Məhkəmə qərarları › İş №2(079)-450/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-450/2022

01.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-450/2022 01.11.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli. 2(079)-391/2014 nömrəli məhkəmə əmri ilə Cavabdeh iki uşağın saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq mənə ödənilməsi barədə məhkəmə əmrinə dəyişiklik edilərək hər ay sabit məbləğdə 08 iyul 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 (bir yüz doxsan üç) manat miqdarında alimentin Cavabdeh alinıb mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 16 iyul 2002-ci il tarixdə ailə qurub, 03 yanvar 2003-cü il tarixdə nikahımızı rəsmi olaraq qeydiyyatdan keçirmişik. Yaşadığımız müddətdə 1 may 2003-cü il tarixdə oğlumuz Saleh, 08 iyul 2010-cu il tarixdə isə qızımız Aysun doğulmuşlar. Bizim aramızdakı nikah pozulmuş, Babək Rayon Məhkəməsinin 2(079)-391/2014 nömrəli, 29 dekabr 2014-cü il tarixli məhkəmə əmri ilə azyaşlı uşaqlarımızın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq mənə ödənilməsi barədə məhkəmə əmri qəbul edilmişdir. Mən özüm heç bir yerdə işləmirəm. Uşaqlarımı ancaq ödənilən alimentlə saxlamışam. Övladlarımın hər ikisinin görmə qabiliyyətlərində problemləri mövcuddur. Mütəmadi olaraq həkim müayinəsindən keçməklə müalicələr alırlar. Mən özüm isə təkbaşına bütün bu xərcləri qarşılaya bilmirəm. Cavabdeh özü Bakı şəhərində yaşayır. Briqada təşkil edərək yaşayış evlərinin, mənzillərin təmiri ilə məşğul olur, maddi imkanı yaxşıdır. Əgər istəyərsə uşaqlarının normal yaşamaqları üçün onlara yüksək məbləğdə maddi köməklik göstərə bilər. Lakin o bunları könüllü olaraq etmək istəmir. Əvvəllər 2 uşağa birlikdə 150 manat aliment ödəyirdi. Sonra oğlumuz Saleh 18 yaşını tamama edib universitetə daxil olduğundan ona ödənilən aliment dayandırıldı. Həmin vaxtdan sonra Taleh ayda 100-120 manat aliment ödəməyə başladı. O hətta bir neçə ay 130 manat da ödədi. Mənə deyirdi ki, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmə, mən sənə hər ay 130 manat aliment ödəyəcəyəm. Ödənilən bu alimentlə qızımın tələbatlarını qarşılamaq olmur. Bu səbəbdən də mən qızımız Aysuna ödənilən alimentin miqdarının sabit məbləğdə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddində, yəni 193 manat miqdarında müəyyən olunmaqla Babək rayon Məhkəməsinin 2(079)- 391/2014 nömrəli, 29 dekabr 2014-cü il tarixli məhkəmə əmrinə dəyişiklik edilməsini istəyirəm İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında cavabdehlə 16 iyul 2002-ci il tarixdə ailə qurduqlarını, nikahı 03 yanvar 2003-cü il tarixdə rəsmiləşdirdiklərini, 11 may 2003-cü il tarixdə oğlu Saleh, 08 iyul 2010-cu il tarixdə qızı Aysunun anadan olduğunu, bundan sonra aralarında olan mübahisələrlə əlaqədar olaraq bir müddət ayrı yaşadıqlarını, Babək Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli məhkəmə əmri ilə uşaqların saxlanması üçün cavabdehdən hər ay gəlirlərinin 1/3-i miqdarında aliment ödəməsinin müəyyən edildiyini, 2015-ci ildə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə nikahın pozulduğunu, özünün uşaqlarla birlikdə Sumqayıtda, cavabdehin isə Bakıda yaşadığını, cavabdehin 2-3 il uşaqların saxlanması üçün ikisinə birlikdə 100 manat, daha sonra isə 150 manat ödədiyini, onu da bəzən ödədiyini, bəzən isə ödəmədiyini, hal-hazırda övladları ilə birlikdə Sumqayıt şəhərində yaşadığını, oğlu Salehin 11 may 2021-ci il tarixdə yetkinlik yaşına çatdığını, ona aliment ödənilməsinin dayandırıldığını, qızı Aysunun isə 11 yaşında olduğunu, hazırda Sumqayıt şəhəri 34 nömrəli məktəbdə 7-ci sinifdə oxuduğunu, qızının gözlərində problem olduğunu, görmə zəifliyi ilə əlaqədar olaraq başağrıları və digər problemlər yarandığını, dərslərində geriləməyə səbəb olduğunu, müalicəsi üçün tez-tez xəstəxanalara gedib-gəldiyini, bunun üçün də kifayət qədər xərc tələb olunduğunu, imkan olmadığına görə onu kurslara göndərə bilmədiyini, özünün arabir başqalarının evində ev işləri görüb pul qazandığını, lakin bunun qızının saxlanması üçün kifayət etmədiyini, valideynlərinin rəhmətə getdiyini, bu səbəbdən uşaqların maddi ehtiyaclarını qarşılamaqda heç bir köməyinin olmadığını, Sumqayıt şəhərində yaşadığı evin bacısına məxsus olduğunu, yaşamaq üçün ona istifadəyə verdiyini, cavabdehin Bakı şəhərində ev tikib satmaqla məşğul olduğunu, qazancının yaxşı olduğunu bildirmiş, iddia tələbinin həcminin azaldılması barədə ərizəsi nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 150 (bir yüz əlli) manat miqdarında alimentin Cavabdeh alinıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla dəyişdirilmiş iddia elementləri əsasında baxmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə hazırlıq iclasında verdiyi izahatında cavabdehin onun oğlu olduğunu, tərəflərin 16 iyul 2002-ci il tarixdə ailə qurub, 03 yanvar 2003-cü il tarixdə nikahlarını rəsmiləşdirdiklərini, birgə nikahlarından 11 may 2003-cü il tarixdə Saleh və 08 iyul 2010-cu il tarixdə Aysun adlı övladlarının dünyaya gəldiyini, nikahın 2015-ci ildə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə pozulduğunu, Babək Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli məhkəmə əmri ilə uşaqların saxlanması üçün cavabdehdən hər ay gəlirlərinin 1/3 hissəsi miqdarında aliment ödənilməsinin müəyyən edildiyini, oğlunun hər ay uşaqların ikisinə birlikdə 100, daha sonra 130 manat aliment ödədiyini, Talehin fəhlə işlədiyini, maddi vəziyyətinin yaxşı olmadığını, hazırda oğlunun Bakı şəhəri Mehdiabad qəsəbəsində anası və qardaşı ilə birlikdə qardaşının evində yaşadığını, buna baxmayaraq hazırda da uşağın saxlanması üçün 150 manat aliment ödəməyə etirazının olmadığını, iddianı həmin hissədə qəbul etdiyini bildirmiş, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında uşağın qanunda nəzərdə tutulmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğu, iddiaçının heç bir yerdə işləməməsi, iddiaçı tərəfindən bildirilmiş işin faktiki halları, iddia tələbinin həcminin azaldılması barədə ərizə və cavabdehin mövqeyi nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə və cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini nəzərə alan məhkəmə işə tərəflərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 174984 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, Cavabdeh ilə X1 arasında olan nikah ləğv edilmiş, bu nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə qeyd edilmiş, qadına “Əliyeva” soyadı verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 504781 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası X6 olan X7 08 iyul 2010-cu il tarixdə doğulmuşdur. Mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 2(079)- 391/2014 nömrəli, xx.xx.2014-cu il tarixli məhkəmə əmrinin təsdiq olunmuş surətindən belə məlum olur ki, 16 avqust 1979-cu ıl tarixdə Babək rayonu Didivar kəndində anadan olmuş, iş yeri məlum olmayan, Babək rayonu Didivar kəndində yaşayan borclu Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi məbləğində alimentin alınıb 11 may 2003-cü il tarixdə doğulmuş X5 və 08 iyul 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına yatanadək saxlanılması üçün cavabdeh X3 ödənilməsi əmr olunmuşdur. Beləliklə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 08 iyul 2010-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır, uşaq hazırda anasının yanında yaşayır və məhkəmə əmri ilə 11 may 2003-cü il tarixdə doğulmuş X5 və 08 iyul 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına yatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi məbləğində alimentin alınıb İddiaçı ödənilməsi əmr edilmişdir. Məhkəmə Babək Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin dəyişdirilərək cavabdehdən hər ay sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi ilə bağlı tələbi barədə ilk növbədə onu qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasının dəyişdirilməsini eyniləşdirmək olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, sözügedən norma məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə cavabdehin sabit qazancı və ya sair gəliri barədə sübutların məhkəməyə təqdim olunmamasını və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1). Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair qərarına əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Tələb olunan sabit pul məbləğində aliment miqdarına münasibətdə isə AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu, onun yaşını, təhsil xərclərini, habelə cavabdehin notarial qaydada təsdiq olunmuş ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizə verərək bildirmişdir ki, İddiaçı aylıq ödədiyim aliment məbləğinin artırılaraq 150 (bir yüz əlli) manat təşkil etməsinə etiraz etmirəm. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayanların ananın yanında saxlanılması ilə bağlı məhkəmənin mövqeyini və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Plenum qərarının mahiyyətindən irəli gələn hal odur ki, əgər yetkinlik yaşına çatmayan uşağa başqa əsasla ödənilən daha əvvəl müəyyən olunmuş aliment mövcuddursa ödənilən aliment məbləğinin dəyişdirilməsinə səbəb olan yeni məhkəmə qətnaməsi yalnız qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Belə ki, hazırki iş üzrə Babək Rayon Məhkəməsinin 2(079)-391/2014 nömrəli, xx.xx.2014-cu il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment alimentin tutulma qaydasının dəyişdirilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edildikdən indiyə qədər tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Babək Rayon Məhkəməsinin 2(079)-391/2014 nömrəli, xx.xx.2014cu il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, 08 iyul 2010-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulmaqla uşağın anası İddiaçı ödənilməli, Cavabdeh 30 (otuz) manat miqdarında rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Babək Rayon Məhkəməsinin 2(079)-391/2014 nömrəli, xx.xx.2014-cu il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. 08 iyul 2010-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulmaqla uşağın anası İddiaçı ödənilsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar