Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-385/2021 20.08.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı 22 iyul 2021-ci il tarixdə Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11300 manat (on bir min üç yüz manat) məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini əsaslandıraraq bildirmişdir ki, 12 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən ondan 11300 manat (on bir min üç yüz manat) məbləğində borc götürülmüşdür. Cavabdeh tərəfindən qeyd olunan borc məbləği üzrə heç bir ödəniş edilməmişdir. Ona dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsindən imtina edilmişdir. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, 02 avqust 2021-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş və mülki iş 20 avqust 2021-ci il tarixə məhkəmə baxışı iclasında baxılmağa təyin edilmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri qanunvericiliyin tələbləri daxilində yoxlayan məhkəmə belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş müqavilədən məlum olur ki, 12 dekabr 2020-cici il tarixdə Bakı şəhəri, 31 saylı Notariat Kontorunda İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi müqavilə bağlanmışdır. İddiaçı isə iddia ərizəsində məhz bu müqaviləyə əsaslanmaqla Cavabdeh verdiyi pul məbləğinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi ilə bağlı məhkəmə bildirir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsində qeyd olunur ki, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. İş üzrə tərəflər isə qanunvericiliyin onlara verdiyi bu imkandan istifadə edərək Bakı şəhəri, 31 saylı Notariat Kontorunda 12 dekabr 2020-ci il tarixdə kredit müqaviləsi müqavilə bağlamışlar. Eyni zamanda həmin Qanunun 76-cı maddəsi ilə müəyyən olunur ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7-ci bəndində də nəzərdə tutulmuşdur ki, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 1-ci bəndindən aydın olur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi verilir. İddiaçı tələbindən aydın olur ki, onun cavabdehə qarşı olan tələbi məhz yuxarıda qeyd edilən müqavilədən yaranan pul tələbidir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi Babək Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsi ilə isə müəyyən olunur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qanunvericiliyin bu tələbini nəzərə alan məhkəmə iddiaçıya izah edir ki, Cavabdeh qarşı yuxarıda qeyd olunan müqavilənin icrası ilə bağlı icra qeyd verilməsi üçün o, borclunun olduğu yer üzrə notariusa müraciət etməlidir. Məhkəmə tərəflərə həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Baş ofisi vasitəsi ilə 12 iyul 2021-ci il tarixli, 9815 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Baş ofisi vasitəsi ilə 12 iyul 2021-ci il tarixli, 9815 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-385/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-385/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver