz razılığını bildirir.
2. Cavabdeh sazişin qeyd olunmuş əsaslarla razılaşaraq iddiçı İddiaçı aldığı borcdan qalmış 1600 (bir min altı yüz) manat borc pulu xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq 5 ay müddətində hər ayın 20-də 300 (üç yüz) manat, 5-ci ayın 20-də 400 manat ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. Mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə verilə bilər. İddiaçı “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Babək filialına 30 manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılsın. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.
Sədrlik edən: Daşqın Səfərov.