Məhkəmə qərarları › İş №2(079)-429/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-429/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-429/2022 29.09.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçı X4 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 7000 (yeddi min) manat pulun və 90 (doxsan) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh 2022-ci ilin mart ayında **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşını 7000 (yeddi min) manata aldım. O, mənə etibarnamə verdi. Mən avtomaşını idarə edirdim. Bu ilin avqust ayında mənə məlum oldu ki, avtomaşının üzərinə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və Probasiya şöbəsinin 28 iyul 2022-ci il tarixli təqdimatına əsasən Babək rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 8(079)-17/2022 nömrəli qərardadı ilə həbs qovulmuşdur. Avtomaşının üzərinə həbsin qoyulmasına səbəb Cavabdeh "xxxx" ASC’-ə borcunun olması ilə bağlı Babək rayon icra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarı və tələbin verinə yetirilmədiyi olmuşdur. Haliyədə avtomaşın cərimə mevdançasında saxlanılır. Satın aldığım avtomaşının orada saxlanıldığı təqdirdə maşının deformasiyaya uğrayacağından, mən maşını alda edə bilməyəcəyimdən maşına ödadiyim pulun qaytarılmasım tələb etmək məcburiyyətindəyəm. Sonuncu dəfə Cavabdeh xx.xx.2022-ci il tarixli razılaşma ərizəsinə əsasən bildirmişdir ki, Şərur rayonu Düdəngə kənd sakini X5 7000 manat borcum var, borcu etiraf edirəm və həmin məbləğdə borcu 15 avqust 2022-ci il tarixədək Cavabdeh tərəfindən İddiaçı qaytarmağım barədə onunla razılaşırıq. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh 2022ci ilin mart ayında 7000 manat pul verərək **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili aldım. Maşının markası “Mercedes Benz 280SE minik” idi. Həmin maşını alqı-satqı yolu ilə öz adıma rəsmiləşdirmək üçün X8 müraciət etdim. Lakin oradan mənə maşının buraxılış ilinin köhnə - 1999-cu il olduğunu, adıma sənədləşdirə bilmədiklərini bildirdilər. Mən bundan sonra etibarnamə almaq üçün Şərur Rayon Notariat Ofisinə müraciət etdim. Lakin oradan mənə maşına 1 illik etibarnamə verə biləcəklərini bildirdilər. Buna görə də Bakı şəhər 25 saylı notariat ofisinə onlayn müraciət etdim və maşın üzərində bütün səlahiyyətləri həyata keçirməyə imkan verən etibarnamə aldım. Maşını 2022-ci ilin mart ayından avqust ayına qədər idarə etdim. Həmin maşınla səyyari ticarətlə məşğul olurdum, meyvə-tərəvəz satırdım. Avqust ayında Şərur Rayon Polis İdarəsindən mənə həmin maşının üzərinə həbs qoyulduğuna dair məlumat verildi. Səbəb olaraq isə cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcunun olması və borcu ödəmədiyi üçün Babək Rayon İcra və Probasiya Şöbəsi tərəfindən maşının üzərinə həbs qoyulması ilə bağlı verilmiş təqdimatın təmin olunması olduğunu bildirdilər. Bildiyim qədərilə Babək Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərardadı ilə maşın üzərinə həbs qoyulub. Bundan sonra mən həmin gün maşını Şərur Rayon Dövlət Yol Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verdim. Cavabdehin özü borcunun olmasını ərizə yazaraq etiraf edib. Həmin maşın hazırda da oradadır. Mən isə mülkiyyətimdən məhrum olunmuşam. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini, cavabdehin mənə borclu olduğu 7000 manat pulun ondan alınıb mənə geri qaytarılmasını xahiş edirəm. Cavabdeh X6 məhkəmə iclasında verdiyi izahatında iddiaçıya olan borcunu etiraf edərək bildirmişdir ki, həqiqətən də İddiaçı 2022-ci ilin mart ayında **-BC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 280SE minik” markalı avtomaşını qeyrirəsmi olaraq 7000 manat müqabilində satmışam. Həmin maşının ili köhnə olduğundan onu iddiaçının adına rəsmiləşdirə bilmədik, yəni avtomobil sənəd üzərində mənim mülkiyyətimdə idi. İddiaçı həmin maşını etibarnamə əsasında idarə edirdi. Naxçıvan Bank” Açıq Səhmdar Cəmiyyətinə borcum olduğundan və həmin borcu ödəyə bilmədiyimdən tələbin əmlaka yönəldilməsi barədə Babək Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına əsasən Babək Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərardadı ilə maşın üzərinə həbs qoyuldu. Maşın üzərinə həbs qoyulduğundan iddiaçı həmin maşını idarə hüququndan məhrum olub. Hazırda həmin avtomobil mənim borcumla bağlı olaraq saxlanılır. Hazırda da iddia tələbini etiraf edirəm, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etirazım yoxdur. Həmçinin mülki iş üzrə məhkəmə baxışı iclasında cavabdeh iddianın etirafı barədə ərizəsini məhkəməyə təqdim edərək, həmin ərizədə İddiaçı Babək Rayon Məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırdığını, hazırda ona 7000 (yeddi min) manat borcu olduğunu etiraf etdiyini bildirmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı X4 qarşı pul tələbinə dair iddiası təmin edilməli, cavabdeh X2 7000 (yeddi min) manat borc alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 90 (doxsan) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh X2 7000 (yeddi min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı iddia qaldırılan zaman ödədiyi 90 (doxsan) manat dövlət rüsumu cavabdeh X2 alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar