Məhkəmə qərarları › İş №2(079)-365/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-365/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-365/2020 30.11.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Behbudova (Hüseynova) Firuzə Rəhman qızı və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat İddiaçı ASC ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” İKB ASC ilə cavabdehlər Behbudova (Hüseynova) Firuzə Rəhman qızı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və Behbudova (Hüseynova) Firuzə Rəhman qızı və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli müqaviləsi üzrə 1831.8 manat əsas borc, 184.41 manat faix borcu olmaqla ümumilikdə cəmi 2016.21 manat borcun və və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kreditor iddia ərizəsini onunla əsaslandırmışdır ki, Behbudova (Hüseynova) Firuzə Rəhman qızı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 21 faizlə 18 ay müddətinə 3000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. xx xxxx 2019-dək Behbudova (Hüseynova) Firuzə Rəhman qızının banka xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1831.8 manat əsas borc, 184.41 manat faiz borcu, borcu olmaqla ümumilikdə cəmi 2016.21 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı ASC-nin hüquq departamentinin məhkəmə orqanları ilə iş şöbəsinin müdiri İsa Hacıyev məhkəməyə teleqram ilə müraciət etmiş, iddianı müdafiə etdiklərini, mülki işə onların iştiraki olmadan baxılmasını və iddianın təmini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Behbudova (Hüseynova) Firuzə Rəhman qızı və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Behbudova (Hüseynova) Firuzə Rəhman qızı və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işə cavabdehlər Behbudova (Hüseynova) Firuzə Rəhman qızı və Cavabdeh2 iştirakı olmadan baxmışdır. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS arayışından müəyyən olunur ki, Behbudova (Hüseynova) X4 rayonu, Kültəpə kəndində qeydiyyatdadır. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS arayışından müəyyən olunur ki, Cavabdeh2 Cəbrayıl rayonu, Hacılı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli, 3-MZ-1-0-472-19 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat “xxxx” İKB ASC və cavabdeh Behbudova (Hüseynova) Firuzə Rəhman qızı arasında kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, müqavilənin predmeti Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, Borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri Kreditora ödənişinə dair pul öhdəliyidir. Müqavilənin 2-ci fəslinin şərtlərinə görə kredit şəxsi istehlak məqsədilə 3000 AZN məbləğində verilmişdir. Həmin fəslin şərtlərinə əsasən borcalan Kreditora 18 ay müddətinə, illik 25 % dərəcəsi ilə faiz ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş sənədlərdən belə məlum olmuşdur ki, cavabdehlə 3000 AZN məbləğində kredit verilməsi ilə bağlı müqavilə bağlanarkən, bütün hesablamalar da məhz qeyd olunan məbləğə görə müəyyənləşdirilmişdir. Müqavilənin 4.2-ci maddəsinə əsasən Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 4.5-ci maddəsinə əsasən kredit üzrə faizlər pul vəsaitini Borcalanın müvafiq hesabına köçürüldüyü gündən həmin vəsaitini qalıq məbləğinin Kreditora tam ödənildiyi günə qədər hesablanır və ödənilir. Müqavilənin 7-ci maddəsinə əsasən Borcalanın öhdəliklərinin icrasının təminatı olaraq xx.xx.2019 tarixli, 3-MZ-1-0-472-19 zaminlik müqaviləsinə əssən Cavabdeh2 tərəfindən verilən zaminlikdir. Həmin müqavilənin 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən Borcalan ona verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə ödəmədikdə və Borcalan tərəfindən ödəniş qrafiki üzrə ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən və ya ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirdikdə Kreditor krediti hesablanmış faizi ilə birlikdə Borcalandan tələb edə bilər. İş materiallarına əlavə olunmuş, xx.xx.2019 tarixli, 3-MZ-1-0-472-19 zaminlik müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı «xxxx» ASC-nin 3 saylı filialı ilə iş üzrə digər Cavabdeh2 arasında qeyd olunan zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən xx.xx.2019 tarixli, 3-MZ-1-0-472-19 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zamin öz üzərinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2019 tarixli, 3-MZ-1-0-472-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarında olan xx.xx.2019 tarixli, 1***-*******13 nömrəli Məxaric qəbzi ilə xx.xx.2019 tarixdə Behbudova (Hüseynova) Firuzə Rəhman qızının hesabına Bank tərəfindən 3000 (üç min) manat pul köçürülməsi və bu barədə tərəflərin müvafiq imza etmələri müəyyən olunur.. xx xxxx 2020-ci il tarixdə cavabdehlər Behbudova (Hüseynova) Firuzə Rəhman qızı və Cavabdeh2 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Behbudova (Hüseynova) Firuzə Rəhman qızının həmin tarixə Banka 1831.8 manat əsas, 184.41 manat faiz borcu olmaqla, cəmi 2016.21 manat məbləğində borcu mövcuddur. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” İKB ASC -i və Behbudova (Hüseynova) Firuzə Rəhman qızı arasında xx xxxx 2019-cu il tarixli, 3-MZ-1-0-472-19 saylı kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, bank tərəfindən Cavabdeh1 istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 25 % dərəcəsi olmaqla, 3000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafikinin” şərtlərinə borclu Cavabdeh1 tərəfindən əməl edilməmiş, o, kredit və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun kreditor qarşısında 1831.8 manat əsas, 184.41 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh B.Behbudova iddiaçı “xxxx” İKB ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin ikinci bəndinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh1 kreditor bankdan 3000 manat məbləğində borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği və hesablanmış faiz məbləğini Banka qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Behbudova (Hüseynova) Firuzə Rəhman qızı və Cavabdeh2 müştərək qaydada 1831.8 manat əsas borc və 184.41 manat faiz borcu olmaqla ümumilikdə 2016.21 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2046.21 manat məbləğində pul alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı təşkilat İddiaçı ASC tərəfindən Hökumət Ödəniş Portalı vasitəsilə xx.xx.2020-ci il tarixli, ********* nömrəli qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxx” İKB ASC ilə Behbudova (Hüseynova) Firuzə Rəhman qızı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 3-MZ-1-0-472-19 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Behbudova (Hüseynova) Firuzə Rəhman qızı və Cavabdeh2 müştərək qaydada “Yelo” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1831.8 manat əsas borc və 184.41 manat faiz borcu olmaqla ümumilikdə 2016.21 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2046.21 (iki min on altı manat, 21 qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə X2 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar