Məhkəmə qərarları › İş №2(079)-389/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-389/2020

16.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-389/2020 16.12.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, iddiaçı təşkilat «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə «16» avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1712.55 (bir min yeddi yüz on iki manat, 55 qəpik) manat əsas borcun, 380.1 (üç yüz səksən manat, 1 qəpik) manat faiz borcu və 69.29 (altmış doqquz manat, 69 qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 2161.94 (iki min yüz altmış bir manat, 94 qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən “FİNtrend” BOKT-dan illik 36 faizlə 36 ay müddətinə 1908 manat kredit götürmüşdür. “FİNtrend” BOKT ilə İddiaçı İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 747 nömrəli xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx xxxxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı İKB ASC-yə ötürülmüşdür, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il sentyabrın 22-dək Cavabdeh banka xx xxxxxx 2019-cu il tarixli Kredit müqaviləsi üzrə 1712.55 (bir min yeddi yüz on iki manat, 55 qəpik) manat əsas borc, 380.1 (üç yüz səksən manat, 1 qəpik) manat faiz borcu və 69.29 (altmış doqquz manat, 69 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2161.94 (iki min yüz altmış bir manat, 94 qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx xxxxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin hüquq departamentinin məhkəmə orqanları ilə iş şöbəsinin müdiri İsa Hacıyev məhkəməyə teleqram ilə müraciət etmiş, iddianı müdafiə etdiklərini, mülki işə onların iştiraki olmadan baxılmasını və iddianın təmini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxmışdır. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS arayışından müəyyən olunur ki, Cavabdeh Babək rayonu, Vayxır kəndində qeydiyyatdadır. İş materiallarından görünür ki, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti yenidən təşkil edilərək təşkilatı-hüquqi formasını dəyişmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətinə çevrilibdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, 747 nömrəli tələbetmə hüququnun güzəşt olunmasına dair sazişlə müəyyən olunur ki, bir tərəfdən “FİNtrend” BOKT digər tərəfdən İddiaçı İKB ASC tələbetmə hüququnun güzəşt edilməsinə dair 004 saylı xx xxx 2018-ci il tarixli müqaviləyə uyğun olaraq “FİNtrend” BOKT hüquq sahibi və fiziki şəxslər – borcalanlar arasında bağlanmış kredit və təminat (girov, zaminlik və s.) müqaviləsinə əsasən Borcalana qarşı bütün tələbetmə hüquqlarını, həmçinin qeyd olunan öhdəliklərin yerinə yetirilməsini təmin edən hüquqları və razılaşdırılmış müqavilələr üzrə tələbetmə hüquqları ilə bağlı digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilmiş faizlər, həmçinin ödənilməmiş təcili və artırılmış faizlər, cərimə sanksiyaları üzərində hüquqları Hüquq sahibi Hüquq əldə edənə ötürür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, 747 nömrəli tələbetmə hüququnun güzəşt olunmasına dair sazişə əlavə edilmiş Razılaşdırılmış müqavilələrin siyahısından görünür ki, Cavabdeh “FİNtrend” BOKT-a 1908 (bir min doqquz yüz səkkiz) manat borcu var. İş materiallarına əlavə olunmuş «16» avqust 2019-cu il tarixli, 309-0***-******* saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı təşkilat “FİNtrend” BOKT ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Kredit müqaviləsinin 2-ci fəslinə görə kreditor borc alana 36 (otuz altı) ay müddətinə, illik 25 % dərəcəsi ilə 1908 (bir min doqquz yüz səkkiz) manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci maddəsinə görə bu Müqavilədə göstərilmiş qaydada Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini Kreditor və Borcalan arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 6-cı maddəsinə görə Borc alan tərəfindən ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən və ya ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirildikdə Kreditor verdiyi krediti hesablanmış faizlə ilə birlikdə qaytarmağı borc alandan tələb edə bilər. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli, 309-0***-******* saylı kredit müqaviləsinə Əlavə-1dən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarında olan xx xxxxxx 2019 tarixli, 309-0***-*******-2 nömrəli ödəmə tapşırığı ilə həmin tarixdə “FİNTrend” BOKT tərəfindən 1908 manat pul köçürülməsi və bu barədə tərəflərin müvafiq imza etmələri müəyyən olunur.. xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə Banka 1712.55 (bir min yeddi yüz on iki manat, 55 qəpik) manat əsas borc, 380.1 (üç yüz səksən manat, 1 qəpik) manat faiz borcu və 69.29 (altmış doqquz manat, 69 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2161.94 (iki min yüz altmış bir manat, 94 qəpik) manat borcu mövcuddur. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında «16» avqust 2019-cu il tarixli, 309-0***-******* saylı kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 36 % dərəcəsi olmaqla, 1908 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafikinin” şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmiş, o, kredit və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı təşkilat qarşısında 1712.55 (bir min yeddi yüz on iki manat, 55 qəpik) manat əsas borc, 380.1 (üç yüz səksən manat, 1 qəpik) manat faiz borcu və 69.29 (altmış doqquz manat, 69 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2161.94 (iki min yüz altmış bir manat, 94 qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Azərbaycan respublikasının Mülki Məcəlləsinin 56.5-ci maddəsinə görə bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilatihüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 1712.55 (bir min yeddi yüz on iki manat, 55 qəpik) manat əsas borc, 380.1 (üç yüz səksən manat, 1 qəpik) manat faiz borcu və 69.29 (altmış doqquz manat, 69 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2161.94 (iki min yüz altmış bir manat, 94 qəpik) manat məbləğində pul tutularaq iddiaçı təşkilat «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı təşkilat «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh «16» avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1712.55 (bir min yeddi yüz on iki manat, 55 qəpik) manat əsas borc, 380.1 (üç yüz səksən manat, 1 qəpik) manat faiz borcu və 69.29 (altmış doqquz manat, 69 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2161.94 (iki min yüz altmış bir manat, 94 qəpik) manat məbləğində pul tutularaq iddiaçı təşkilat «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı təşkilat «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar