Məhkəmə qərarları › İş №2(079)-342/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-342/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-342/2020 26.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “23” sentyabr 2020-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 312,77 (üç yüz on iki manat, yetmiş yeddi qəpik) manat əsas, 74,93 (yetmiş dörd manat, doxsan üç qəpik) manat faiz, 67,77 (altmış yeddi manat, yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 455,47 (dörd yüz əlli beş manat, qırx yeddi qəpik) manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FinTrend” X4 X2 Cəmiyyətindən illik 40 faizlə 12 ay müddətinə 336 manat kredit götürmüşdür. “FinTrend” X4 Təşkilatı ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli, 0004 nömrəli müqaviləyə və hüquqların ötürülməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 915 nömrəli sazişə əsasən Cavabdeh ilə “FinTrend” X4 Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ ilə “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. Hazırda borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il avqustun 18-dək cavabdehin banka xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 312,77 (üç yüz on iki manat, yetmiş yeddi qəpik) manat əsas borc, 74,93 (yetmiş dörd manat, doxsan üç qəpik) manat faiz borcu, 67,77 (altmış yeddi manat, yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 455,47 (dörd yüz əlli beş manat, qırx yeddi qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti iki min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Bundan əlavə həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmənin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və işə baxılması ilə əlaqədar olaraq tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışından və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan aydın olur ki, cavabdeh Babək rayonu, Güznüt kəndində rəsmi qeydiyyatdadır. Mülki iş üzrə məhkəmə sənədləri, yəni İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsinin, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2(079)-342/2020 nömrəli qərardadının surəti və eyni tarixli və nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Cavabdeh rəsmi qaydada verilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Eyni zamanda ona göndərilmiş xx xxxxxxxx 2020-ci il tarixli 2(079)-342/2020 nömrəli qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Cavabdeh ünvanlanmış məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması (köçməsi) səbəbindən poçt tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Güznüt kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, əsasən borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən Cavabdeh ilə “FinTrend” X4 X2 Cəmiyyəti arasında xx xxxxxx 2019-cu il tarixli, 13-1***-******* nömrəli kredit müqaviləsi, xx xxx 2018-ci ildə “FinTrend” X4 X2 Cəmiyyəti ilə “xxxxxx” İKB Açıq Səhmdar Cəmiyyəti arasında tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 nömrəli müqavilənin bağlanması, həmçinin “xxxxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilərək, yeni adının İddiaçı Açıq Səhmdar Cəmiyyəti olması aydın olur. Cavabdeh ilə “FinTrend” X4 X2 Cəmiyyəti arasında xx xxxxxx 2019-cu il tarixli, 13- 1***-******* nömrəli kredit müqaviləsindən onların iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmələri müəyyən edilir: -müqavilənin predmeti adlanan 1-ci bəndinə əsasənkreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş qaydada kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir.Borcalan həminmüqaviləni imzalamaqla razılaşır ki, kredit vəsaiti kreditor tərəfindən borcalanın əldə edəcəyi istehlak mal(lar)ının müqabilində həmin malların satışını həyata keçirən satıcının hesabına nağdsız qaydada köçürülməsi yolu ilə verilir; - müqavilənin 2.1, 2.1.1, 2.2-2.5-ci bəndlərinin tələbinə görə müqaviləyə əsasən kreditor borcalana müqavilənin 1.2-ci bəndinə nəzərdə tutulmuş qaydada 336(üç yüz otuz altı manat) məbləğində kredit verir.Kredit məbləğinin kreditor tərəfindən borcalanın ödəniş tapşırığı əsasında borcalanın əldə edəcəyi mal(llar)ın müqabilində satıcının bank hesabına köçürülür və həmin andan kredit borcalana verilmiş hesab olunur. Kredit borcalana istehlak məqsədilə, 12.00 (on iki) ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 40 (qırx) faiz dərəcəsi ilə hesablanan məbləği ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 40 (qırx) faiz təşkil edir; - müqavilənin 3.1 və 3.2-ci bəndlərində qeyd edilir ki, kreditor borc məbləğini borcalanın imzalanmış yazılı ərizəsi və ödəniş tapşırığı əsasında köçürmə yolu ilə istehlak mallarının satışını həyata keçirən satıcının hesabına mədaxil edir.Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini kreditor və borcalan arasında yazılı şəkildə tərtib edilmiş və (Əlavə 1) müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Ödənişlərin həyata keçirilməsinə görə məsuliyyəti borcalan daşıyır və borcalan ödənişlə bağlı sənədləri bu müqavilə üzrə öhdəliklərinə xitam verilənədək saxlamalıdır; -müqavilənin 4.1 və 4.1.5-ci maddələrinin mahiyyətinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə qaytarılmasını tələb etmək kreditorun hüququdur; -həmçinin müqavilənin 4.4, 4.4.3 və v 4.4.4-cü bəndlərində ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəməyin və kreditor tələb etdikdə krediti hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə qaytarmağın cavabdehin vəzifəsi olması müəyyən edilir; -müqavilənin 6.1. 6.1.1 və 6.1.2-ci bəndlərinə görə borcalan verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə ödəmədikdə və ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən və ya ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirildikdə kreditor krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər; -8.1-ci bəndə əsasən müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, müqavilə tərəfləri arasında olan razılaşma üzrə iddiaçının müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehin aldığı mala əsasən satıcının hesabına köçürülməsi, cavabdehin isə həmin müqavilə üzrə ona verilmiş krediti məbləğini müqavilə şərtlərinə uyğun olaraq “FinTrend” X4 X2 Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. “FinTrend” X4 X2 Cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli, 13-1***-******* nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, 13-1***-*******-2 nömrəli ödəmə tapşırığı ilə sübuta yetirilir. Belə ki, həmin sənəddən 336 (üç yüz otuz altı) manat məbləğində pulun “FinTrend” X4 X2 Cəmiyyəti tərəfindən X3 Cəmiyyətinə (MAXİ AZ) ödəməsi aydın olur. Müqavilədən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli PAİHTD-7153 nömrəli xəbərdarlıqdan və 005834 nömrəli yol qaiməsindən məlum olur. Həmin sənədlərlə müəyyən edilir ki, iş üzrə cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilərək, bu borcun ödənilməsi üçün 5 gün müddət təyin edilmiş və bu xəbərdarlıq cavabdehə xx xxxxxx 2020-ci ildə təqdim edilmişdi. Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi öz təsdiqini tapır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, 13-1***-******* nömrəli il tarixli kredit müqaviləsinin 7.1-ci bəndindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışında Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcdan 23,23 (iyirmi üç manat, iyirmi üç qəpik) manat, faiz borcundan isə 12,77 (on iki manat, yetmiş yeddi qəpik) manat ödəməsi, sonuncu ödəmənin isə xx xxxxxx 2020-ci ildə həyata keçirilməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə cavabdehin müqavilə üzrə 312,77 (üç yüz on iki manat, yetmiş yeddi qəpik) manat məbləğində əsas və 74,93 (yetmiş dörd manat, doxsan üç qəpik) manat məbləğində faiz borcunun olması da müəyyən olunur. İddiaçının cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. “FinTrend” X4 X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 13-1***-******* nömrəli kredit müqaviləsinin 2.5-ci bəndindən aydın olur ki, gecişdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 (bir yüz səksən) faiz dərəcəsi ilə dəbbə pulu hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimənin məbləğinə gəldikdə isə iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışında cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 67,77 (altmış yeddi manat, yetmiş yeddi qəpik)manat məbləğində cərimə borcunun olması qeyd edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu 20 (iyirmi) manat məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Çünki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1 və 8.1.1-ci maddələrinə əsasən, iddia qiyməti 500 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun miqdarı 20 (iyirmi) manat təşkil etdiyindən, ərizənin verilməsi ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun artıq hissəsi, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ona geri qaytarılmışdı. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - xx xxxxxx 2019-cu il tarixli, 13-1***-******* nömrəli il tarixli kredit müqaviləsi üzrə 312,77 (üç yüz on iki manat, yetmiş yeddi qəpik) manat əsas borc, 74,93 (yetmiş dörd manat, doxsan üç qəpik) manat faiz borcu, 67,77 (altmış yeddi manat, yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 455,47 (dörd yüz əlli beş manat, qırx yeddi qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. xx xxxxxx 2019-cu il tarixli, 13-1***-******* nömrəli il tarixli kredit müqaviləsi üzrə 312,77 (üç yüz on iki manat, yetmiş yeddi qəpik) manat əsas borc, 74,93 (yetmiş dörd manat, doxsan üç qəpik) manat faiz borcu, 67,77 (altmış yeddi manat, yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 455,47 (dörd yüz əlli beş manat, qırx yeddi qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar