Məhkəmə qərarları › İş №2(079)-364/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-364/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-364/2020 03.11.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1646.10 (bir min altı yüz qırx altı manat, 10 qəpik) manat əsas borcu, 55.18 (əlli beş manat, 18 qəpik) manat faiz, cəmi 1701.28 (bir min yeddi yüz bir manat, 28 qəpik) manat borcun, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçı təşkilat İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 2000 (iki min) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixli, ******* saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx xxxxxx 2019-cu il tarixli, 1023884/18111 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 xx.xx.2020-ci il tarixinə əsas borcu 1646.10 (bir min altı yüz qırx altı manat, 10 qəpik) manat əsas borcu, 55.18 (əlli beş manat, 18 qəpik) manat faiz, cəmi 1701.28 (bir min yeddi yüz bir manat, 28 qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. İddiaçı təşkilat qanunvericiliyin bir sıra normalarına istinad etmiş və sonda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1646.10 (bir min altı yüz qırx altı manat, 10 qəpik) manat əsas borcu, 55.18 (əlli beş manat, 18 qəpik) manat faiz, cəmi 1701.28 (bir min yeddi yüz bir manat, 28 qəpik) manat borcun, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçı təşkilat İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən İddiaçı ASC-nin Naxçıvan filialı ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 1.1-ci maddəsinə əsasən, müqavilənin predmeti Kreditorun Borcalana müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verməsi, Borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və müddətlərdə almış olduğu bütün borc pul məbləğini Kreditora ödənişinə dair pul öhdəliyidir. Müqavilənin 1-ci fəslinin şərtlərinə görə “Borcalan”-a 2000 (iki min) məbləğində kredit verilmişdir. Həmin fəslin şərtlərinə əsasən borcalan Kreditora 24 ay (xx.xx.2021-dək) müddətinə, illik 20% dərəcəsi ilə kredit verir, borcalan isə həmin krediti bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən kreditin qaytarılma cədvəlinə müəyyən edilmiş qaydada və məbləğlərdə ödəyir. Həmin müqavilənin 2.1.1-ci maddəsinə görə xx xxxxxx 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsində nəzərdə tutulmuş pul öhdəlikləri iddiaçı təşkilat və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1023884/18111 saylı Zaminlik müqaviləsi ilə təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli, 1023884/18111 saylı Zaminlik müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı təşkilat İddiaçı ASCnin Naxçıvan filialı ilə Cavabdeh2 arasında qeyd olunan zaminlik müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 2.1-ci maddəsinə görə zaminliklə təmin olunan öhdəliyin əsasını xx xxxxxx 2019-cu il tarixdə bağlanmış müqavilə təşkil edir. Həmin müqavilənin 2.2-ci maddəsinə görə təmin olunmuş müqavilənin predmetini Borcalana veriləcək 2000 (iki min) manat məbləğində kredit təşkil edir və müqavilə ilə təmin olunmuş öhdəliyin icrası müddəti Borcalanın kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir. Müqavilənin 1.1-ci maddəsinə əsasən Borcalanın öhdəliklərinin icrasının təminatı olaraq “Zamin” “Borcalana zamin durur və onun öhdəliklərinə görə “Borcverən” qarşısında “Borcalan”la birgə tam məsuliyyət daşıyır. Müqavilənin 3.1-ci maddəsinin tələbinə görə Zamin bank qarşısında Borcalanın kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən Borcalan Zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında müqavilənin 3-cü bəndində göstərilən məbləği bankın ilk tələbində heç bir iddia irəli sürmədən ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş, ******* saylı kredit müqaviləsinə əlavədən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş, xx xxxxxx 2019-cu il tarixli, 1023884/18111 saylı zaminlik müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı təşkilat İddiaçı ASCnin “Naxçıvani” filialı ilə iş üzrə digər Cavabdeh2 arasında qeyd olunan zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, FJB**********641 nömrəli kassa məxaric orderinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh1 1975 (bir min doqquz yüz yetmiş beş) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. 25.085.2020-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 həmin tarixə Banka 1646.10 (bir min altı yüz qırx altı manat, 10 qəpik)manat əsas, 55.18 (əlli beş manat, 18 qəpik) manat faiz borcu olmaqla, cəmi 1701.28 (bir min yeddi yüz bir manat, 28 qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh1 Babək rayonu, Cəhri kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh2 Babək rayonu, Cəhri kəndində qeydiyyatdadır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat İddiaçı ASC öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdehlər Cavabdeh1 istifadə etdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmət göstərilməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı cavabdehə faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1646.10 (bir min altı yüz qırx altı manat, 10 qəpik)manat əsas, 55.18 (əlli beş manat, 18 qəpik) manat faiz borcu olmaqla, cəmi 1701.28 (bir min yeddi yüz bir manat, 28 qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı təşkilat İddiaçı ASC tərəfindən Hökumət Ödəniş Portalı vasitəsilə xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1646.10 (bir min altı yüz qırx altı manat, 10 qəpik) manat əsas borc, 55.18 (əlli beş manat, 18 qəpik) manat faiz, cəmi 1701.28 (bir min yeddi yüz bir manat, 28 qəpik) manat məbləğində pulun tutularaq iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Hökumət Ödəniş Portalı vasitəsilə xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar