Məhkəmə qərarları › İş №2(079)-421/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-421/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-421/2021 22.12.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqavilələri üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti 23 avqust 2021-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onun xeyrinə 14 sentyabr 2015-ci il tarixli, 198/15PB/YF/PK nömrəli kredit müqaviləsi üzrə 4798.83 (dörd min yeddi yüz doxsan səkkiz ABŞ dolları, səksən üç sent) ABŞ dolları əsas, 11621.06 (on bir min altı yüz iyirmi bir ABŞ dolları, altı sent) ABŞ dolları məbləğində faiz borcu, 7119.82 (yeddi min bir yüz on doqquz ABŞ dolları, səksən iki sent) ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 23539.71 (iyirmi üç min beş yüz otuz doqquz ABŞ dolları, yetmiş bir sent) ABŞ dolları və 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə 6604.66 (altı min altı yüz dörd ABŞ dolları, altmış altı sent) ABŞ dolları əsas, 15709.77 (on beş min yeddi yüz doqquz ABŞ dolları, yetmiş yeddi sent) ABŞ dolları faiz borcu, 9537.13 (doqquz min beş yüz otuz yeddi ABŞ dolları, on üç sent) ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 31851.56 (otuz bir min səkkiz yüz əlli bir ABŞ dolları, əlli altı sent) ABŞ dolları kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə əvvəlki "xxxx" ASC (indiki “PARA" BOKT ASC) arasında 14 sentyabr 2015-ci il tarixli, 198/15PB/YF/PK nömrəli və 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 14 sentyabr 2015-ci il tarixli, 198/15PB/YF/PK nömrəli kredit müqaviləsi üzrə 12 ay müddətinə, 28 faizlə, 4800 ABŞ dolları və 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə isə 36 ay müddətinə, illik 26 faizlə 6730 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin 2.8-ci bəndinə görə şərtləşdiriİmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 14 sentyabr 2015-ci il tarixli, 198/15PB/YF/PK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinə 4798.83 (dörd min yeddi yüz doxsan səkkiz ABŞ dolları, səksən üç sent) ABŞ dolları əsas, 11621.06 (on bir min altı yüz iyirmi bir ABŞ dolları, altı sent) ABŞ dolları məbləğində faiz borcu, 7119.82 (yeddi min bir yüz on doqquz ABŞ dolları, səksən iki sent) ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 23539.71 (iyirmi üç min beş yüz otuz doqquz ABŞ dolları, yetmiş bir sent) ABŞ dolları və 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə 6604.66 (altı min altı yüz dörd ABŞ dolları, altmış altı sent) ABŞ dolları əsas, 15709.77 (on beş min yeddi yüz doqquz ABŞ dolları, yetmiş yeddi sent) ABŞ dolları faiz borcu, 9537.13 (doqquz min beş yüz otuz yeddi ABŞ dolları, on üç sent) ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 31851.56 (otuz bir min səkkiz yüz əlli bir ABŞ dolları, əlli altı sent) ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 28 faiz olmaqla 4800 ABŞ dolları məbləğində, həmçinin 14 oktyabr 2015-ci il tarixdə bağlanmış digər kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 6730 ABŞ dolları məbləğində kredit verildiyini, Cavabdeh ilk 1-2 ay müddətində cüzi ödəniş etsə də, bank tərəfindən ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq kredit borcunu ödəməkdən boyun qaçırdığını, bu səbəbdən də cavabdehin 14 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi dörd min yeddi yüz doxsan səkkiz ABŞ dolları, səksən üç sent əsas, on bir min altı yüz iyirmi bir ABŞ dolları, altı sent faiz, yeddi min yüz on doqquz ABŞ dolları, səksən iki sent dəbbə pulu olmaqla, cəmi iyirmi üç min beş yüz otuz doqquz ABŞ dolları, yetmiş bir sent və 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə altı min altı yüz dörd ABŞ dolları, altmış altı sent əsas, on beş min yeddi yüz doqquz ABŞ dolları, yetmiş yeddi sentı faiz, doqquz min beş yüz otuz yeddi ABŞ dolları, on üç sent dəbbə pulu olmaqla, cəmi otuz bir min səkkiz yüz əlli bir ABŞ dolları, əlli altı sent məbləğində kredit borcunun yarandığını qeyd edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" ASC (indiki adı ilə İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında 14 sentyabr 2015-ci il tarixli, 198/15/PB/YF/PK nömrəli və 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli kredit müqavilələrinin bağlanması, həmin müqavilələrə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehə 12 ay müddətinə, 28 faizlə, 4800 ABŞ dolları (14 sentyabr 2015-ci il tarixli, 198/15PB/YF/PK nömrəli müqavilə üzrə) və 36 ay müddətinə, illik 26 faizlə 6730 ABŞ dolları (14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli müqavilə üzrə) məbləğində kredit verməsi barədə tərəflərin razılığa gəlmələri, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla bank olmayan kredit təşkilatına çevrilməsi işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması iddia ərizəsinə və eyni zamanda mülki materiallarına əlavə olunmuş aşağıdakı sənədlərlə təsdiq olunur: - 14 sentyabr 2015-ci il tarixli, 198/15/PB/YF/PK nömrəli kredit müqaviləsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 sentyabr 2015-ci il tarixdə müqavilənin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12 ay müddətinə, 28 faizlə, 4800 ABŞ dolları məbləğində kredit verməsi barədə müqavilə tərəfləri arasında razılıq əldə edilməsi; - 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF/YF nömrəli kredit müqaviləsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 oktyabr 2015-ci il tarixdə müqavilənin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 36 ay müddətinə, illik 26 faizlə 6730 ABŞ dolları məbləğində kredit verməsi barədə müqavilə tərəfləri arasında razılıq əldə edilməsi; -Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2016-cı il tarixli, 2-1(81)-3618/17 nömrəli qərarını surətindən məcburi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquq varisliyi qadasında yenidən təşkil olunmaqla İddiaçı bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi aydın olur. Mülki işin mübahisəli halı isə iddiaçının cavabdehdən 14 sentyabr 2015-ci il tarixli, 198/15/PB/YF/PK nömrəli kredit müqaviləsi üzrə 4798.83 (dörd min yeddi yüz doxsan səkkiz dollar, səksən üç sent) ABŞ dolları əsas, 11621.06 (on bir min altı yüz iyirmi bir dollar, altı sent ) ABŞ dolları faiz, 7119.82 (yeddi min bir yüz on doqquz dollar, səksən iki sent) ABŞ dolları cərimə olmaqla, həmin müqavilə üzrə cəmi 23539.71 (iyirmi üç min beş yüz otuz doqquz dollar, yetmiş bir sent) ABŞ dolları və 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə 6604.66 (altı min altı yüz dörd dollar, altmış altı sent) ABŞ dolları əsas, 15709.77 (on beş min yeddi yüz doqquz dollar, yetmiş yeddi sent) ABŞ dolları faiz, 9537.13 (doqquz min beş yüz otuz yeddi dollar, on üç sent) ABŞ dolları dəbbə pulu olmaqla, həmin müqavilə üzrə 31851.56 (otuz bir min səkkiz yüz əlli bir dollar, əlli altı sent) ABŞ dolları, ümumilikdə isə 55391,27 (əlli beş min üç yüz doxsan bir dollar, iyirmi yedi sent) ABŞ dolları tələb etməsidir. İddiaçının cavabdehə qarşı tələbini mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə onun tələbini qismən əsaslı sayır. Məhkəmə iddiaçının borc tələbinin hüquqi həlli zamanı istinad etdiyi əsas sübutlar isə ekspert rəyi və iddiaçının məhkəməyə təqdim etdiyi yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin öz tələbini qismən əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etməsi aydın olur. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli arayışdan, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan aydın olur ki, Cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. 23 avqust 2021-ci il tarixli məktubla iddia ərizəsi və iddia ərizəsinin icraata götürülməsi və mülki işin baxılmağa hazırlanması haqqında qərardadın surəti cavabdehə göndərilərək ona iddia ərizəsi üzrə rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Mülki iş materiallarında olan sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 27 avqust 2021-ci ildə təqdim edilməsi aydın olur. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həllinə keçməzdən öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında borc müqavilələrindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki iş materiallarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş 14 sentyabr 2015-ci il tarixli, 198/15PB/YF/PK nömrəli və 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli müqavilələrdən aydın olur ki, Cavabdeh ilə İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti arasında kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin iş üzrə əhəmiyyət kəsb edən şərtləri aşağıdakılardır: - 1-ci bəndlərə əsasən müqavilənin predmeti Azərbaycan Respublikasının qanunvericiliyinə və banka verilmiş lisenziyaya, habelə müqavilənin şərtlərinə əsasən kreditorun borcluya verdiyi ABŞ dolları pul vəsaitidir; - 2.1, 2.2, 2.3, 2.6 və 2.7-ci bəndlərinə görə bank ev təmiri üçün 14 sentyabr 2015ci il tarixli, 198/15PB/YF/PK nömrəli müqavilə üzrə 12 (on iki), 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli müqavilə üzrə 36 ay müddətinə, 14 sentyabr 2015-ci il tarixli, 198/15PB/YF/PK nömrəli müqavilə üzrə illik 28 (iyirmi səkkiz), 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli müqavilə üzrə 26 (iyirmi altı) faiz dərəcəsi ilə 14 sentyabr 2015-ci il tarixli, 198/15PB/YF/PK nömrəli müqavilə üzrə 4800 (dörd min səkkiz yüz), 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli müqavilə üzrə 6730 (altı min yeddi yüz otuz) ABŞ dolları məbləğində krediti tərəflər müqaviləni imzaladıqdan və təminat müqavilələri qüvvəyə mindikdən sonra borclu tərəf üçün kreditor bankda açılmış ssuda hesabına köçürür; -14 sentyabr 2015-ci il tarixli, 198/15PB/YF/PK nömrəli müqavilənin 2.8 və 2.9-cu bəndləri ilə müəyyən edilir ki, borclu plastik kartla ona ayrılmış vəsaitdən (tam və ya qismin istifadə etdiyi gündən başlayaraq bu müqavilənin 2.4-cü bəndində müəyyən edilmiş güzəştli müddətin son gününədək istifadə etdiyi vəsaiti kreditora ödəməsə güzəştli dövr də daxil olmaqla istifadə edilmiş vəsaitə faizlər hesablanaraq tutulur. Bu halda borclu 30 gündən gec olmayaraq faiz borclarını ödəməlidir. Əgər borclu 30 günlük müəyyən edilmiş müddəti pozmaqla faiz borclarının ödənişini gecikdirərsə, həmin müddətdən sonra gecikdirilən hər nəzarət kredit verən gün üçün borcun ödənilməmiş qalan hissəsinə gündəlik 0.2 faiz dərəcəsi ilə dəbbə pulu hesablanıb ondan tutulur. Eyni zamanda, sərbəst ödəniş ləğv edilərək, borcun ödənişi anuitet üsul ilə əvəz edilib, borcluya müvafiq ödəniş cədvəli verilir. Bu bəndin müddəası plastik kartlara aid müqaviləyə şamil edilmir; -14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli müqavilənin 2.6-cı bəndinə əsasən müqavilənin 2.8-ci bəndində şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin əsas məbləğinin qalığından 0,2 faiz dəbbə pulu, yəni cərimə ödəməlidir; -4.2 və 4.2.2-ci bəndlərə görə borclu və ya təminat vermiş şəxs, yaxud hər ikisi müqavilə üzrə (kredit, ipoteka, zaminlik, girov və s. müqavilələri) öhdəliklərini pozduqda, bununla əlaqədar görülmüş tədbirlər müsbət nəticə vermədikdə, qanunla və bu müqavilədə müəyyən edilmiş tədbirlərin icrasını gerçəkləşdirmək kreditorun hüququdur; -4.3 və 4.3.1-ci bəndlərin tələbinə görə bu və təminat müqavilələrinin şərtlərinə vaxtında və layiqincə əməl etmək borclunun vəzifəsidir; -5.1-5.6-cı bəndlərlə müəyyən edilir ki, kredit müqaviləsi öhdəliyin təminatı müqaviləsindən dərhal sonra bağlanır və tərəflər onu imzaladığı andan qüvvəyə minir. Müqavilənin müddəti, onun 2.2-ci bəndində göstərilən müddət hesab edilir, lakin müqavilədə şərtləşdirilmiş bütün öhdəlikləri borclu icra etdikdən sonra icra başa çatmış, müqaviləyə isə xitam verilmiş hesab edilir. Borcun qaytarılmasının tam müddəti müqavilənin 2.2-ci bəndində müəyyən edilmişdir. Həmin müqavilə ilə bir vaxtda kreditorun borcluya verdiyi cədvəldə bu müddət aylara bölünmüş və son ödəmə günü göstərilmişdir. Cədvəl üzrə ayın son gününədək borclu əsas borcu və ona hesablanmış faiz borcunu ödəmədikdə, ondan sonrakı gün öhdəliyin icrası gecikdirilmiş sayılır və bu müqavilənin 2.9-cu bəndindəki şərtin tətbiqinə səbəb olur. Borclu bu müqavilənin 2.2-ci bəndilə müəyyən edilmiş və onun icrasının müddətlərini əks etdirən ödəniş cədvəlində göstərilən müddəti, başqa sözlə müqavilənin 5.3-cü bəndində nəzərdə tutulmuş şərti pozduqda, kreditor dərhal icra tələbini borcluya qarşı irəli sürür və bu haqda borclunu şifahi və yazılı formada xəbərdar edir. Borclu həmin xəbərdarlığı aldığı vaxtdan yeddi gün müddətində cədvəl üzrə borc öhdəliyini icra etməlidir. Əgər borclu yeddi gün ərzində öhdəliyi cədvələ uyğun icra etməsə, yaxud bu müddətin uzadılmasım yazılı müraciətlə kreditorla razılaşdırmasa, ona-borcluya xəbərdarlıq edildikdən sonra kreditor qanunla müəyyən edilmiş üsulla öhdəliyin icrasının təminata (ipoteka, girov, zaminlik) yönəldilməsi üçün əməli tədbir görür. Müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda. və ya borc vaxtı keçmiş kreditə aid edildikdə, həmin gündən başlayaraq borcun qalığına ikiqat faiz dərəcəsi, yəni 14 sentyabr 2015-ci il tarixli, 198/15PB/YF/PK nömrəli müqavilə üzrə 56 (əlli altı), 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə 52 (əlli iki) faiz hesablayıb borcludan tələb edir. Bu müqavilədə nəzərdə tutulan borca hesablanan faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır və borcludan tutulur. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tam icrasınadək hesablanan həmin faizlər borcludan tutulur və icrası öhdəliyin təmin edilmiş predmetinə yönəldilir. Yuxarıda da qeyd edildiyi kimi mülki iş materiallarından aydın olur ki, tərəflər arasında əsasən borc (kredit) müqaviləsindən irəli gələn öhdəliklər mövcuddur. Həm qeyd edilən maddi hüquq normasından, həm də tərəflər arasında bağlanmış 14 sentyabr 2015ci il tarixli, 198/15/PB/YF/PK nömrəli və 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli kredit müqavilələrindən müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müqavilədən irəli gələn əsas öhdəliyi kredit məbləğini Cavabdeh verməsi, sonuncunun öhdəliyi isə kredit müqavilələrində qeyd edilən şərtlərdə onu banka qaytarmaqdır. Öhdəliklərin icra edilməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilələr üzrə öhdəliklərini icra etməsi hesabdan çıxarışlar, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2021-ci il tarixli, 294 nömrəli ekspert rəyi və 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli müqaviləyə nümasibətdə 21 oktyabr 2015-ci il tarixli məxaric orderi ilə ilə öz təsdiqini tapır. Cavabdeh isə öz üzərinə düşən öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə mülki iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 25 fevral 2016-cı il tarixli, 0703/İF nömrəli, 11 fevral 2020-ci il tarixli, 0266/PB nömrəli bildirişlərdən cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinin təmin etməməsi və bu borcun ödənilməsi üçün ona müvafiq olaraq 1 və 7 gün müddət müəyyən olunması aydın olur. Bundan başqa Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2021-ci il tarixli, 294 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh 14 sentyabr 2015-ci il tarixli, 198/15PB/YF/PK nömrəli müqavilə üzrə sonuncu dəfə 16 oktyabr 2015-ci ildə, 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli üzrə isə 22 may 2018-ci ildə etmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı məhkəmə onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni onun təqsirlilik prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 14 sentyabr 2015-ci il tarixli, 198/15/PB/YF/PK nömrəli və 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli kredit müqavilələrinin 5-ci bəndlərindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun 3 iyun 2013-cü Qərarında qeyd edilir ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Mülki Məcəllənin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid aşağıdakıları müəyyən edir: - müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (MM-in 399.1-ci maddəsi); - tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir (MM-in 399.2-ci maddəsi); - müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (MM-in 399.3-cü maddəsi); - müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (MM-in 399.4-cü maddəsi). Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun 3 iyun 2013-cü Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanıb onu mülki iş materialları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, iddiaçı cavabdehdən 14 sentyabr 2015-ci il tarixli, 198/15PB/YF/PK nömrəli müqavilə üzrə 28 yanvar 2020-ci il tarixədək 11621.06 (on bir min altı yüz iyirmi bir ABŞ dolları, altı sent) ABŞ dolları məbləğində, 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli müqavilə üzrə isə 29 iyul 2020-ci il tarixədək 15709.77 (on beş min yeddi yüz doqquz ABŞ dolları, yetmiş yeddi sent) ABŞ dolları məbləğində faiz borcunun alınıb ona qaytarılması qeyd etsə də, maliyyə aryışlarından və kredit müqavilələrinin şərtlərindən görünür ki, birinci müqavilə üzrə kredit müddəti 12 aylıq müddətə (yəni 15 oktyabr 2016-cı ilədək), ikinci müqavilə üzrə isə kredit müddəti 36 aylıq müddətə (yəni 21 oktyabr 2018-cı ilədək) müəyyən edilmişdi. Bu isə o deməkdir ki, iddiaçının həmin tarixlərdən sonrakı dövr üçün müqavilə üzrə faiz borcu tələb edilməsinin hazırki vəziyyətdə heç bir hüquqi əsası yoxdur. Bu səbəbdən də məhkəmə İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin yuxarıda qeyd edilən tarixlərədək müqavilələr üzrə yaranmış faiz borcunu əsaslı hesab etsə də, həmin vaxtdan sonra faiz borcunun tələb edilməsini əsaslı saymır. Borcun hesablanması xüsusi bilik tələb etdiyindən məhkəmənin 30 sentyabr 2021-ci il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirılməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli, 294 nömrəli ekspert rəyində kredit müqavilələrinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına, 28 yanvar 2020-ci il tarixli və 29 iyul 2020-ci il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinə 14 sentyabr 2015-ci il tarixli, 198/15/PB/YF/PK nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətin bitmə, yəni 15 sentyabr 2016-cı il tarixə 4771.73 (dörd min yeddi yüz yetmiş bir dollar, yetmiş üç sent) ABŞ dolları əsas, 1221,03 (bir min iki yüz iyirmi bir ABŞ dolları, üç sent) ABŞ doları faiz borcu,14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətin bitmə, yəni 21 oktyabr 2018-ci il tarixə 6621.92 (altı min altı yüz iyirmi bir dollar, doxsan iki sent) ABŞ dolları əsas, 4475,64 (dörd min dörd yüz ABŞ dolları, altmış dörd sent) ABŞ dolları faiz borcunun olması qeyd olunmuşdur. Ekspert rəyi ilə 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli müqavilə üzrə əsas borc iddiaçının tələb etdiyi məbləğdən artıq müəyyən edildiyindən bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Eyni zamanda həmin maddə ilə o da müəyyən olunur ki, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxmaq üçün müstəsnalıq mövcud deyil. Bu səbəbdən də yuxarıda qeyd edilən məbləğlə bağlı iddia tələbi əsas götürülməlidir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qismən qəbul ediləndir. Belə ki, iddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini tələb etsə də, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli, 294 nömrəli ekspert rəyində bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmadığından cavabdehə cərimə hesablanmasını düzgün hesab etmədiyini qeyd edilmişdi. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış 14 sentyabr 2015-ci il tarixli, 198/15PB/YF/PK nömrəli müqavilənin 2.9-cu və 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli müqavilənin 2.6cı bəndlərindən isə aydın olur ki, gecikdirilən hər gün üçün 0.2 (sıfır tam onda iki) faiz dərəcəsi ilə cərimə ödəməlidir. Qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə o da müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun 14 sentyabr 2015-ci il tarixli, 198/15/PB/YF/PK nömrəli və 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF kredit müqavilələri üzrə cavabdehdən borcun gecikdirilməsinə görə müvafiq olaraq 7119.82 (yeddi min bir yüz on doqquz dollar, səksən iki sent) ABŞ dolları və 9537.13 (doqquz min beş yüz otuz yeddi dollar, on üç sent) ABŞ dolları məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən o da aydın olur ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, 14 sentyabr 2015-ci il tarixli, 198/15/PB/YF/PK kredit müqaviləsi üzrə 470 (dörd yüz yetmiş) ABŞ dolları və 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF kredit müqaviləsi üzrə isə 660 (altı yüz) ABŞ dolları məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini qismən əsaslı sayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan, yəni 9,90 (doqquz manat, doxsan qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında ödəmə ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarın 10-cu bəndində qeyd edilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 14 sentyabr 2015-ci il tarixli, 198/15/PB/YF/PK kredit müqaviləsi üzrə 4771.73 (dörd min yeddi yüz yetmiş bir dollar, yetmiş üç sent) ABŞ dolları əsas, 1221,03 (bir min iki yüz iyirmi bir ABŞ dolları, üç sent) ABŞ doları faiz, 470 (dörd yüz yetmiş) ABŞ dolları cərimə borcu, 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə 6604.66 (altı min altı yüz dörd ABŞ dolları, altmış altı sent) ABŞ dolları əsas, 4475,64 (dörd min dörd yüz ABŞ dolları, altmış dörd sent) ABŞ dolları faiz, 660 (altı yüz) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 18203,06 (on səkkiz min iki yüz üç ABŞ dolları, altı sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə Cavabdeh tutularaq İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia qismən təmin olduğundan 9,90 (doqquz manat, doxsan qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinə verilməli; -iddia digər hissədə əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 240-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Tərəflər arasında bağlanmış 14 sentyabr 2015-ci il tarixli, 198/15/PB/YF/PK kredit müqaviləsi üzrə 4771.73 (dörd min yeddi yüz yetmiş bir dollar, yetmiş üç sent) ABŞ dolları əsas, 1221,03 (bir min iki yüz iyirmi bir ABŞ dolları, üç sent) ABŞ doları faiz, 470 (dörd yüz yetmiş) ABŞ dolları cərimə borcu, 14 oktyabr 2015-ci il tarixli, 223/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə 6604.66 (altı min altı yüz dörd ABŞ dolları, altmış altı sent) ABŞ dolları əsas, 4475,64 (dörd min dörd yüz ABŞ dolları, altmış dörd sent) ABŞ dolları faiz, 660 (altı yüz) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 18203,06 (on səkkiz min iki yüz üç ABŞ dolları, altı sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə Cavabdeh tutularaq İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qismən təmin olduğundan 9,90 (doqquz manat, doxsan qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia digər hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar