Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-405/2024 16.07.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, məsləhətçi-məhkəmə iclas katibi Əliyev İsmayıl Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “29” may 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 20 dekabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 2018-ci il tarixdə nikahımızı rəsmiləşdirmədən ailə qurub, iki il bir yerdə yaşamışıq. Onunla qeyri-rəsmi nikahımızdan 20 dekabr 2013-cü il təvəllüdlü övladımız X8 dünyaya gəlmişdir. Cavabdehlə xasiyyətimizin tutmaması səbəbindən ailə münasibətlərimizi bitirərək artıq uzun müddətdir ki, ayrı yaşayırıq. Babək rayon qeydiyyat şöbəsi tərəfindən 24 yanvar 2014-cü il tarixdə Cavabdeh X5 atası olması barədə atalığın müəyyən olunması barədə şəhadətnamə verilmişdir. Babək Rayon Məhkəməsinin 2(079)-56/2014 nömrəli, 28 yanvar 2014-cü il tarixli məhkəmə əmri ilə cavabdehin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin 28 yanvar 2014-cü il tarixdən başlayaraq İddiaçı ödənilməsi müəyyən olunmuşdur. Cavabdeh 2014-cü ildən etibarən davamlı olmayaraq 50 (əlli) manat miqdarında aliment ödəmişdir. Lakin uşağın artıq böyüdüyünü və ehtiyaclarının günü-gündən artdığını nəzərə alsaq bu məbləğ bir uşağın ehtiyacını ödəmək üçün çox azdır. Oğlum dərslərdə çətinlik çəkdiyi üçün fərdi müəllimlə hazırlaşmaq məcburiyyətindədir. Buna görə də mən təyin olunmuş aliment məbləğini artırılmasını 200 (iki yüz) manat məbləğdə alimentin mənə ödənilməsini istəyirəm. Cavabdeh hazırda Naxçıvan şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərir. Hesab edirəm ki, tələb etdiyim məbləği ödəmək üçün cavabdehin kifayət qədər qazancı var. Mülki iş üzrə 02 iyul 2024-cü ildə keçirilən məhkəmə hazırlıq iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi kimi baxılmasını məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsaslanmaqla məhkəmə iddia tələbinə dəyişdirilmiş elementlər nəzərə almaqla baxmağa qərar vermişdi. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, 2011-ci ildə Ravi ilə tanış olub, onunla qeyri-rəsmi qaydada ailə qurduğunu, cavabdehlə iki il birlikdə yaşadığını, həmin evlilikdən bir uşaq dünyaya gəldiyini, Ravinin ona atalığın müəyyən edilməsi barədə sənəd verdiyini, daha sonra aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyini, məhkəmə qərarı əsasında Ravidən qazancının ¼ hissəsi miqdarında aliment tutulub ona verildiyini, 2014cü ildən bu günədək cavabdehin ona hər ay 50 manat miqdarında aliment verdiyini, onu da vaxtlı-vaxtında ödəmədiyini, hazırda oğlunun 11 yaşı olduğunu, ötən on bir illik müddət ərzində Ravinin övladının 1-2 dəfə gördüyünü, hazırda özünün anası ilə birlikdə yaşadığını, aliment təyin olunan vaxt özünün işləmədiyini, lakin hazırda xadimə işlədiyini və ayda 600 manat miqdarında əmək haqqı aldığını, cavabdehin isə taksi sürdüyünü, aliment təyin ediləndə oğlunun körpə olduğunu, lakin onun bu il 6-ci sinifdə oxuyacağını, hər ay onun hazırlığına 60- 70 manat miqdarında pul ödədiyini, özünün hazırda sənəd üzərində evli olduğunu, lakin ərindən ayrıldığını, 10 il ərzində cavabdehin bir dəfə belə olsun uşağın digər ehtiyaclarını qarşılamadığını qeyd edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanan məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdı Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, Vüsalə ilə cəmi bir ay yarım birlikdə yaşadığını, həmin müddət ərzində iddiaçının onun barəsində 46 dəfə polis orqanlarına şikayət etdiyini, özünün uşağa atalıqla bağlı sənəd vermədiyini, daha sonra polis orqanlarının təsiri nəticəsində Vüsaləyə atalıqla bağlı sənəd verdiyini, özünün isə həmin uşağın atası olmadığını düşündüyünü, atalığının müəyyən edilməsi barədə sənədi verməkdə çox böyük səhv etdiyini, 2014-cü ildən bu günədək hər ay iddiaçıya 50 manat miqdarında aliment ödədiyini, bundan başqa uşağın nənəsinin istəyi əsasında ona şalvar, ayaqqabı və paltar aldığını, özünün rəsmi qaydada üç, qeyri-rəsmi qaydada isə bir dəfə ailə qurduğunu, birinci evliliyindən iki övladı olduğunu, onlara əvvəllər aliment ödəsə də, sonradan uşaqlarının yaşadığı evin dam örtüyünü borc edərək vurdurduğunu, həmçinin onların digər xərclərini də qarşıladığını, ikinci evliliyindən bir uşağının olduğunu, hazırda həmin uşağa hər ay 136 manat miqdarında aliment ödədiyini, üçuncü evliliyindən isə bir uşağının olduğunu, onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyini, özünün əvvəllər taksi sürdüyünü, lakin son zamanlar işğaldan azad olunmuş ərazilərdə fəhləlik etdiyini, bundan başqa hər ay 150 manat pensiya aldığını, iddiaçıya hər ay 100 manat miqdarında aliment ödəyə biləcəyini bildirmişdi. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə tərəflər arasında əvvəllər qeyri-rəsmi nikah münasibətlərinin olması, onların həmin evliliyindən X8 adlı ümumu uşağın dünyaya gəlməsi, Babək Rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli, 2(079)-56/2014 nömrəli məhkəmə əmri ilə tərəflərin qeyri-rəsmi nikahından olan uşağın iddiaçının yanında qalması və onun saxlanılması üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsinin əmr olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsindən və tərəflərin məhkəmədə verdiyi izahatlardan onlar arasında əvvəllər qeyri-rəsmi nikah münasibətinin olması; - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən 24 yanvar 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 156246 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh 20 dekabr 2013-cü il tarixdə doğulmuş X5 atası hesab edilməsi, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydlər kitabında 03 nömrə ilə qeyd edilməsi; - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən 24 yanvar 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 077226 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən 20 dekabr 2013-cü il tarixdə X5 atasının Cavabdeh, anasının isə X4 olması; - iddia ərizəsinə əlavə olunmuş Babək Rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli, 2(079)-56/2024 nömrəli X5 iddiaçının yanında qalması və onun saxlanılması üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsinin əmr olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə Babək Rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli, 2(079)-56/2014 nömrəli əmri ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını çatdırmaqdır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli, 2(079)-56/2014 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək Cavabdeh X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat məbləğində aliment tələb etməsi və cavabdehin bunu qəbul etməməsidir. İşin mübahisəli halının hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. İstər ailə qanunvericiliyi, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin faktiki hallarından isə müəyyən olur ki, məhkəmə tərəflərin birgə nikahından olan uşağın saxlanılması üçün alimentin tutulma qaydasını cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən etmişdi. İddiaçı isə hazırki tələbində cavabdehdən birgə nikahından doğulmuş uşağın saxlanılması üçün alimenti sabit pul məbləğində tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəllə 76-cı maddəsinin mahiyyətindən aydın olur ki, aliment aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulduqda onun miqdarı ailə qanunvericiliyinin müəyyən etdiyi məbləğdə təyin edilir. Qanunvericilik hüququna toxunan şəxsin müraciəti əsasında məhkəməyə həmin payları artırıb-azalda bilmə səlahiyyəti verdiyi halda, həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddi hüquq normasının tələbindən də göründüyü kimi sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində isə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, qanunvericilik məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Həmçinin bildirir ki, alimentin tutulma qaydasını qanunvericilik və ya yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxs müəyyən etdiyi halda, alimentin miqdarının dəyişdirilməsi ilə bağlı isə həm alimenti ödəyən, həm də alimenti alan şəxs məhkəməyə müraciət edə bilər. Yəni alimenti aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında ödəyən şəxs onun sabit pul məbləğində ödənilməsini tələb etmək hüququna malik deyil. Əgər alimentin tutulması qaydasına onun miqdarının dəyişdirilməsi kimi yanaşılsa onda aliment ödəyənə onun sabit pul məbləğində tutulması ilə bağlı müraciət etmək imkanını verilmiş olar ki, bu Ailə Məcəlləsinin 78-ci maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbinə görə alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd edilən maddi hüquq normalarının ümumi təhlili onu deməyə imkan verir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi tələbi ilə məhkəmə müraciət edilməsi üçün öncədən müvafiq tutulma qaydası ilə bağlı məhkəmənin müəyyən etdiyi miqdarla əlaqədar qərar qəbul edilməli və daha sonra aliment alan şəxs həmin miqdarın dəyişməsi üçün müraciət etməlidir. İşin araşdırılmış hallarından isə müəyyən olur ki, tərəflər arasında alimentin sabit pul məbləğində tutulması qaydası ilə bağlı məhkəmənin öncədən müəyyən etdiyi miqdar mövcud deyil. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin ailə qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat miqdarında aliment tələb etsə də və öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarının ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Bununla bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X9 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. . Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan iddiaçının "Naxçıvan Muxtar Respublika Xəstəxanası" X10 sanitar işləməsi və aylıq əmək haqının 748 manat təşkil etməsi, cavabdehin isə hər ay 150 manat məbləğində pensiya alması və adına hər hansı bir əmlak və ya digər gəlirin olması müəyyən edilir. Həmçinin həmin məlumatlardan tərəflərin hər ikisinin də ailə vəziyyətində dəyişiklik olduğunu, yəni onların ailə qurması aydın olur. Digər diqqətəlayiq başqa maraqlar mövcudluğunun yoxlanılmasına gəldikdə isə iddiaçı tələbini aliment təyin olunan vaxt uşağın təhsil almadığını, lakin onun hazırda məktəbə getməsini və bununla bağlı onun tələbatlarının da artması ilə əsaslandırmışdı. İddiaçının tələbinin əsası kimi bildirdiyi bu faktları əsaslı hesab edir. Çünki aliment təyin edilən dövrlə müqayisədə hazırda uşağın təhsillə bağlı yaranmış ehtiyaclarını və bununla bağlı çəkilməli olan xərci, həmçinin 2014-cü illə müqayisədə bu il üçün müəyyən edilmiş yaşayış ehtiyacını məhkəmə diqqətəlayiq başqa maraqlar kimi qəbul edir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan isə Cavabdeh başqa cavabdehin dörd uşağının olması, həmçinin onun iki icra sənədi, yəni bir icra sənədi üzrə hər ay 75, digər icra sənədi üzrə isə hər ay 136.6 manat miqdarında aliment ödəməsi görsənir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, ona qulluq və sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, cavabdehin yenidən ailə qurmasını, yəni ailə üzvlərinin sayının artmasını, həmçinin onun daimi iş yerinin olmamasını və digər aliment öhdəliyinin olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan X2 üçün hər ay cavabdehdən 110 (bir yüz on) manat miqdarında aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırki mülki iş üzrə isə alimentin miqdarının deyil, onun tutulması qaydası dəyişdirildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq edilməklə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “29” may 2024-cü il tarixdə müraciət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (200x12=2400. 2400-(12x50)=1800, müvafiq olaraq 38 manat dövlət rüsumu). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 15 (on beş) manat, 20 (iyirmi) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 20 dekabr 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh Babək Rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli, 2(079)-56/2014 nömrəli məhkəmə əmri əsasında tutulan alimentin tutulma qaydası dəyişdirilməli; -“29” may 2024-cü ildən hesablanmaqla, 20 dekabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 (bir yüz on) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - həmçinin Cavabdeh 15 (on beş) manat, 20 (iyirmi) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalı; - iddia digər hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. 20 dekabr 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh Babək Rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli, 2(079)-56/2014 nömrəli məhkəmə əmri əsasında tutulan alimentin tutulma qaydası dəyişdirilsin. “29” may 2024-cü ildən hesablanmaqla 20 dekabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 (bir yüz on) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 15 (on beş) manat, 20 (iyirmi) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-405/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-405/2024
16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver