Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-319/2024 24.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsinə əsasən ondan aldığı 2000 (iki min) manat borc və dövlət rüsumu olaraq ödədiyi 40 (qırx) manat olmaqla cəmi 2040 (iki min qırx) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Babək rayon Zeynəddin kənd sakini Cavabdeh ilə 2023-cü ildə həmkəndlim X2 vasitəsi ilə tanış olmuşam. 2023-cü ilin avqust ayında Təbriz mənə zəng edərək Azadın övladının xəstə olduğunu və ona pul lazım olduğunu bildirdi və Azada pul borc verməyimi xahiş etdi. X5 yaxşı tanımadığını və pulu Azada onun vasitəsi ilə və ya notarial qaydada təsdiq olunmuş ərizə ilə verə biləcəyimi bildirdim. Sonra mən Azadla notarial qaydada ərizəyə əsasən ona borc pul verəcəyim barədə razılaşdıq və xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhər “ASAN xidmət” mərkəzinin qarşısında görüşərək “ASAN xidmət” mərkəzi notariat ofisində Cavabdehlə aramızda bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə qaytannaq şərti ilə 2000 manat pul bor verdim. Kredit müqaviləsi bağladıqdan sonra Cavabdehlə öz aramızda borcun 2024-cü ilin yanvar ayınadək hər ay 200 manat olmaqla 1000 manatını qaytaracağı, qalan 1000 manatını isə yanvar ayının sonunda qaytarması barədə razılaşsaq da Azad sentyabr ayında pul ödəmədi. Mən ona aramızda olan razılaşmanı xatırladaraq pulu ödəməsini bildirdikdə Azad övladının xəstəliyi ilə əlaqədar borcunu ödəyə bilmədiyini və 2024-cü ilin yanvar ayında borcunun hamısını ödəyəcəyini bildirdi. 2024-cü ilin yanvar ayında mən Cavabdeh bir daha aramızda bağlanmış kredit müqaviləsini xatırladaraq məndən bor aldığı pulu qaytarmasını xahiş etdim. Cavabdeh yenə də pulu olmadığını və mənə olan borcunu qaytara bilməyəcəyini bilirdi. Bildirirəm ki, Cavabdeh ilə aramızda Naxçıvan şəhər “ASAN xidmət” mərkəzi notariat ofisində bağlanmış kredit müqaviləsini son ödəmə müddəti bitməsinə baxmayaraq cavabdeh müvafiq müqaviləyə əsasən məndən borc olaraq aldığı 2000 min manat pulu hələdə qaytarmayıb. Mən bu müddət ərzində dəfələrlə Cavabdeh telefonla zəng edərək mənə olan borcunu qaytarmasını xahiş etsəm də Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək mənə olan borcunu qaytarmaqdan yayınır. Bildirirəm ki, mən heç bir dövlət idarə və müəssisəsində işləmirəm. Bu gün mənim həmin pula çox ehtiyacım var və xx.xx.2024-cü il tarixdə Cavabdeh bildiriş göndərərək 15 gün ərzində borcunu ödəməsinin bildirmişdim. Həmin tarixdən 17 gün keçməsinə baxmayaraq cavabdeh mənə olan borcunu hələdə ödəməyib. Ona görə də mən məcbur qalıb Cavabdeha qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehi dostu Təbriz Əliyev vasitəsilə tanıdığını, cavabdehin həmin şəxsə zəng edərək övladının xəstə olduğunu və pula ehtiyacı olduğunu bildirdiyini, özünün də notarius vasitəsilə pulu verə biləcəyini bildirdikdən sonra razılaşdıqlarını və pulu 28 avqust 2023-cü il tarixdə ASAN Xidmətə gedərək orada notarius vasitəsilə cavabdehə 2024-cü ilin yanvar ayına qədər hər ay 200 manat olmaqla 1000 manat, qalan 1000 manatını isə yanvar ayının sonunadək qaytarması şərtilə 2000 manat pul verdiyini, cavabdeh həmin pulu qaytarmadığına görə hər dəfə zəng edəndə işsiz olduğunu, pulu göndərəcəyini bildirdiyini, yanvar ayı zəng etdikdə yenə işsiz olduğunu bildirdiyini, özünün bundan sonra da 2 ay pulun verilməsini gözlədiyini, pulu vermədiyinə görə məcbur qalıb iddia qaldırdığını, özünün sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, sadəcə olaraq cavabdehin uşağının xəstə olduğunu bildirdiyi üçün insanlıq xatirinə verdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında özünün pul üçün dostu Əliyev Təbrizə müraciət etdiyini, onun da Rasim adlı tanıdığı şəxsdən pul ala biləcəyini bildirdiyini, daha sonra notariusa getdiklərini və pulu orada Rasimin ona verdiyini, həmin vaxt işlədiyi üçün pulu qaytara biləcəyini düşündüyünü, özünün hətta ayda 500 manat verməyi düşündüyünü, lakin daha sonra əlindan travma aldığından işdən çıxdığı üçün ödəyə bilmədiyini, indi də işləyə bilmədiyini, atasının birinci qrup əlil olduğunu, ona qulluq etdiyini, onun aylıq 100 manat baxım pulunu aldığını, iddianı etiraf etdiyini bildirmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli müqavilədən İddiaçı ilə Cavabdeh arasında notariat qaydada təsdiq edilmiş kredit müqaviləsinin bağlanmış olması, tərəflər arasında borcalana tərəfindən xx.xx.2024-cü il tarixədək qaytarılması şərtilə faizsiz olaraq kreditin verilməsi barədə razılıq əldə olunması; - 11 mart 2024-cü il tarixli xəbərdarlıqdan və poçt qəbzindən İddiaçı tərəfindən Cavabdeh öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. İş materiallarına əlavə olunmuş notariat qaydada təsdiq edilmiş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci bəndinə əsasən "Borc verən" "Borc alana" 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik) məbləğində pul borc verir. - müqavilənin 2-ci bəndinə əsasən "Borc alan" krediti xx.xx.2024 tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. - müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. - müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. Mülki iş üzrə məhkəmə iclasında cavabdeh iddianın etirafı barədə ərizəsini məhkəməyə təqdim edərək, həmin ərizədə İddiaçı 2000 manat borcu olduğunu etiraf etmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 2000 (iki min) manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 40 (qırx) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 40 (qırx) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-319/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-319/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver