Məhkəmə qərarları › İş №2(079)-328/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-328/2025

25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-328/2025 25.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “21” aprel 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Babək Rayon Məhkəməsinin 2(079)-246/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh bir uşağın saxlanılmasına görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.615 (400*0.615=246) misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, 06 iyun 2014-cü il tarixində Cavabdeh ilə nikahımız bağlanmış və iyunun 17-də toyumuz olmuşdur. Birgə nikahımızdan 26 mart 2015-ci il təvəllüdlü X6 olmuşdur. 4 saylı Bakı Asan Xidməti X8 tərəfindən 10 dekabr 2015-ci il tarixində doğum haqqında akt qeydləri kitabında 8236 nömrəsi ilə qeydiyyata alınmışdır. Sonradan yola getmədiyimizdən məhkəməyə müraciət olunmuş Babək Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(079)-9/17 saylı qətnaməsi ilə nikahımız pozulmuş, X6 mənim himayəmdə saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 117 manat sabit pul məbləğində aliment (xx.xx.2016-cı il tarixindən başlayaraq) Cavabdeh alınaraq mənə verilməsi qət edilmişdir. 07 iyun 2017-ci il tarixində Babək rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Daha sonra alimentin artırılması ilə mediasiya təşkilatına müraciət etmişəm və aramızda xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişin 2-ci bəndinə görə tərəflər mübahisə ilə bağlı mübahisənin barışıq yolu ilə həll edilməsi barədə razılığa gəlirlər. Tərəflər birlikdə Mediasiya Prosesində aralarında razılığa gəldilər ki, Cavabdeh övladı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 160 (bir yüz altmış) manat aliment pulunun iyun 2023-cü il tarixdən hər ay olmaqla digər tərəfə - İddiaçı ödəməsini razılaşdırırlar. Barışıq sazişi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün barışıq sazişinin təsdiqi ilə bağlı məhkəməyə müraciət edilmiş Babək rayon Məhkəməsinin 2(079)-246/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişinin şərtlərinə uyğun olaraq Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat miqdarında alimentin xx.xx.2023-cü ildən tutularaq uşağın anası İddiaçı ödənilməsi və alimentə dair hissədə dərhal icraya yönəldilməsi, İddiaçı tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Alimentin tutulmasının əvvəli qətnamədə düzgün qeyd edilmədiyindən Babək Rayon Məhkəməsi tərəfindən 2(079)-246/2024 saylı, xx.xx.2024-cü il tarixli əlavə qətnamə qəbul edilmişdir. Əlavə qətnaməyə əsasən barışıq sazişinin şərtlərinə uyğun olaraq Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat miqdarında alimentin xx.xx.2023-cü ildən tutularaq uşağın anası İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda övladımın saxlanması üçün əvvəlki qətnamədə qeyd olunan aliment nəinki uşağın aylıq xərclərini ödəmir, heç aylıq vacib tələbatlarını belə ödəməyə yetmir. Uşaq böyüdükcə maddi ehtiyacları və gündəlik tələbatları da eyni dərəcədə artıb, lakin cavabdeh uşağın bu ehtiyaclarına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. Hazırda övladım birinci sinfə gedir. Məktəbli olduqdan sonra uşağın xərcləri daha da artmışdır. Mövcud vəziyyətdə uşaq üçün tələb olunan geyimlərin və qida məhsullarının, məktəb ləvazimatlarının qiyməti çox bahalaşıb ki, bunları da bir valideyn olaraq həm mən, həm də cavabdeh ödəməlidir. Lakin, bu sahədə cavabdeh mənə məhkəmə qaydasında təyin olunmuş aliment məbləğini gecikdirmələrlə ödəməkdən başqa heç bir maddi köməklik etmir. Bu və bu kimi xüsusatlardan başqa, uşağın inkişaf edən Azərbaycanımızın gələcəyinə öz töhvəsini verən xeyirli bir vətəndaş kimi yetişməsi üçün icbari orta təhsildən başqa, mədəni həyata inteqrasiya baxımından vacib olan dərnəklərdə təhsil almalıdır. Hazırda cavabdehin maddi imkanı yaxşıdır. Cavbdehin **-BL-*** dövlət nömrə nişanlı minik avtomobili və **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını vardır. Eyni zamanda Aylin Parfüm (qızının adına uvğun) mağazası mövcuddur. Bu barədə sübutlarımı məhkəmə prosesində təqdim edəcəyəm. Göründüyü kimi cavabdehin 246 manat ödəmək üçün yetərincə gəliri və əmlakı vardır. Mübahisənin alternativ həlli üçün Mediasiya Şurasına müraciət olunmuş və tərəfə mediasiya təklifi göndərilsə də cavab verilməmişdir. "İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə" arayış verilmişdir və məhkəməyə müraciət hüququmuzun olduğu bildirilmişdir. İddiaçı Əbülfəz qızı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehin kifayət qədər gəliri vardır. Ona görə də alimentin miqdarının dəyişdirilməsini istəyir. Qızı böyüyür və ehtiyacları artır. O, isə sadəcə aylıq əmək haqqı ilə onun ehtiyaclarını qarşılaya bilmir. Cavabdehin parfümeriya dükanı vardır. Özünə 30000 manat dəyərində avtomobil alıb. Həmçinin yük maşını vardır və ekskavator işlədir. Yük maşını cavabdehin öz adınadır. Minik avtomobilini isə aliment öhdəliyi olduğuna görə öz adına keçirmir. Cavabdeh öz xalasının oğlu olduğundan onun necə qazanc əldə etməsindən xəbərdardır. Aliment 2017-ci ildə nikahları məhkəmə qətnaməsi ilə pozularkən təyin edilib. Cavabdeh həmçinin icarə hüququ əsasında Bakı şəhərində ətriyyat mağazası işlədir və həmin mağaza qızının adını daşıyır. Bir dəfə qızına hədiyyə etdiyi parfümün üzərində həmin mağazanın məlumatları mövcud olmuşdur. Qızının onurğasında əyrilik vardır. Mütəmadi olaraq masaja və üzgüçülüyə gedir, üzgüçülüyə ayda 40-50 manat pul ödəyir. Həmçinin əlavə ödənişli hazırlıqlara gedir. Cavabdeh isə ata kimi öhdəsinə düşəni etmir. Cavabdeh gəliri olduğu halda uşağının yaxşı yaşamağını istəmir. Bu səbəblərdən də alimentin artırılmasını istəyir və iddiasını müdafiə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanan məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər nikahın bağlanması, onların birgə nikahından 26 mart 2015-ci il təvəllüdlü X2 dünyaya gəlməsi, iddiaçı və cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra onların birgə nikahından olan uşaqlarının iddiaçının yanında qalması və uşağın saxlanılması üçün cavabdehdən hər ay 117 (bir yüz on yeddi) manat miqdarında alimentin tutularaq İddiaçı qızına ödənilməsinin qət olunması, bundan sonra tərəflər arasında mediasiya prosesinin tətbiq edilməsi nəticəsində bağlanmış barışıq sazişi əsasında aliment məbləğinin artırılaraq 160 manat sabit pul məbləğində müəyyən edilməsi və məhkəmənin qətnaməsi ilə barışıq sazişinin təsdiq edilməsi mülki işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş: - 4 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 668951 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin X6 adlı övladlarının 26 mart 2015-ci il tarixdə doğulduğu; - Babək Rayon Məhkəməsinin 2(079)-9/2017 nömrəli qətnaməsindən X7 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan X2 anası X3 yanında qalması, Cavabdeh hər ay 117 (bir yüz on yeddi) manat miqdarında sabit pul məbləğində alimentin alınıb 26 mart 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün X5 verilməsinin qət edildiyi; - tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi ilə X1 üçün Cavabdeh 160 manat alimentin 2023-cü ilin iyunundan etibarən hər ay tutularaq X5 verilməsi barədə razılıq əldə olunması; - Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(079)-246/2024-cü il nömrəli qətnaməsi və xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə barışıq sazişinin təsdiq edilərək sazişin şərtlərinə uyğun olaraq Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat miqdarında alimentin xx.xx.2023-cü il tarixdən tutularaq uşağın anası İddiaçı ödənilməsinin qət edildiyi müəyyən olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Belə ki, Babək Rayon Məhkəməsinin “07” mart 2024-cü il tarixli, 2(079)-246/2024 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında alimentin artırılması tələbi ilə bağlı mediasiya prosesi nəticəsində barışıq sazişinin bağlanması, həmin barışıq sazişi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinə dair razılığa gəlmələri və saziş könüllü qaydada icra olunmadığından və qanunazidd olmadığı nəzərə alınaraq təsdiq edilməsi müəyyən olunur. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin “07” mart 2024-cü il tarixli, 2(079)-246/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 26 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.61 misli həddində, yəni sabit pul məbləğində 246 manat alimentin ödənilməsini tələb etməsi, yəni aliment məbləğinin artırılması üçün əsasların olub-olmaması ilə bağlıdır. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sabit pul məbləğində alimentin məbləğinin müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı xx.xx.2016-cı il tarixli qərarının 8.13-cü bəndinə görə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. İddiaçının sübutların təmin edilməsi ilə bağlı vəsatəti əsasında "Elektron Məhkəmə" informasiya sistemindən cavabdehin əmlak məlumatları üzrə çıxarışdan onun mülkiyyətində xx.xx.2023-cü il tarixdən “MAN 26 440 6X2-2” yük modelli dartıcı avtomobilin olduğu müəyyən edilir. Həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən cavabdehin vergi məlumatları üzrə çıxarışdan sonuncunun xx.xx.2019-cu il tarixdən “Yük avtomobil nəqliyyatlarının fəaliyyəti” sahəsində ********** VÖEN nömrəli aktiv vergi ödəyicisi, fərdi sahibkar olduğu müəyyən edilir. Digər diqqətəlayiq başqa maraqların mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə həmçinin cavabdehin "Elektron Məhkəmə" informasiya sistemindən qohumluq məlumatları üzrə çıxarışdan onun subay olmaqla himayəsində digər uşaqların, həmçinin məhkəmə qətnaməsi ilə aliment ödənilən başqa uşaqlarının olmamasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X12 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə son olaraq razılaşdırılan aliment məbləğinin barışıq sazişi əsasında müəyyən edilməklə cavabdehin maddi vəziyyətində xx.xx.2023-cü il tarixdən etibarən baş vermiş dəyişikliyi aliment məbləğinin iddia qismən təmin edilməklə artırılması üçün əsas hesab edir. Artırılmalı olan alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı aliment məbləğinin artırılaraq 246 manata çatdırılmasını tələb etsə də məhkəmə sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq iddia qismən əsaslı sayır. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq hərtərəfli inkişafı üçün lazımi xərcləri, həmçinin cavabdehin maddi vəziyyətində baş vermiş istinad edilən dəyişiklikləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən hər ay 200 (iki yüz) manat məbləğində aliment tutulmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndində isə nəzərdə tutulur ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmçinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən rayon (şəhər) məhkəmələrinə göndərilmiş məktubda qeyd olunmuşdur ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər. Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe, iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır. Bununla yanaşı, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Əlavə olaraq “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Belə olan halda yuxarıda göstərilən maddi hüquq normaları iddiaçının ərizəsi ilə birlikdə nəzərə alınmaqla məhkəmə belə hesab edir ki, 26 mart 2015-ci il tarixdə anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilən hər ay 200 (iki yüz) manat aliment miqdarının 2025-ci il üzrə müəyyən edilmiş 400 manat məbləğində minimum əmək haqqının 0.5 mislini təşkil etdiyi nəzərə alınaraq, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində indeksasiya olunmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 44 (qırx dörd) manat miqdarında (12x200=2400 30+(1400x1%)=44) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 44 (qırx dörd) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - Babək Rayon Məhkəməsinin “07” mart 2024-cü il tarixli, 2(079)-246/2024 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 26 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 misli həddində sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı ödənilməli; - iş üzrə Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan rədd edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin “07” mart 2024-cü il tarixli, 2(079)-246/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 26 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 misli həddində sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 44 (qırx dörd) manat miqdarında rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar