Məhkəmə qərarları › İş №2(079)-337/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-337/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-337/2020 06.11.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi ilə, iddiaçı təşkilat “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat “xxxxxxxxxxx” MMC iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehxx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********91026 olan Samsung Galaxy S9+ markalı telefon üçün 1250 (bir min iki yüz əlli) manat ödənilməmiş hissə, 375 (üç yüz yetmiş beş) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 1656 (bir min altı yüz əlli altı) manat ödənilməmiş hissə, 303 (üç yüz üç) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi band 4 saat üçün 90 (doxsan) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə, ümumilikdə 3701 (üç min yeddi yüz bir) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3731 (üç min yeddi yüz otuz bir) manat məbləğində pulun iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat “xxxxxxxxxxx” MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********91026 olan Samsung Galaxy S9+ markalı telefon, Samsung LED TV və Xiaomi Mi band 4 saat almış və nəticədə 3701 (üç min yeddi yüz bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2055 (iki min əlli beş) manat (18 ay x 92 manat + 399 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 1959 (bir min doqquz yüz əlli doqquz) manat olmaqla ondan, 1656 (bir min altı yüz əlli altı) manat ödənilməmiş hissə, 303 (üç yüz üç) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 90 (doxsan) manat (6 ay x 15 manat + 0 manat ilkin ödəniş) Xiaomi Mi band 4 saat üçün ümumilikdə, 117 (bir yüz on yeddi) manat olmaqla ondan, 90 (doxsan) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 946 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş zaman hesablanmış peniya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı təşkilat “xxx” TELECOM MMCyə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi X1 məhkəmənin ünvanına daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli xx.xx.2020-ci il tarixli, AZ1141/********** nömrəli və xx xxxxxx 2020ci il tarixli xx.xx.2020-ci il tarixli, AZ1141/********** nömrəli teleqramında məhkəmə iclasında üzrlü səbəbdən iştiraklarının mümkün olmadığını, mülki işə onların iştirakı olmadan baxılmasını, iddianı müdafiə etdiklərini və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin teleqramını və iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də cavabdeh iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC-dən Samsung Galaxy S9+ markalı telefon, Samsung LED TV və Xiaomi Mi band 4 almış, müqavilənin şərtlərinə görə,“xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh həmin müqavilə üzrə əşya və telefon quraşdırma xidməti göstərilmiş, Cavabdeh isə həmin müqaviləsi üzrə istifadə etdiyi əşyaların pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq “xxxxxxxxxxx” MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə “xxxxxxxxxxx” MMC üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərinödənilməsini gecikdirmiş və “xxxxxxxxxxx” MMC-yə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli, 00761662 nömrəli müqaviləsindən görünür ki, iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC və Cavabdeh arasında Samsung Galaxy S9+DUAL markalı telefon olan əşyanın alqı-satqına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti Samsung Galaxy S9+ markalı telefon olan əşyanın Kreditorun müştəriyə verilməsinə dair, müştəri isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada Kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2.-ci maddəsinə əsasən müqavilənin predmeti təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 00761662 nömrəli müqaviləsinə Əlavədə görünür ki, tərəflər alqı-satqı müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 1797 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış peniya aşkarlanarsa, “xxx” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 180 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 00761662 nömrəli müqavilə üzrətəhvil-təslim aktından görünür ki, CavabdehSamsung Galaxy S9+DUAL markalı telefon olan əşyanı iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli, 00961877 nömrəli müqaviləsindən görünür ki, iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC və Cavabdeh arasında Samsung LED TV olan əşyaların alqı-satqına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti Samsung LED TV olan əşyanın Kreditorun müştəriyə verilməsinə dair, müştəri isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada Kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2.-ci maddəsinə əsasən müqavilənin predmeti təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, 00961877 nömrəli müqaviləsinə Əlavədən görünür ki, tərəflər alqı-satqı müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 2055 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış peniya aşkarlanarsa, “xxx” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 206 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, 00961877 nömrəli müqavilə üzrətəhvil-təslim aktından görünür ki, CavabdehSamsung LED TV olan əşyaları iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli, 01002649 nömrəli müqaviləsindən görünür ki, iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC və Cavabdeh arasında Xiaomi Mi band 4 olan əşyanın alqı-satqına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti Samsung Galaxy S9+ markalı telefon olan əşyanın Kreditorun müştəriyə verilməsinə dair, müştəri isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada Kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2.-ci maddəsinə əsasən müqavilənin predmeti təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, 01002649 nömrəli müqaviləsinə Əlavədə görünür ki, tərəflər alqı-satqı müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 90 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış peniya aşkarlanarsa, “xxx” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 9 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, 01002649 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, CavabdehXiaomi Mi band 4 olan əşyanı iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********91026 olan Samsung Galaxy S9+ markalı telefon üçün 1250 (bir min iki yüz əlli) manat ödənilməmiş hissə, 375 (üç yüz yetmiş beş) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 1656 (bir min altı yüz əlli altı) manat ödənilməmiş hissə, 303 (üç yüz üç) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi band 4 saat üçün 90 (doxsan) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə, ümumilikdə 3701 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin verdiyi arayışdan məlum olur ki, Cavabdeh Babək rayonu, Cəhri kəndində qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4.-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5.-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cuil tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1250 (bir min iki yüz əlli) manat ödənilməmiş hissə üzrə hesablanmış 375 (üç yüz yetmiş beş) manat məbləğində dəbbənin azaldılaraq, 125 (bir yüz iyirmi beş) manat məbləğində və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1656 (bir min altı yüz əlli altı) manat ödənilməmiş hissə üzrə hesablanmış 303 (üç yüz üç) manat məbləğində dəbbənin azaldılaraq, 165 (bir yüz altmış beş) manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********91026 olan Samsung Galaxy S9+ markalı telefon üçün 1250 (bir min iki yüz əlli) manat ödənilməmiş hissə, 125 (bir yüz iyirmi beş) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 1656 (bir min altı yüz əlli altı) manat ödənilməmiş hissə, 166 (bir yüz altmış altı) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi band 4 saat üçün 90 (doxsan) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə pulu olmaqla, ümumilikdə 3314 (üç min üç yüz on dörd) manat məbləğində pul alınaraq iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC tərəfindən Hökumət Ödəniş Portalı vasitəsilə xx.xx.2020-cu il tarixli, ********* nömrəli qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 26.90 (iyirmi altı manat, 90 qəpik) manatı Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********91026 olan Samsung Galaxy S9+ markalı telefon üçün 1250 (bir min iki yüz əlli) manat ödənilməmiş hissə, 125 (bir yüz iyirmi beş) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1656 (bir min altı yüz əlli altı) manat ödənilməmiş hissə, 166 (bir yüz altmış altı) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 90 (doxsan) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə pulu olmaqla, ümumilikdə 3314 (üç min üç yüz on dörd) manat məbləğində pulalınaraq iddiaçı təşkilat “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddiaçı təşkilat “xxxxxxxxxxx” MMC tərəfindən Hökumət Ödəniş Portalı vasitəsilə xx.xx.2020-cu il tarixli, ********* nömrəli qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 26.90 (iyirmi altı manat, 90 qəpik) manatı Cavabdeh alınaraq iddiaçı təşkilat “xxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar