Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-323/2020 26.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, iddiaçı təşkilat «xxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulmasına” dair ərizəsinə tərəflərin iştirakı olmadan baxaraq, müəyyən etdi: İddiaçı təşkilat «xxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxxxx 2020cil tarixdə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 452.54 (dörd yüz əlli iki manat, 54 qəpik) manat əsas, 15.84 (on beş manat, 84 qəpik) manat faiz, 9.3 (doqquz manat, 30 qəpik) manat cərimə, KM-nin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5% faiz olmaqla 21.83 (iyirmi bir manat, 83 qəpik) manat, cəmi 499.51 (dörd yüz doxsan doqquz manat, 51 qəpik) manat və 20 manat ödənilən dövlət rüsumu, ərizəçi «xxxxxxxx» MMC-nin xeyrinə tutulması, həmin məbləğin borcluya məxsus «Baymak 31 KV» istilik sistemi və aksesuarlarına yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Babək Rayon Məhkəməsinin “29” sentyabr 2020-ci il tarixli, 2(079)-323/2020 nömrəli qərardadı ilə ərizəçi «xxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu Cavabdeh qarşı “borcun tutulmasına” dair ərizəsinə iddia icraatı qaydasında baxılmasına qərar verilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilat «xxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə iddiaçı təşkilat «xxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki,iddiaçı təşkilat «xxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 297-ci maddəsinə görə Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1-ci maddəsinin tələbinə görə yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasındən ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. Məhkəmə iş materiallarının araşdırılması zamanı iddiaçı təşkilat «xxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi borclu Cavabdeh göndərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı təşkilat «xxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı təşkilat «xxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixdə İT0000025 nömrəli Ödəniş tapşırığı ilə 20 manat məbləğində ödədiyi dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 152.1.6, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı təşkilat «xxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. İddiaçı təşkilat «xxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixdə İT0000025 nömrəli Ödəniş tapşırığı ilə 20 manat məbləğində ödədiyi dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Qərardaddan, o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-323/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-323/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver