Məhkəmə qərarları › İş №2(079)-415/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-415/2020

20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-415/2020 20.11.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının Cavabdeh1 və X4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasıtələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı xx xxxxxx 2020-ci ildə X5 Cavabdeh1 və X4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasıtələbinə dair iddia ərizəsi Babək Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. İddia ərizəsindən aydın olur ki, “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının nümayəndəsi qismində X2 Gündüz Təvəkkül oğluna və X4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasıtələbinə dair iddia ərizəsini imzalayaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Bundan əlavə mülki prosessual qanunvericilikdə şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanını da istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblərə yerinə yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmçinin həmin Məcəllənin 69.3-cü maddəsinin tələbinə görə təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 149.1, 150.0 və 150.0.3-cü maddələrinin mahiyyətindən isə aydın olur ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır və iddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə qeyd edir ki, iddia ərizəsini X3 Tarrant tərəfindən ona verilmiş xx xxxxxxx 2020-ci il tarixli etibarnamə əsasında imzalamışdı. Etibarnamədə isə sonuncu qeyd edilən şəxsin Direktor olması qeyd edilir. İddia ərizəsinə əlavə edilmiş “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının nizamnaməsindən isə aydın olur ki, direktor İdarə Heyətinin üzvüdür və təsisçi tərəfindən iki il müddətinə təyin edilir. Həmçinin həmin nizamnamədən o da müəyyən edilir ki, direktor təsisçi tərəfindən ona verilmiş səlahiyyət əsasında təşkilatın adından çıxış etmək səlahiyyətinə malikdir. (7.2, 7.3, 8.2, 8.4 və 8.6-cı bəndlər) İddia ərizəsinə əlavə edilmiş xx xxxxxx 2013-cü il tarixli etibarnamə ilə Timothy Tarrantın hüquqi şəxsin adından etibarnamə vermək səlahiyyəti olması və həmin etibarnamənin direktorun öz vəzifəsində olmasınadək qüvvədə olması aydın olur. “FİNCA Azerbaijan” MM qeyri-bank kredit təşkilatı nizamnaməsinə əsasən direktorun iki il müddətinə təyin edilməsini, etibarnamənin xx xxxxxx 2013-cü ildə verilməsini və iddia ərizəsinə Timothy Tarrantın direktorluq müddəti ilə başqa hər hansı sənədin əlavə edilməməsini nəzərə alaraq məhkəmə müəyyən edir ki, etibarnamənin müddəti xx xxxxxx 2015-ci ilədəkdir. Elə qeyd edilən etibarnamədə də direktorun müddətinin bitməsinin etibarnaməni qüvvədən salan hal kimi qeyd edilmişdi. X6 verilmiş xx xxxxxxx 2020-ci il tarixli etibarnaməni isə Timothy Tarrant imzalasa da sonuncunun etibarnaməni verdiyi vaxt səlahiyyətli olub-olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdi. Halbuki, yuxarıda qeyd edilən prosessual norma ilə müəyyən edilir ki, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Bundan əlavə xx xxxxxx 2013-cü il tarixli etibarnamə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilməyib. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. İşin qeyd edilən faktiki halları isə özlüyündə X1 olmasını müəyyən edilməsinə təsir edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, və 152.1.2-ci maddələrinin mahiyyətinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının "Paşa Bank" vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixli ödəniş tapşırığı ilə Babək yerli xəzinədarlıq orqanının hesabına ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə iddiaçı “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatına izah edir ki, həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının Cavabdeh1 və X4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasıtələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının "Paşa Bank" vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixli ödəniş tapşırığı ilə Babək yerli xəzinədarlıq orqanının hesabına ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı “FİNCA Azerbaijan” MM qeyri-bank kredit təşkilatına izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar