Məhkəmə qərarları › İş №2(079)-39/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-39/2025

22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-39/2025 22.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək rayon Məhkəmsinin 2(D79)-455/2016 nömrəli, 03 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alirnentin miqdarının dəyişdirilərək (artırılaraq) Cavabdeh 27 dekabr 2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 235 (iki yüz otuz beş) manat aliment müəyyən edilərək mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aramızda Culfa rayon Qeydiyyat şöbəsində bağlanılmış 09 yanvar 2014-cü il tarixli, 02 nömrəli nikah aktı Babək rayon Məhkəməsinin 2(090)-49/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Babək Rayon Məhkəmsinin 2(079)-455/2016 nömrəli, 03 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən 27 dekabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üoün Cavabdeh hər ay sabit 90 (doxsan) manat tutularaq mənə ödənilməsi qət olunmuşdur. Bildidirəm ki, özüm işləmirəm, uşaq böyüdükcə təhsil xərcləri artır və uşağın saxlanılmasında xeyli çətinlik çəkirəm. Hal-hazırda ödənilən aliment övladımın saxlanılmasında kifayət etmir.Ona görə də alimentin miqdarının artırılmasını xahiş edirəm. Övladım böyüdükcə onun maddi tələbatı da artır. Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat təşkil edir. Qeyd etmək istəyrəm ki, alimentin artırılması tələbi ilə bağlı Naxçıvan mediasiya təşkilatına müraciət etdim, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmin mediasiya arayışını iddia ərizəmə əlavə edirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehin ödədiyi aliment uşağın ehtiyaclarını qarşılamır, cavabdeh bir ata kimi uşaqla maraqlanmır, övladının təhsil və digər xərclərini özü qarşılayır, oğlu 9 aylıq olduğu vaxtdan cavabdeh onu atıb gedib, bu səbəbdən də alimentin miqdarının artırılaraq 235 manat müəyyən edilməsini xahiş edir. Həmçinin, İddiaçı izahatına birgə nikahlarından 1 uşaqlarının olduğunu, övladının 11 yaşı olduğunu, oğlunun Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəbdə 5-ci sinifdə oxuduğunu, gəlir yerinin olmadığını, anası ilə qaldığını, atasının isə vəfat etdiyini, anasının xəstəxanada tibb bacısı işlədiyini, cavabdehin qazancı və gəliri barədə sübutunun olmadığını, cavabdehlə ailə qurduqdan sonra 1 il birlikdə yaşadıqlarını, nikahları pozularkən cavabdehin Kommunal Müəssislər Kombinatında işlədiyini, bunun özünün birinci, qarşı tərəfin isə ikinci nikahı olduğunu, cavabdehin əvvəlki nikahından 1 qızının olduğunu və ona 50 manat aliment ödədiyini əlavə etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddia ərizəsinə əlavə olunmuş yazılı sübutlarla müəyyən olunur ki, Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(090)-49-2021 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozularaq uşağın ananın yanında saxlanılması, xx.xx.2016-cı il tarixli, 2(079)-455-2016 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay 90 (doxsan) manat miqdarında sabit pul məbləğində aliment alınıb 27 dekabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarının yeni 8.4-3-cü yarımbəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair ərizəsini Plenum Qərarının 8.4-3-cü yarımbəndi ilə birlikdə müzakirə edərək iddiaçının ərizəsinin məqsədini, iddiaçı tərəfindən məhkəməyə tərəflərin ailə və ya maddi həyatında aliment miqdarının artırılması üçün əsas təşkil edən fakt və sübutların təqdim edilməməsini, iddianın mahiyyətinin indeksasiya xarakteri daşımasını nəzərə alaraq MPM-in 261.0.1-ci maddəsini əsas tutaraq belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməli, iddiaçıya indeksasiyanın onun ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməli olması izah edilməlidir. Belə ki, Plenum qərarının 8.4-2-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. MPM-in 262.3-ci maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiyasi maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar