Məhkəmə qərarları › İş №2(079)-318/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-318/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-318/2020 01.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, “Azərbaycan Beynəlxalq Bankı” X5 Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “Azərbaycan Beynəlxalq Bankı” X8 xx xxxxxxxx 2020-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək xx xxx 2015-ci il tarixli, 5-xx.xx.2015-NAH56 nömrəli kredit müqaviləsi üzrə 396 (üç yüz doxsan altı) manat əsas borcun, həmçinin ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun, 40 (qırx) qəpik bank xidmət haqqının Cavabdeh «Azərbaycan Beynəlxalq Bankı» X5 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. «Azərbaycan Beynəlxalq Bankı» X8 iddiasını əsaslandıraraq qeyd etmişdir ki, bankın Naxçıvan filialı ilə X4 arasında bağlanmış kredit müqaviləsinə əsasən ona illik 25 (iyirmi beş)faiz dərəcəsi ilə 24 ay müddətinə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdi. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh arasında xx xxx 2015-ci il tarixli,5-xx.xx.2015-NAH56 nömrəli zaminlik müqaviləsi bağlanmışdı. X4 xx xxxxxx 2015-ci ildə vəfat etmiş və onun barəsində vərəsəlik işinin açılması barədə məlumat əldə edilməmişdi. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanmış faizləri ödəməlidi. Ədliyyə Nazirliyinin elektron xidmətlər portalında vərəsəlik işinin aşılması barədə hər hansı məlumat aşkar edilmədiyindən zaminə qarşı tələb irəli sürmə zərurəti yaranmışdı. xx xxx 2015-ci il tarixli, 5-xx.xx.2015- NAH56 nömrəli kredit müqaviləsi üzrə 396 (üç yüz doxsan altı) manat əsas borc mövcuddur. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdi. İddiaçı“Azərbaycan Beynəlxalq Bankı” X5 nümayəndəsi X10 xx xxxxxxxx 2020-ci il tarixli, 22-4809/2020 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini baxılmamış saxlayıb iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” X5 nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının məhkəmə təqdim etdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait “Azərbaycan Beynəlxalq Bankı” X5 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə mülki işə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmişdi. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” X1 iddia ərizəsi baxılmamış saxlanılmalı və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və “Azərbaycan Beynəlxalq Bankı” X2 ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət Ödəniş Portalı vasitəsi ilə xx xxx 2020-ci il tarixli, ********* nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli hesaba ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: “Azərbaycan Beynəlxalq Bankı” X5 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət Ödəniş Portalı vasitəsi ilə xx xxx 2020-ci il tarixli, ********* nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli hesaba ödədiyi 20 (iyirmi) manat miqdarında dövlət rüsumu “Azərbaycan Beynəlxalq Bankı” X6 geri qaytarılsın. Həmçinin qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “Azərbaycan Beynəlxalq Bankı” X6 geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar