Məhkəmə qərarları › İş №2(079)-35/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-35/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-35/2023 26.01.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı avtomaşının qüsurlarının aradan qaldırılması ilə bağlı çəkilmiş xərcin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 28 noyabr 2022-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 16 sentyabr 2022-ci il tarixdə aldığı **-BH-*** dövlət qeydiyyat nömrəli, “Fiat Doblo minik” markalı avtomaşına çəkdiyi 2340 (iki min üç yüz qırx) manat xərcin və iddia verməsi ilə bağlı ödədiyi 55 (əlli beş) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, 16 sentyabr 2022-ci tarixdə Babək şəhəri, Qoşadizə məhəlləsində yaşayan Cavabdeh **-BH-*** dövlət qeydiyyat nömrəli, “Fiat Doblo minik” markalı avtomaşını 16100 (on altı min yüz) manata aldım. Minik aftomobili alan zaman Cavabdeh mənə bildirdi ki, maşının 100 manat xərci var. Mən avtomobili ustaya aparan zaman usta texniki baxış keçirdikdən sonra avtomobili təmir etdi və mənim ona 340 (üç yüz qırx ) manat pul ödəyəcəyimi bildirdi. Avtomobilin xərci bununlada bitmədi və mən məcbur qalıb onu Türkiyə Respublikasına aparmalı oldum. Orda isə 2000 (iki min) manat xərcim çıxdı. Cavabdehin 100 manat xərci var dediyi avtomobilə ümummilikdə 2340 (iki min üç yüz qırx) manat məbləğində xərcim çıxmışdır. Mülki iş üzrə 17 yanvar 2023-cü tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək, məhkəmə gedişi zamanı aralarında mübahisəni həll edərək razılığa gəldiklərini və bu səbəbdən də barışıq sazişini təsdiq edilməsini xahiş etmişdi. 26 fevral 2023-cü ildə keçirilən məhkəmə baxışı iclasında tərəflər bir daha aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdi: -Cavabdeh İddiaçı ona qarşı avtomaşının qüsurlarının aradan qaldırılması ilə bağlı çəkilmiş xərcin ödənilməsi tələbinin qarşılığında İddiaçı 2023-cü ilin mart ayının 15-dək 700 (yeddi yüz) manat ödəməyi öhdəsinə götürür; -İddiaçı Cavabdeh qarşı avtomaşının qüsurlarının aradan qaldırılması ilə bağlı çəkdiyi xərcin ödənilməsi tələbinin qarşılığında cavabdehin ona 2023-cü ilin mart ayının 15dək 700 (yeddi yüz) manat ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı qarşı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. İş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 191.1-ci maddəsinin mahiyyətinə əsasən tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər;http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_9.htm - 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 17 yanvar 2023-cü tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflə bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, bu hala hüquqi qiymət verilməsinə ehtiyac yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı avtomaşının qüsurlarının aradan qaldırılması ilə bağlı çəkilmiş xərcin ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 17 yanvar 2023-cü tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh İddiaçı ona qarşı avtomaşının qüsurlarının aradan qaldırılması ilə bağlı çəkilmiş xərcin ödənilməsi tələbinin qarşılığında İddiaçı 2023-cü ilin mart ayının 15-dək 700 (yeddi yüz) manat ödəməyi öhdəsinə götürür;

2. İddiaçı Cavabdeh qarşı avtomaşının qüsurlarının aradan qaldırılması ilə bağlı çəkdiyi xərcin ödənilməsi tələbinin qarşılığında cavabdehin ona 2023-cü ilin mart ayının 15dək 700 (yeddi yüz) manat ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı qarşı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. İddiaçı Cavabdeh qarşı avtomaşının qüsurlarının aradan qaldırılması ilə bağlı çəkilmiş xərcin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar