Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-449/2022 20.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, Nüsrəddin Təvəkkül oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2022-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 5400 (beş min dörd yüz) manat pulun və ödədiyi 74 (yetmiş dörd) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, mən 51 baş xırda buynuzlu heyvanları satmaq üçün oğlum İbrahim Naxçıvan elanlarında instagrama qoymuşdu. Gözdən əlil olduğumdan heyvanlara baxmaq çətin olduğundan məcbur 'qalıb hamısını satışa qoymuşdum. İnstagramda xırda buynuzlu heyvanları satışa qoyandan sonra əvvəlcədən tanımadığım Babək rayon Nehrəm qəsəbə sakini Cavabdeh mənimlə əlaqə saxlayaraq heyvanları nisyə verməyi təklif etdi. Mən bir ay müddətinə razılaşdım. Hətta Cavabdeh mənə bildirdi ki, gəlib xırda buynuzlu heyvanları aparanda şəxsiyyət vəsiqəmin təsdiqlənmiş surətini də verəcəyini qeyd etdi. 09 may 2022-ci il tarixində Babək rayon Nehrəm qəsəbə sakini Cavabdeh, Şahbuz rayon Kükü kəndinə gələrək mənim evimə gəldi, biz Orxanla xırda buynuzlu heyvanların alınması ilə bağlı aramızda razılaşmışdıq, amma Orxan bir aya razı olmadı 50 gün müddətində gətirib pulumu verəcəyini bildirdi. ** BK *** nömrəli qazelə xırda buynuzlu heyvanları yığaraq apardı. Qeyd etdiyim kimi, Orxan şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətini gətirib verəcək bildirsə də şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətini mənə vermədi yadından çıxdığını və övladının xəstə olduğunu bildirdi. Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA******* olduğunu desə də bir rəqəmi deyilməmişdir. Mən Babək rayon Nehrəm qəsəbə sakini Cavabdeh bu məzmunda öz aramızda müqavilə bağladıq, bizim aramızda bağladığımız müqavilənin mətnini olduğu kimi qeyd edirəm. Mən Cavabdeh 2022ci ilin 9 may tarixində Şahbuz rayon Kükü kənd sakini İddiaçı 51 baş 5400 manat məbləğində heyvan almışam, həmin pulu 2022-ci il iyun ayının 20-30 arasında qaytarmağa söz verirəm. Ərizəni özüm yazdım öz imzamla təsdiq edirəm sözləri ilə yazılmışdır. Mən cavabdehlə aramızda müqavilə bağladıqdan sonra müqavilənin şərtinə əsasən 2022-ci ilin iyun ayın sonuna 5400 manat pulu verəcəyini öhdəsinə götürmüşdür. Mən verilən müddət bitdikdən sonra cavabdehlə əlaqə saxlayıb pulumu tələb etsəm də mənə hərdən bir bəhanə gətirərək yalan danışaraq pulumu vermirdi. Mən bundan sonra yazılı olaraq Babək rayon Polis şöbəsinə müraciət etdim mülki məsələ olduğundan məhkəməyə müraciət etməli olduğum bildirildi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Şahbuz rayonu, Kükü kəndində yaşadığını, orada 30 ildir ki, heyvandarlıq və arıçılıqla məşğul olduğunu, son zamanlarda sağ gözündə görmə qabiliyyətini tamamilə itirdiyini, sol gözününü isə zəif gördüyünü, həmçinin yoldaşının da xəstə olduğunu, buna görə də istifadəsində olan heyvanları satmaq qərarına gəldiyini, oğlum İbrahim Cabbarovun heyvanların şəklini instagram sosial şəbəkəsində elanlar səhifəsinə yerləşdirdiyini, bundan sonra ***-***-**-** nömrəsindən mənə zəng gəldiyini, Orxan adlı şəxsin heyvanları almaq istədiyini, lakin pulu nağd şəkildə verə bilməyəcəyini, şəxsiyyət vəsiqəsinin surətini təsdiqlədib gətirəcəyini bildirdiyini, bununla razılaşdığını, 09 may 2022-ci il tarixdə Cavabdeh tanımadığı başqa bir şəxslə ** BK *** qeydiyyat nömrəli avtomobillə yaşadığı Kükü kəndinə gələrək heyvanları almaq istədiyini dediyini, 51 baş xırda buynuzlu heyvanın qiymətini 5400 manata razılaşdıqlarını, cavabdehin pulu gətirib verəcəyini bildirdiyini, ondan sonra 2 aya yaxın gözləsə də pulu gətirib ödəmədiyini, hər dəfə telefonu açıb ödəyəcəyini bildirirdiyini, son vaxtlar isə telefonlara belə cavab vermədiyini, cavabdehin yaşadığı Nehrəm qəsəbə sakinləri ilə maraqlandığını, onların cavabdehin heyvanları satdığını bildirdiklərini, hər zaman insanlara nisyə mal satdığını, amma ilk dəfədir ki, belə hadisə başıma gəldiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin iddiaçının izahatını tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin normaya əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş razılaşma tərəfləri, İddiaçı və Cavabdeh bildirmişlər ki, Cavabdeh 2022-ci ilin 09 may tarixində Şahbuz rayonu Kükü kənd sakini İddiaçı 1 baş 5400 manat məbləğində heyvan almışam, həmin pulu 2022-ci ilin iyun ayının 20-30-u aralığında qaytarmağa söz verirəm. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində alqı-satqı müqaviləsi üçün imperativ müqavilə forması müəyyən edilməmişdir. Mülki Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Beləliklə müəyyən olunur ki, tərəflər arasında 09 may 2022-ci il tarixdə mövcud borcun etirafı barədə mücərrəd razılaşma bağlanmışdır. Həmçinin bu müqavilə yazılı formada, yəni öhdəliyə əsas verən şəkildə bağlanmışdır. Belə olan halda mövcud borcun etirafı haqqında mücərrəd razılaşmaya əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verilmədiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaçı ilə bağlamış olduğu mövcudluğunu etiraf etdiyi razılaşmadan irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin borc sənədinin hələ də satıcıda olması tərəflər arasında öhdəlik münasibətlərinə xitam verilmədiyini təsdiq edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 5400 (beş min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 74 (yetmiş dörd) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5400 (beş min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 74 (yetmiş dörd) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-449/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-449/2022
20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver