Məhkəmə qərarları › İş №2(079)-333/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-333/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-333/2021 02.09.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti «22” iyun 2021-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 480.13 (dörd yüz səksən manat, on üç qəpik) manat əsas, 88.35 (səksən səkkiz manat, otuz beş qəpik) manat faiz, 104.48 (bir yüz dörd manat, qırx səkkiz qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə 25 yanvar 2021-ci il tarixdən, 02 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.9 (üç manat, doxsan qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 676.86 (altı yüz yetmiş altı manat, səksən altı qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh 25 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 24 faizlə 18 ay müddətinə 1000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 02 aprel 2021-dək Cavabdeh banka 25 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 480.13 (dörd yüz səksən manat, on üç qəpik) manat əsas, 88.35 (səksən səkkiz manat, otuz beş qəpik) manat faiz, 104.48 (bir yüz dörd manat, qırx səkkiz qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə 25 yanvar 2021-ci il tarixdən, 02 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.9 (üç manat, doxsan qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 676.86 (altı yüz yetmiş altı manat, səksən altı qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 “23” avqust 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə 17 avqust 2021-ci il tarixli, KBD/3238 nömrəli ərizə ilə müraciət edərək, bankın Cavabdeh qarşı borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət etdiyini, hazırda işin məhkəmənin icraatında olduğu və işə baxılmasının 02 sentyabr 2021-ci il tarixə, saat 0900-a təyin edildiyini, Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərini onlara geri qaytarılması ilə işin baxılmamış saxlanması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçının məhkəmə təqdim etdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki mülki iş üzrə isə cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdi. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi baxılmamış saxlanılmalı və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan, məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, o, iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi X4 Portalı vasitəsi ilə 20 aprel 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İddia qaldırılarkən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi X4 Portalı vasitəsi ilə 20 aprel 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar