Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Babək şəhəri İş № 2(079)-414/2021 16.08.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 aprel 1994-cü ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olub, ünvan 2 ünvanında yaşayan Borclu qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “16” avqust 2021-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək, 04 dekabr 2019-cu il tarixli müqavilə üzrə 1476 (bir min dörd yüz yetmiş altı) manat və 08 iyul 2020-ci il tarixli müqavilə üzrə 352 (üç yüz əlli iki) manat məbləğində əsas borcun, ümumilikdə isə 1828 (bir min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində pulun, həmçinin ərizənin verilməsi ilə bağlı ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu 04 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dəyəri 1851 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1476 (bir min dörd yüz yetmiş altı) manat borcu qalıb. Həmçinin Borclu 08 iyul 2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dəyəri 399 manat olan məişət avadanlığı əldə edib və həmin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 352 (üç yüz əlli iki) manat borcu qalıb. Kreditorun məhkəmə təqdim etdiyi sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə ilk olaraq iş üzrə kreditor və borclunun nəzərinə çatdırır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı olan tələbi, dairəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276-cı maddəsi ilə müəyyən edilmiş tələblərdən biri və kreditorun müraciəti mülki işə əmr icraatı formasında baxılması ilə bağlı olduğundan, işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən əmr icraatı qaydasında sadələşdirilmiş icraat formasında baxılmışdır. Həmin Məcəllənin 280-ci maddəsinin tələbinə görə isə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Məhkəmə kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə hesab edir ki, onun tələbi təmin olunmalı və məhkəmə əmri çıxarılmalıdır. Belə ki, məhkəmə əmrinin verilməsi şərtləri Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275.1 və 276.1-ci maddələri ilə müəyyən edilir. Həmin maddələrin mahiyyətinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Prosessual normanın tələbindən göründüyü kimi kreditorun tələbi pul və ya əmlak tələbi ilə bağlı olmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə Borclu qarşı pul tələbi ilə bağlı müraciət etmişdi. Həmçinin yuxarıda qeyd edilən normalardan da görünür ki, məhkəmə əmrin verilməsinin əsas şərtlərindən biri də kreditorun tələbi aşkar olması və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Bundan əlavə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsində məhkəmə əmrinin verilə biləcəyi halların dairəsi müəyyən edilmişdir ki, həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələbin sadə yazılı formada bağlanmış əqdə əsaslanmasıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri yuxarıda qeyd edilən prosessual normaların tələbləri daxilində nəzərdən keçirən məhkəmə qeyd edir ki, iş materiallarından 04 dekabr 2019-cu il və 08 iyul 2020-ci il tarixdə tərəflər arasında borc müqavilələri bağlanılması aydın olur. Bu isə o deməkdir ki, kreditorun tələbi borclu ilə arasında bağlanmış yazılı əqdə əsaslanır. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Göründüyü kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Tərəflər arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli, ZBK5744902 nömrəli borc müqaviləsindən Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dəyəri 1851 manat olan məişət avadanlığı əldə etməsi, həmin əşyanın dəyəri üzrə 6 manat ilkin ödəniş etməsi və 15 ay müddətində hər ay 123 (bir yüz iyirmi üç) manat ödəməyi öhdəsinə götürməsi, 08 iyul 2020-ci il tarixli, ZBK5818366 nömrəli borc müqaviləsindən Borclu "xxxx" MMC-dən dəyəri 399 (üç yüz doxsan doqquz) manat olan məişət avadanlığı əldə etməsi, həmin əşyanın dəyəri üzrə 15 manat ilkin ödəniş etməsi və 12 ay müddətində hər ay 32 (otuz iki) manat ödəməyi öhdəsinə götürməsi barədə razılığa gəlmişlər. Kreditorun tələbinin aşkarlılığı və ya borculunun mübahisə edilməyən vəzifəsinə əsaslanması ilə bağlı şərtlərin mövcudluğuna gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarından aydın olur ki, kreditor və borclu arasında alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən əşya nisyə satılaraq onun dəyərinin hissə-hissə ödənilməsi nəzərdə tutulmuş və nəticə Borclu kreditora borcu yaranmışdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd edilən Məcəllənin 601.2-ci maddəsinə görə isə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edildiyindən, həmin Məcəllənin 600.4-cü maddəsinə istinad edərək, qeyd olunur ki, həmin maddəyə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddi hüquq normalarının məzmunundan da aydın olur ki, satıcıya qarşı olan öhdəliyin icrası üsulunu seçmək hüququ satıcıya məxsusdur və o isə verilmiş əşyanın dəyərinin ödənilməsini tələb edir. Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öz öhdəliyi icra edərək məişət əşyalarını borcluya verməsi borc müqavilələrindən aydın olur. Həmçinin alıcının satıcı qarşısında borcunun olmasını da 04 dekabr 2019-cu il tarixli, ZBK5744902 və 08 iyul 2020-ci il tarixli, ZBK5818366 nömrəli borc müqavilələri ilə etiraf etmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsi ilə müəyyən edilir ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Müqavilələrdən o da aydın olur ki, qeyd edilən müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvə qalır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Mülki iş materiallarında olan 15 dekabr 2020-ci il tarixli, 3291 nömrəli maliyyə arayışından məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Borclu arasında bağlanılan 04 dekabr 2019-cu il tarixli müqavilə üzrə sonuncunun 1476 (bir min dörd yüz yetmiş altı) manat və 08 iyul 2020-ci il tarixli müqavilə üzrə 352 (üç yüz əlli iki) manat məbləğində, ümumilikdə isə 1828 (bir min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində borcu var . Yuxarıda qeyd olunanları qanunvericiliyin tələbləri daxilində tədqiq edərək, belə nəticəyə gəlirəm ki, kreditorun tələbi təmin olunmalı və tələb üzrə məhkəmə əmri verilməlidir. Məhkəmə tərəfindən kreditorun tələbinin əsaslı saydığından onu da bildirir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə məhkəmə əmri verilməli olduğundan kreditor tərəfindən ərizə verilən zaman ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu borcludan alınaraq kreditora ödənilməlidir. Məhkəmə əmri verilməli olduğundan borcluya izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələbinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Lakin məhkəmə əmrindən şikayət edilə bilməməsi borclunun kreditorun tələbini mübahisələndirməsi hüququndan məhrum etmir. Belə ki, həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinin tələbəbinə görə əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: 20 aprel 1994-cü ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olub, ünvan 2 ünvanında yaşayan Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 04 dekabr 2019-cu il tarixli, ZBK5744902 nömrəli müqavilə üzrə 1476 (bir min dörd yüz yetmiş altı) manat və 08 iyul 2020-ci il tarixli, ZBK5818366 nömrəli müqavilə üzrə 352 (üç yüz əlli iki) manat məbləğində, ümumilikdə isə 1828 (bir min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində borc və ərizənin verilməsi ilə bağlı ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulsun. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı Babək Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-414/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(079)-414/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver