Məhkəmə qərarları › İş №2(079)-423/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-423/2020

22.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-423/2020 22.12.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat İddiaçı ASC “01” dekabr 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə «12» may 2020-ci il tarixli müqavilə üzrə 1300 (bir min üç yüz) manat məbləğində əsas borcun, 252.9 (iki yüz əlli iki manat, 90 qəpik) manat məbləğində faiz borcunun, 32.45 (otuz iki manat, 45 qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 1585.35 (bir min beş yüz səksən beş manat, 35 qəpik) manat borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxx 2020-ci il tarixli Kredit müqaviləsinə əsasən “FİNtrend” BOKT-dan illik 49 faizlə 24 ay müddətinə 1300 manat kredit götürmüşdür. “FİNtrend” BOKT ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 1028 nömrəli xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx xxx 2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il oktyabrın 05-dək Cavabdeh banka xx xxx 2020ci il tarixli Kredit müqaviləsi üzrə 1300 (bir min üç yüz) manat əsas borc, 252.9 (iki yüz əlli iki manat, 90 qəpik) manat faiz borcu, 32.45 (otuz iki manat, 45 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1585.35 (bir min beş yüz səksən beş manat, 35 qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” X1 Açıq Səhmdar Cəmiyyəti yenidən təşkil edilərək təşkilatı-hüquqi formasını dəyişmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə çevrilibdir. İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli, 1028 nömrəli tələbetmə hüququnun güzəşt olunmasına dair sazişlə müəyyən olunur ki, bir tərəfdən “FİNtrend” BOKT digər tərəfdən “xxxx” İKB ASC tələbetmə hüququnun güzəşt edilməsinə dair 004 saylı xx xxx 2018-ci il tarixli müqaviləyə uyğun olaraq “FİNtrend” BOKT hüquq sahibi və fiziki şəxslər – borcalanlar arasında bağlanmış kredit və təminat (girov, zaminlik və s.) müqaviləsinə əsasən Borcalana qarşı bütün tələbetmə hüquqlarını, həmçinin qeyd olunan öhdəliklərin yerinə yetirilməsini təmin edən hüquqları və razılaşdırılmış müqavilələr üzrə tələbetmə hüquqları ilə bağlı digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilmiş faizlər, həmçinin ödənilməmiş təcili və artırılmış faizlər, cərimə sanksiyaları üzərində hüquqları Hüquq sahibi Hüquq əldə edənə ötürür. İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli, 1028 nömrəli tələbetmə hüququnun güzəşt olunmasına dair sazişə əlavə edilmiş Razılaşdırılmış müqavilələrin siyahısından görünür ki, Cavabdeh “FİNtrend” BOKT-a 1300 (bir min üç yüz) manat borcu var. İş materiallarına əlavə olunmuş «12» may 2020-ci il tarixli, 481-0***-******* saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı təşkilat “FİNtrend” BOKT ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Kredit müqaviləsinin 2-ci fəslinə görə kreditor borc alana 24 (on səkkiz) ay müddətinə, illik 49 faizlə 1300 (bir min üç yüz) manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci maddəsinə görə bu Müqavilədə göstərilmiş qaydada Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini Kreditor və Borcalan arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 6-cı maddəsinə görə Borc alan tərəfindən ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən və ya ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirildikdə Kreditor verdiyi krediti hesablanmış faizlə ilə birlikdə qaytarmağı borc alandan tələb edə bilər. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx xxx 2020-ci il tarixli, 481-0***-******* saylı kredit müqaviləsinə Əlavə-1-dən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. xx xxxxxxx 2020-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə Banka 1300 (bir min üç yüz) manat əsas borc, 252.9 (iki yüz əlli iki manat, 90 qəpik) manat faiz borcu, 32.45 (otuz iki manat, 45 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1585.35 (bir min beş yüz səksən beş manat, 35 qəpik) manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, Babək rayonu, Şəkərabad kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında «12» may 2020-ci il tarixli, 481-0***-******* saylı kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh kredit xətti açılmış və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər borclu Cavabdeh tərəfindən edilməmiş, o, yaranmış pul borcunu qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun İddiaçı ASC qarşısında 1300 (bir min üç yüz) manat əsas borc, 252.9 (iki yüz əlli iki manat, 90 qəpik) manat faiz borcu, 32.45 (otuz iki manat, 45 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1585.35 (bir min beş yüz səksən beş manat, 35 qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat İddiaçı ASC öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh istifadə etdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə və komisyon haqlarının iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Azərbaycan respublikasının Mülki Məcəlləsinin 56.5-ci maddəsinə görə bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilatihüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək Cavabdeh 1300 (bir min üç yüz) manat əsas borc, 252.9 (iki yüz əlli iki manat, 90 qəpik) manat faiz borcu, 32.45 (otuz iki manat, 45 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1585.35 (bir min beş yüz səksən beş manat, 35 qəpik) manat məbləğində pul tutularaq iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh «12» may 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1300 (bir min üç yüz) manat əsas borc, 252.9 (iki yüz əlli iki manat, 90 qəpik) manat faiz borcu, 32.45 (otuz iki manat, 45 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1585.35 (bir min beş yüz səksən beş manat, 35 qəpik) manat məbləğində pul tutularaq iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar