Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-355/2021 23.08.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qızına qarşı borcun tutulması və kredit müqaviləsinin ləğvi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" Açıq Səhmdar Cəmiyyəti "06" iyul 2021-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 18 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 597.31 (beş yüz doxsan yeddi manat, otuz bir qəpik) manat əsas borc, 2.06 (iki manat, altı qəpik) manat faiz borcu və 37.44 (otuz yeddi manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 636.81 (altı yüz otuz altı manat, səksən bir qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, həmçinin Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh1 18 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 603.17 (altı yüz üç manat, on yeddi qəpik) manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 qızı ilə 18 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 22 iyun 2021-ci ilədək Cavabdeh1 banka 18 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 597.31 (beş yüz doxsan yeddi manat, otuz bir qəpik) manat əsas, 2.06 (iki manat, altı qəpik) manat faiz və 37.44 (otuz yeddi manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 636.81 (altı yüz otuz altı manat, səksən bir qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsa Hacıyev 30 iyul 2021-ci il tarixli, ********** nömrəli teleqramla Babək Rayon Məhkəməsinə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, növbəti məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ünvanlamış olduğu 05 avqust 2021-ci il tarixli ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək Rayon Məhkəməsində əsas borclu olaraq ona və zamin qismində Cavabdeh2 qızına qarşı borcun tutulması tələbi ilə iddia qaldırdığını, hal-hazırda Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak etməyinin mümkün olmadığını, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 597.31 (beş yüz doxsan yeddi manat, otuz bir qəpik) manat əsas, 2.06 (iki manat, altı qəpik) manat faiz və 37.44 (otuz yeddi manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 636.81 (altı yüz otuz altı manat, səksən bir qəpik) manat borcunun olduğunu bildirmiş, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qızı da məhkəməyə ünvanladığı 05 avqust 2021-ci il tarixli ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək Rayon Məhkəməsində əsas borclu olaraq Cavabdeh1 və zamin qismində ona qarşı borcun tutulması tələbi ilə iddia qaldırdığını, halhazırda Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak etməyinin mümkün olmadığını, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müştərək qaydada 597.31 (beş yüz doxsan yeddi manat, otuz bir qəpik) manat əsas borc, 2.06 (iki manat, altı qəpik) manat faiz borcu və 37.44 (otuz yeddi manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 636.81 (altı yüz otuz altı manat, səksən bir qəpik) manat borclarının olduğunu bildirmiş, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 18 noyabr 2019-cu il tarixli, 15-Z-1-0-49-13 nömrəli kredit müqaviləsinin bağlanması, borcun təminatı olaraq Cavabdeh2 qızı ilə bank arasında 18 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin bağlanması, kredit müqaviləsinə əsasən İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 illik 1 faizlə 60 ay müddətində 603.17 (altı yüz üç manat, on yeddi qəpik) manat məbləğində kredit verməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri və İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilərək, yeni adının "xxxx" Açıq Səhmdar Cəmiyyəti olması və cavabdehlərin kredit müqaviləsindən irəli gələn əsas öhdəliyini icra etməməsi işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən 18 noyabr 2019-cu il tarixli, 15-Z-1-0-49-13 nömrəli kredit müqaviləsindən İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehə İddiaçı İKB ASC tərəfindən illik 1 faizlə 60 ay müddətində 603.17 (altı yüz üç manat, on yeddi qəpik) manat kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri; -iddia ərizəsinə əlavə edilən 18 noyabr 2019-cu il tarixli, 15-Z-1-0-49-13 nömrəli zaminlik müqaviləsindən eyni tarixli və nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 qızı ilə bank arasında 18 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin bağlanması; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin reyestr çıxarışından İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilərək, yeni adının "xxxx" Açıq Səhmdar Cəmiyyəti olması; -cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının məhkəməyə göndərdiyi ərizələrdən onların iddia tələbini etiraf etməsi, yəni kredit müqaviləsindən irəli gələn əsas öhdəliyini icra etməməsi aydın olur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə Cavabdeh1 ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada tutulması və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini tələb edir. İddiaçının tələblərini mülki iş materialları ilə əlaqəli şəkildə öyrənən məhkəmə hesab edir ki, 18 noyabr 2019-cu il tarixli, 15-Z-1-0-49-13 nömrəli kredit müqaviləsinin ləğv edilməsi tələbini cavabdehlərin müqavilə üzrə əsas borcunun yerinə yetirməməsi ilə əsaslandırıldığından, yəni bu tələb onların müqavilə üzrə əsas borcun yerinə yetiribyetirməməsindən asılı olduğundan, ilk olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərə qarşı olan kredit müqaviləsi üzrə borcun qaytarılması məsələsinə hüquqi aydınlıq gətirməlidir. İşin mübahisəli hallarını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar və cavabdehlərin məhkəməyə göndərdiyi ərizələrdır. Cavabdehlərin iddia tələbini etiraf etməsi ilə əlaqədar olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqedən yola çıxaraq məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit, Cavabdeh2 qızı ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarına əlavə edilən və İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 18 noyabr 2019-cu il tarixdə bağlanılmış kredit müqaviləsindən "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 5 (beş) il müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə, güzəşt müddəti 1 il olmaqla, illik 0.02 faiz cərimə müəyyən edilməklə, 603.17 (altı yüz üç manat, on yeddi qəpik) manat kredit məbləğinin verilməsi barədə tərəflər arasında razılıq əldə olunduğu müəyyən olunur. Həmin müqaviləyə əsasən, bu müqavilə və Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri birlikdə tətbiq edilir və vahid müqavilə hesab edilir. Sözügedən kredit müqaviləsinin tərkib hissəsi olan Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri üzrə iş üçün əhəmiyyətli olan şərtlər aşağıdakılardır: -müqavilənin 2.1-ci bəndindən aydın olur ki, kredit müqaviləsinin predmetini kredit müqaviləsinə əsasən, bankın müştəriyə kreditlər verməyi, müştərinin isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürməsi təşkil edir. -müqavilənin 3.1-ci bəndinə əsasən, kreditin istifadə təyinatı müştərinin vaxtı keçmiş kredit borclarının restrukturizasiyasıdır. -müqavilənin 3.4-cü bəndinə görə faizlər kreditin verilmə tarixindən etibarən kredit Banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1% olmaqla hesablanır. Kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur. -müqavilənin 4.1.1-ci bəndinə əsasən müştərinin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. -müqavilənin 4.4.1-ci bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu banka ödəmək müştərinin vəzifəsidir. -müqavilənin 5.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. -müqavilənin 5.4-cü bəndinə əsasən kredit müqaviləsi ilə nəzərdə tutulmuş dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi Müştərini həmin müqavilə üzrə əsas öhdəliklərin (əsas borc, hesablanmış faiz, dəbbə pulu) icrasından azad etmir. -müqavilənin 5.5-ci bəndindən aydın olur ki, Müştəri onun kredit müqaviləsindən irəli gələn risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu tərəfindən pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirdiyi hallar istisna təşkil edir. -müqavilənin 6.2-ci bəndinə görə isə bu şərtlər və kredit müqaviləsi ilə tənzimlənməyən münasibətlər və tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, onlar arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh1 verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən şərtlərlə və qaydada kreditləri qaytarması onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra edilməsinin sübut etmə vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş cavabdehlərin ərizələri ilə öz təsdiqini tapır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tələbinin əsassızlığı və eyni zamanda iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, 15-Z-1-0-49-13 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də,onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi, əksinə iddia tələbini etiraf etmişlər. Mülki Prosessual Məcəllənin 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdehlər bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır və cavabdehlər tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 qarşı olan kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qızına qarşı da iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 qızı arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, 15-Z-1-0-49-13 nömrəli zaminlik müqaviləsinə əsasən tərəflər üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: - 1.1-ci bəndinə əsasən müqavilənin predmeti 18 noyabr 2019-cu il tarixli, 15-Z-1-0- 49-13 nömrəli kredit müqaviləsi və Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir; - 2-ci bəndində qeyd edilir ki, müqavilə ilə təmin edilmiş öhdəlik 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə verilmiş 603.17 manat məbləğində kredit və kredit üzrə ödənişlər gecikdirildiyi halda illik 0.02 faizlə gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaq məbləğdir; - 3.4 və 3.4.2-ci bəndləri ilə müəyyən edilir ki, müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək zaminin vəzifəsidir; - 4-cü bənddə göstərilir ki,zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit məbləği, ondan istifadəyə görə hesablanan faizlərin, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır; - 6.3-cü bəndə əsasən müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır; - 6.4-cü bəndin tələbinə görə müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh2 qızı 18 noyabr 2019-cu il tarixli, 15-Z-1-0-49-13 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunmuşdur. Hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 qızı bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qızına qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 22 iyun 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə əsas borcdan 902.69 (doqquz yüz iki manat, altmış doqquz qəpik) manat, faiz borcundan isə 323.31 (üç yüz iyirmi üç manat, otuz bir qəpik) manat ödəməsi, sonuncu ödəməni 23 aprel 2021-ci ildə həyata keçirilməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə cavabdehin müqavilə üzrə 597.31 (beş yüz doxsan yeddi manat, otuz bir qəpik) manat məbləğində əsas və 2.06 (iki manat, altı qəpik) manat məbləğində faiz borcunun olması da müəyyən olunur. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 18 noyabr 2019-cu il tarixli, 15-Z-1-0-49-13 nömrəli kredit müqaviləsindən və zaminlik müqaviləsinin 4-cü bəndindən aydın olur ki, cavabdehlər iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. İddiaçı cavabdehlərə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, 15-Z-1-0-49-13 nömrəli kredit müqaviləsindən aydın olur ki, kredit üzrə ödənişlər gecikdirildiyi halda illik 0.02 faizlə gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 22 iyun 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 37.44 (otuz yeddi manat, qırx dörd qəpik) manat məbləğində cərimə borcunun olması qeyd edilir. İddiaçının cavabdehlərə qarşı olan müqavilə üzrə borclarının qaytarılması tələbi hüquqi cəhətdən həll edildiyindən, onun digər tələbi, yəni Cavabdeh1 aralarında bağlanmış 18 noyabr 2019-cu il tarixli, 15-Z-1-0-49-13 nömrəli kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsi ilə müəyyən olunur ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırki tələb üzrə cavabdehlərin müqavilə üzrə əsas öhdəliyini yerinə yetirməməsini məhkəmə müqavilənin əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirir və iddiaçının müqavilənin ləğvi barədə tələbini də əsaslı sayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -18 noyabr 2019-cu il tarixli, 15-Z-1-0-49-13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada 597.31 (beş yüz doxsan yeddi manat, otuz bir qəpik) manat əsas, 2.06 (iki manat, altı qəpik) manat faiz və 37.44 (otuz yeddi manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 636.81 (altı yüz otuz altı manat, səksən bir qəpik) manat məbləğində borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, 15-Z- 1-0-49-13 nömrəli kredit müqaviləsi ləğv edilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. 18 noyabr 2019-cu il tarixli, 15-Z-1-0-49-13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada 597.31 (beş yüz doxsan yeddi manat, otuz bir qəpik) manat əsas, 2.06 (iki manat, altı qəpik) manat faiz və 37.44 (otuz yeddi manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 636.81 (altı yüz otuz altı manat, səksən bir qəpik) manat məbləğində borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, 15-Z-1- 0-49-13 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-355/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-355/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver