Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-384/2021 13.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 22 iyul 2021-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun əmlakına-maddi qiymətlilərə vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 635 (altı yüz otuz beş) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2019-cu il tarixli əmək müqaviləsinə əsasən o, 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalamışdır. O, 13 dekabr 2019cu il tarixli, 556-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 15 yanvar 2021-ci il tarixində öz ərizəsi əsasında 025-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 05 noyabr 2020ci il və 18 dekabr 2020-ci il tarixlərində Oba-Binə 6 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, 05 noyabr 2020-ci il və 18 dekabr 2020-ci il tarixli "İnventarizasiya nəticələrinə" dair akta əsasən 2163 (iki min yüz altmış üç) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 957 (doqquz yüz əlli yeddi) manat güzəşt edilmiş və 571 (beş yüz yetmiş bir) manat isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Cavabdehin cəmiyyət qarşısında 635 (altı yüz otuz beş) manat borcu yaranmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi məhkəməyə 11 oktyabr 2021-ci il tarixli, ********** nömrəli teleqram ilə müraciət edərək iddianı müdafiə etdiklərini bildirmiş və Cavabdeh işi üzrə məhkəmə iclasına iştirakları olmadan baxılaraq qərar verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə baxış iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, Cavabdeh 11 iyul 2019-cu ildə İddiaçındə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi, 13 dekabr 2019-cu ildə administrator vəzifəsinə keçirilməsi, 15 yanvar 2021-ci ildə Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və cavabdehin həmin vaxtdan işdən azad edilməsi mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla öz təsdiqini tapır. -iddia ərizəsinə əlavə edilmiş Cavabdeh 11 iyul 2019-cu il tarixli ərizəsindən onun İddiaçınə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi ilə bağlı müraciət etməsi, cəmiyyətin 11 iyul 2019-cu il tarixli, 292-K nömrəli əmrindən çıxarışdan, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin və əmək müqaviləsinin surətlərindən cavabdehin İddiaçındə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi; -iddia ərizəsinə əlavə edilmiş Cavabdeh 13 dekabr 2019-cu il tarixli razılıq ərizəsindən, İddiaçı 13 dekabr 2019-cu il tarixli, 556-K nömrəli əmrindən çıxarışdan, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin və əmək müqaviləsinə əlavələrin surətlərindən cavabdehin İddiaçındə administrator vəzifəsinə keçirilməsi; -iddia ərizəsinə əlavə edilmiş İddiaçı 15 yanvar 2021-ci il tarixli 25-K nömrəli əmrindən çıxarışdan, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verilməsi aydın olur. İddiaçının Cavabdeh vurulmuş ziyana görə 635 (altı yüz otuz beş) manat məbləğində pul-maddi ziyan tələb etməsi isə mülki işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından, onun tələbi təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş, həmçinin məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli arayışdan, həmçinin “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan aydın olur ki, Cavabdeh Babək rayonu, Nehrəm qəsəbəsində rəsmi qeydiyyatdadır. Məhkəmə 23 iyul 2021-ci il tarixli məktubla iddia ərizəsinin surəti cavabdehin qeyd edilən ünvanına göndərilsə də, göndərilmiş məhkəmə sənədi Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsaslanmaqla məhkəmə sənədlərini Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərmişdir. Cavabdeh diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən yuxarıda qeyd edilən sonuncu hal məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həllinə keçməzdən öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında əmək hüquq münasibətləri mövcud olmuşdu. Belə ki, işin mübahisəsiz hallarından aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında 11 iyul 2019-cu il tarixdə əmək müqaviləsi imzalanıb. İddiaçı isə cavabdehin məhz onunla əmək münasibətlərdə olduğu müddətdə onun əmlakına ziyan vurduğunu iddia edərək, ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. İddiaçının tələbi ilə bağlı məhkəmə qeyd edir ki, işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin Vİİİ bölməsi (191-206-cı maddələr) ilə tənzimlənir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin mahiyyətinə əsasən ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Bunun sübut etmək vəzifəsi ilə həmin Məcəllənin 192-ci maddəsi ilə müəyyən edilir ki, qeyd edilən normanının tələbinə görə tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Qeyd edilən maddi hüquq normasının tələbindən görünür ki, ilkin olaraq işəgötürən maddi ziyanın vurulmasını və onun məbləğini sübut etməli, əgər bu sübut olunarsa və bundan sonra işçi təqsirli olmadığı iddia edərsə həmin vaxt onun təqsiri olmadığını sübuta etmə vəzifəsi yaranır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsində qeyd edilən üç şərtin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İşəgötürənə ziyan vurulmanın aşkar olunmasının mövcudluğu ilə bağlı məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin 1-ci bəndindən cavabdehin İddiaçı tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması üçün maddi məsul şəxs olması aydın olur. İddia ərizəsinə əlavə edilən 11 yanvar 2020-ci il tarixli iltizamnamədə isə Cavabdeh iştirakı ilə kənarlaşdırılmalı olan mallara dair məlumatların yoxlanılması və 2123 çeşiddə malın əskik olmasının aşkar edilməsi qeyd edilir. Həmçinin iddia ərizəsinə əlavə edilən 05 noyabr və 18 dekabr 2020-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktlardan Cavabdeh təhvil verilmiş mallar üzrə kəsirin olması müəyyən edilir. Bunlar ilə özlüyündə cavabdehin məsul olduğu və İddiaçınə məxsus olan əmlak üzrə iddiaçıya ziyan dəyməsini təsdiq edir. Cavabdehin hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olması şərtin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 7.1-ci bəndindən görünür ki, işçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin qorunması cavabdehdir. Bu isə o deməkdir ki, Cavabdeh bilavasitə ona verilən və İddiaçınə məxsus olan əmlakın qorunub saxlanılması onun əmək müqaviləsindən irəli gələn öhdəliyidir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 5.1-ci bəndinə görə tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi məsuliyyət daşıyır. Yuxarıda qeyd edilən isə onu deməyə əsas verir ki, cavabdeh əmək müqaviləsindən irəli gələn vəzifələrini icra etməməklə iddiaçıya ziyan vurması onun maddi məsuliyyət daşımasına səbəb olur. Təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olması şərtinin mövcud olub-olmamasına gəldikdə isə iddia ərizəsinə əlavə edilən vəzifə təlimatının 3.2-ci bəndindən görünür ki, sayım zamanı əskik gələn satış məhsullarına görə cavabdeh məsuliyyət daşıyır. Bu isə özlüyündə iddiaçıya məxsus olan və cavabdehə həvalə edilmiş əmlakın əskik olması ilə onun təqsirli olması arasında səbəbli əlaqənin olmasını təsdiq edir. Bu üç şərtin birlikdə mövcudluğu isə cavabdehin iddiaçı qarşısında maddi məsuliyyət daşımalı olması müəyyən edir. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı olan vurulmuş ziyanın ödənilməsinə dair tələbi əsaslıdır. Məsuliyyətin həcminə gəldikdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən həmin Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin 199-cu maddəsinin “a” bəndinin tələbinə görə işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmçinin həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsində qeyd edilir ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Məhkəməyə təqdim edilmiş sənədlərdən isə tərəflər arasında 13 dekabr 2019-cu ildə “Tam maddi məsuliyyət haqqında” müqavilənin bağlanması aydın olur. Bu isə o deməkdir ki, cavabdeh iddiaçıya vurduğu ziyana görə tam məsuliyyət daşıyır. Vurulmuş ziyanın məbləğinin müəyyən edilməsinə gəldikdə isə məhkəmə bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202-ci maddəsinin birinci və ikinci hissələrini həmçinin, tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında”müqavilənin 3.2-ci maddəsini onların nəzərinə çatdırmağı zəruri hesab edir. Əmək Məcəlləsinin 202-ci maddəsinin 1 və 2-ci bəndlərinə və görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Qeyd edilən normanının tələbi həmçinin tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilənin 3.2-ci bəndində də öz əksini tapmışdı. Bundan əlavə həmin müqavilənin 3.3-cü bəndində o da qeyd edilir ki, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib edilir, işçi aktla tanış edilir. Onun aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. İddia ərizəsinə əlavə edilən və cavabdehin də imzaladığı 05 noyabr 2020-ci il və 18 dekabr 2020-ci il tarixli "İnventarizasiya nəticələrinə" dair aktlardan Cavabdeh vurduğu ziyanın məbləğinin 2163 (iki min yüz altmış üç) manat olması qeyd edilir. İddiaçı məhkəməyə təqdim etdiyi 16 aprel 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərini nəticəsi olaraq hesabında 05 noyabr 2020-ci il tarixdə 1630 (bir min altı yüz otuz) manat, 18 dekabr 2020-ci il tarixdə 533 (beş yüz otuz üç) manat çatışmazlıq müəyyən edilməsi, ümumi borcdan güzəşt edilməsi nəticəsində onun 1206 (bir min iki yüz altı) manat borcunun qalması, bundan isə 571 (beş yüz yetmiş bir) manat vəsaitin isə şirkətdən alacağı vəsaitlə qarşılanması və onun 16 aprel 2021-ci il tarixə İddiaçınə 635 (altı yüz otuz beş) manat borcu olması qeyd edilmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazrki vəziyyədə isə məhkəmədə araşdırılmış sübutlardan müəyyən edilir ki, Cavabdeh İddiaçı qarşısında öhdəliyinin yaranmasının hüquqi əsasını zərər vurma təşkil edir. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 635 (altı yüz otuz beş) manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli; -həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. Cavabdeh 635 (altı yüz otuz beş) manat məbləğində pul alınaraqİddiaçınə ödənilsin. Həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə verilsin. Qətnamədən o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-384/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-384/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver