Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-379/2024 24.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(079)-82/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh övladları - 30 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə aramızda olan nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. xx.xx.2017-ci il tarixdə Babək rayon Məhkəməsinin 2(079)-82/2017 saylı qətnaməsi ilə övladımız - 30 avqust 2011-ci il təvəllüdlü X4 mənim yanımda saxlanılmaqla onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 ( bir yüz) manat aliment müəyyən edilmişdir. Hal-hazırki vaxtda 100 manat aliment uşağın heç bir təlabatnı ödəməyə kifayət etmir. O böyüdükcə tələbatı da artır. Oğlum hazırlığa gedir və onun maddi təminatını tək ana kimi qarşılaya bilmirəm. Oğlumun səhhətində narahatçılıq var, hazırda müalicə alır. Ona görə aliment məbləğinin artırılaraq hər ay sabit məbləğdə 235 (iki yüz otuz beş) manat alimentin tutularaq mənə ödənilməsini istəyirəm. Aliment tələbi ilə bağlı məhkəmədən kənar həlli məqsədilə Mediasiya xidmətinə müraciət olunmuş, lakin məsələ həll olunmamış, müvafiq arayış alınaraq iddia ərizəsinə əlavə edilmişdir. Məsələnin həll yolu tapılmadığından məhkəməyə müraciət etməli oluram. Qeyd edim ki, cavabdehin aylıq qazancı və harada işləməsi barədə heç bir məlumatım yoxdur. Əlavə olaraq qeyd edim ki, cavabdehin yaşayış yeri barədə məlumat əldə edə bilməmişəm. Məhkəmədən xahiş edirəm bu barədə mənə köməklik göstərəsiniz. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Babək Rayon Məhkəməsinin 2017-ci ildə qəbul etdiyi qətnamə ilə oğlu 2011-ci il təvəllüdlü oğlu Uğurun saxlanılması üçün 100 manat aliment təyin olunduğunu, oğlunun hazırda 7-ci sinifdə oxuduğunu, 2011-ci ildə təyin olunan 100 manat alimentin hazırda uşağın saxlanması üçün kifayət etmədiyini, belə ki, əvvəllər Bakı şəhərində indi isə Nehrəm qəsəbəsində yaşadıqlarını, Uğurun hazırda riyaziyyat və azərbaycan dili fənlərindən hazırlığa getdiyini, hazırlıqların hər birinə 20 manat, 2 fənnə birlikdə 40 manat ödədiyini, xüsusi marağına görə güləş idman növü ilə məşğul olduğunu, onun ödənişini isə uşağın dayısının etdiyini, özünün Babək şəhər məktəbəqədər müəssisəsində işləyib 170 manat əmək haqqı aldığını, ikinci dəfə ailə həyatı qurduğunu və həmin nikahdan da 3 yaşlı övladının olduğunu, cavabdehin gəlirləri barədə sübutlarının olmadığını, lakin onda olan məlumata görə işğaldan azad olunmuş bölgələrdə işlədiyini, amma nə qədər əmək haqqı almasını və nə işlədiyini bilmədiyini, cavabdehin ailə qurubqurmaması barədə məlumatının olmadığını, məhkəmənin hazırlıq iclasından sonra ona zəng edərək tələb etdiyi alimenti məhkəmədən kənar qaydada da verə biləcəyini dedikdən sonra ondan onda nəyə görə mediasiya prosesində iştirak etmədiyini soruşduqda onu təhqir edib “dilənçi” adlandırdığını, uşağın saxlanmasında çətinlik çəkdiyini, cavabdehin müəyyən olunan alimenti vaxtında ödədiyini, lakin bunun kifayət etmədiyini, cavabdehin uşaqla münasibətinin olmadığını, Uğurun başında problem olduğunu, hamiləlik dövründə cavabdehin xəsarət yetirməsi səbəbindən qulağından irin gəldiyini, bununla bağlı əvvəllər İranda müalicə etdirdiyini, hazırda atasının evində yaşadıqlarını bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hsab etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə müəyyən etmişdir ki, tərəflərin birgə nikahından 30 avqust 2011-ci il təvəllüdlü X4 dünyaya gəlməsi, Babək Rayon Məhkəməsinin hazırda qüvvədə olan 01 mart 2017-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat məbləğində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin müəyyən edilməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur. Belə ki: - Şahbuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 165896 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 30 avqust 2011-ci il təvəllüdlü X6 adlı övladlarının olması; - mülki işə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(079)-82/2017 nömrəli qətnaməsindən alimentin tutulmasının əvvəli 01 fevral 2017-ci il tarixdən hesablanmaqla, 30 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat məbləğində alimentin tutularaq uşağın anası X3 ödənilməsinin müəyyən olunması; - nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə X1 arasında olan nikahın pozulmasının Babək rayon Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə qeydə alınması məlum olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(079)-82/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün preyudisial əhəmiyyət daşıyır. Mülki işin sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin artırılması ilə bağlı mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallar ilə əlaqəli şəkildə və qanunvericiliyin tələbləri daxilində tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti - alimenti ödəməyə borclu olur. İşin faktiki hallarından görünür ki, Babək Rayon Məhkəməsi 01 mart 2017-ci il tarixli, 2(079)-82/2017 nömrəli qətnaməsi ilə sabit pul məbləğində aliment məbləğini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən tərəflərin 7 (yeddi) il 3 ay bundan əvvəlki maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla müəyyən etmişdir. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması və ya diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, aliment məbləğinin artırılması üçün əsasların mövcud olmasını sübut etmə yükü alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə düşür. İddiaçı aliment məbləğinin artırılması üçün əsas yaradan tərəflərin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verdiyini təsdiq edən hal kimi uşağın böyüməsi və tələbatlarının artmasına, pulun alıcılıq qabiliyyətinin azalmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, Babək Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(079)- 82/2017 nömrəli qətnaməsindən belə məlum olur ki, həmin mülki işə baxılan zaman tərəflərin birgə nikahdan doğulmuş övladları X6 6 yaşında olmuşdur. Hal-hazırda isə qeyd edilən qətnamə ilə sabit pul məbləğində aliment məbləğinin müəyyən edilməsindən 7 ildən artıq müddət keçmiş, həmin müddət ərzində uşağın tələbatları, həmçinin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün tələb olunan məbləğ artmışdır. Həmçinin Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin vergi məlumatları üzrə çıxarışdan müəyyən olunur ki, cavabdeh xx.xx.2020-ci il tarixdən fəaliyyət istiqaməti “suvaq işləri” olmaqla vergi ödəyicisi, fərdi sahibkar olaraq fəaliyyət göstərir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşağın hazırda ananın yanında yaşamaqla məişət qayğılarının onun üzərinə düşməsini, həmçinin uşağın yaşının artması ilə birlikdə tələbatlarının da artmasını uşağın yanında saxlanıldığı iddiaçının maddi vəziyyətində dəyişiklik kimi nəzərə alaraq iddiaçının aliment məbləğinin artırılması barədə iddiasını qismən əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Tələb olunan aliment miqdarına münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(079)-82/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment miqdarı artırılaraq 30 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq uşağın anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(079)-82/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment miqdarı artırılaraq 30 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq uşağın anası İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-379/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-379/2024
24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver