Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-43/2021 24.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti “27” oktyabr 2020-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə 14640.25 (on dörd min altı yüz qırx manat, iyirmi beş qəpik) manat əsas borc, 730.44 (yeddi yüz otuz manat, qırx dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 15370.69 (on beş min üç yüz yetmiş manat, altmış doqquz qəpik) manat kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun, 0.40 (qırx) qəpik bank xidmət haqqının Cavabdeh1 və Cavabdeh2 müştərək bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, bank ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsinə əsasən ona illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 60 ay müddətinə 15900 (on beş min doqquz yüz) manat məbləğində kredit verilmişdi. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdı. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə üzrə müəyyən edilmiş kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. xx xxxxx 2019-cu il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixə 14640.25 (on dörd min altı yüz qırx manat, iyirmi beş qəpik) manat əsas, 730.44 (yeddi yüz otuz manat, qırx dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 15370.69 (on beş min üç yüz yetmiş manat, altmış doqquz qəpik) manat borcu mövcuddur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2021-ci il tarixli, xx-xx/2021 nömrəli ərizə ilə iddia tələbinin həcmini faiz borcuna münasibətdə artıraraq müraciətində Cavabdeh1 və Cavabdeh2 1768.27 (bir min yeddi yüz altmış səkkiz manat, iyirmi yeddi qəpik) məbləğində faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmənin “25” yanvar 2021-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək mülki işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14640.25 (on dörd min altı yüz qırx manat, iyirmi beş qəpik) manat əsas borc, 1768.27 (bir min yeddi yüz altmış səkkiz manat, iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 16408.52 (on altı min dörd yüz səkkiz manat, əlli iki qəpik) manat məbləğində kredit borcunun tutulması tələbi həcmində baxılması qərara alınmışdı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmədə verdiyi izahatında iddiaçı ilə Cavabdeh1 arasında xx xxxxx 2019-cu ildə kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ona 22 faiz dərəcəsi ilə 60 ay müddətinə 15900 manat məbləğində kredit verdiyini, Cavabdeh1 həmin müqavilə üzrə hər ay 439 manat 20 qəpik ödəniş həyata keçirməli olmasına baxmayaraq, onun müqavilədən irəli gələn öhdəliyini icra etmədiyini, həmçinin Cavabdeh1 bank ilə bağladığı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsinin bağlandığını, onun Cavabdeh1 ilə müqavilədən irəli gələn öhdəliyə görə birlikdə məsuliyyət daşıdığını, hazırda isə öhdəliyin lazımınca icra edilmədiyini, xx xxxxxx 2021-ci il tarixə cavabdehlərin banka 14640.25 manat əsas borc, 1768.27 manat məbləğində faiz borcu, ümumilikdə isə 16408.52 manat məbləğində borcunun yarandığını qeyd edərək yekunda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 izahatında iddianı qəbul etdiyini, həqiqətən də İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında xx xxxxx 2021-ci il tarixdə kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən bankın ona 15900 manat məbləğində kredit verdiyini, əvvəllər ödəniş cədvəli üzrə ödənişləri vaxtlı-vaxtında həyata keçirsə də, sonradan maddi vəziyyətinin pisləşməsinə, yəni üç ay işsiz qalması, kirayədə yaşamasına görə bank qarşısında öhdəliyini lazımi qaydada icra edə bilmədiyini, mübahisənin məhkəmədən kənar qaydada həll etməyə, yəni İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə barışıq sazişi bağlamağa çalışsa da buna nail ola bilmədiyini, banka borcu olduğunu başa düşdüyünü və bunu ödəməyə çalışacağını bildirmişdi Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan Cavabdeh2 Culfa rayonu, Əlincə kəndində rəsmi qeydiyyatda olması aydın olur. Ona ünvanlanmış məhkəmə sənədləri Cavabdeh2 həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Culfa Rayon İcra Hakimiyyətinin Əlincə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını, işdə iştirak edən şəxslərin izahatlarını qanunvericiliyin tələbləri daxilində və bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxxx 2019-cu il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən müqavilə tərəfləri arasında illik 22 faizlə, 60 ay müddətində, 15900 (on beş min doqquz yüz) manat kredit məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 verilməsi barədə razılığa gəlməsi, həmçinin qeyd edilən müqavilə üzrə Cavabdeh1 əsas öhdəliyinin təminatı kimi bank ilə Cavabdeh2 arasında xx xxxxx 2019-cu il tarixli, BPM**********84 nömrəli zaminlik müqaviləsinin bağlanması və Cavabdeh1 kredit müqaviləsindən irəli gələn əsas öhdəliyini icra etməməsi mülki işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş xx xxxxx 2019-cu il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxxx 2019-cu il tarixdə kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən Cavabdeh1 iddiaçıdan illik 22 faizlə 60 ay müddətində 15900 (on beş min doqquz yüz) manat məbləğində kredit götürməsi barədə tərəflərin razılığa gəlmələri; - iddia ərizəsinə əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli, BPM**********84 nömrəli zaminlik müqaviləsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin həmin müqavilədən irəli gələn öhdəliklərinin icrasının təminatı üsulu kimi Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsinin bağlanması; -Cavabdeh1 məhkəmədə verdiyi izahatından, həmçinin onun məhkəməyə təqdim etdiyi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə göndərdiyi barışıq sazişinin layihəsindən kredit müqaviləsi üzrə borcalanın həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi aydın olur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun tələb etsə də, Cavabdeh1 maddi vəziyyətinin yaxşı olmaması səbəbindən onu ödəyə bilmədiyini qeyd etmişdi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar, həmçinin Cavabdeh1 məhkəməyə təqdim etdiyi barışıq sazişinin layihəsində və məhkəmədə verdiyi izahatında iddia tələbini qəbul etməsidir. Cavabdeh1 iddia tələbini etiraf etməsi ilə əlaqədar olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqedən yola çıxaraq məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi və prosessual hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit və Cavabdeh2 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən və iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin 1.1, 1.2 və 1.4-cü bəndlərinə görə borc verən borcalana şəxsi istehlak məqsədi üçün 60 (altmış) ay müddətinə, illik 22 faiz dərəcəsi 15900 manat məbləğində kredit verməyi, borcalan isə müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür; - 3.1-ci bəndə əsasən borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və borc verənin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin borc verənə təqdim edilməsindən 10 (on) iş günü ərzində borcalanın borc verəndə açılmış ******************** nömrəli hesabına köçürülməklə verilir. - 3.9 və 3.9.7-ci bəndlərin mahiyyətinə görə borc alan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və ya faizlərin ödənilməsi həyata keçirilmədikdə və ya müvafiq ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildikdə bank kredit məbləğini vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini borc alandan tələb edə bilər; - 4.1-ci bəndə görə kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın borc verəndəki bütün bank hesablarından akseptsiz qaydada silməklə təmin etmək borc verənin hüququdur; - 4.4 və 4.4.2-ci bəndlərlə müəyyən edilir ki, krediti qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi üzrə öhdəliklərini müqavilədə müəyyən olunmuş qaydada və müddətdə icra etmək borcalanın vəzifəsidir; - 6.2-ci bənddə qeyd edilir ki, borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, həmin öhdəliyin bu müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq borc verən tərəfindən borc alana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətində) gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həcmində penya hesablana bilər; - “müqavilənin müddəti” adlanan 7-ci bəndə görə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və müqavilə üzrə öhdəliklər tam icra olunana qədər qüvvədədir. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri həmin müddət qurtarana qədər yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir; -8.2-ci bəndə əsasən müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. Bundan əlavə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh1 xx xxx 2019-cu ildən başlamaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2024-cü il tarixədək hər ay 439.2 (dörd yüz otuz doqquz manat, iyirmi qəpik) manat və sonuncu ay, yəni 2024-cü ilin aprel ayının 16-dək isə 432.85 (dörd yüz otuz iki manat, səksən beş qəpik) manat ödəməyi öhdəsinə götürüb. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin yerinə yetirilməsinin sübutetmə vəzifəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı-cavabdeh iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehiddiaçı tərəfindən iddiaçı-cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 122-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxxxx 2019-cuil tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi işdə iştirak edən şəxslərin izahatlarından əlavə mülki iş materiallarına əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli BPM**********84 nömrəli kassa məxaric orderi ilə öz təsdiqini tapır. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı da iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, BPM**********84 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: -müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən müqaviləyə müvafiq olaraq zamin 1.2-ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh1 ilə bank arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsindən irəli gələn bütün pul tələbləridir; -1.6-cı bəndə görə zamin kredit müqaviləsi üzrə borc alanın öhdəliklərini tam həcmdə icra etməlidir; -2.3 və 2.3.1-ci bəndlərlə müəyyən edilir ki, borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə zamin borc alanla birlikdə məsuliyyət daşıyır; -6.1-ci bəndin tələbinə görə müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və xx xxxxx 2027-ci il tarixədək qüvvədədir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh2 xx xxxxx 2019-cu il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunmuşdur. Hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, 19-296 nömrəli maliyyə arayışında Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcdan 1259,75 (bir min iki yüz əlli doqquz manat, yetmiş beş qəpik) manat, faiz borcundan isə 3888.86 (üç min səkkiz yüz səksən səkkiz manat, səksən altı qəpik) manat ödəməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə onun müqavilə üzrə 14640.25 (on dörd min altı yüz qırx manat, iyirmi beş qəpik) manat əsas, 1768.27 (bir min yeddi yüz altmış səkkiz manat, iyirmi yeddi qəpik) manat məbləğində faiz borcunun olması göstərilir. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə cavabdehlərin İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli BPM**********84 nömrəli kredit müqaviləsinin 6-cı və zaminlik müqaviləsinin 3-cü bəndlərindən isə aydın olur ki, cavabdehlər İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu və onun ödənilməsi ilə bağlı 0.40 (qırx) qəpik bank xidmət haqqı da Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -xx xxxxx 2019-cu il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə 14640.25 (on dörd min altı yüz qırx manat, iyirmi beş qəpik) manat məbləğində əsas borc və 1768.27 (bir min yeddi yüz altmış səkkiz manat, iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 16408.52 (on altı min dörd yüz səkkiz manat, əlli iki qəpik) manat miqdarında kredit borcu, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «Azərbaycan Beynəlxalq Bank» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin xx xxxxx 2019-cu il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə 14640.25 (on dörd min altı yüz qırx manat, iyirmi beş qəpik) manat məbləğində əsas borc və 1768.27 (bir min yeddi yüz altmış səkkiz manat, iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 16408.52 (on altı min dörd yüz səkkiz manat, əlli iki qəpik) manat miqdarında kredit borcu, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «Azərbaycan Beynəlxalq Bank» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-43/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-43/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver