Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-457/2023 18.09.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “02” avqust 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(079)-173/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh tutulan alimentin miqdarının artırılaraq 17 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq Cavabdeh ilə 14 fevral 2014-cü il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olduqlarını, birgə nikahlarından 17 noyabr 2016-cı il təvəllüdlü X3 doğulduğunu, cavabdehlə aralarında yaranan mübahisələr nəticəsində Babək Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(079)-173/2019 nömrəli qətnaməsi ilə nikahlarının pozulduğunu, həmin məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək ananın yanında qalmasının müəyyən edildiyini, Cavabdeh 120 (bir yüz iyirmi) manat məbləğində alimentin tutularaq X1 üçün onun xeyrinə ödənilməsinin qət edildiyini, cavabdehin uşağa ödədiyi 120 (bir yüz iyirmi) manat məbləğində alimentin onun maddi tələbatını qarşılamağa yetmədiyini, uşaq elə yaş həddindədir ki, onun digər xərclərinə, müalicəsinə, məktəb ehtiyaclarını qarşılamağa pul lazım olduğunu, aldığı alimentin bu gün uşağının təminatını ödəmədiyini və tək qadın olaraq o, bunun öhdəsindən gəlməkdə çətinlik çəkdiyini, uşağa alimentin 2019-cu ildə kəsildiyini, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunduğunu, onların ailə büdcəsinə təsir etdiyini, bu səbəbdən də övladının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istədiyini, uşağın yaşı artdıqca xərclərinin də artdığını, onun artıq böyüdüyünü və ona görə də məsrəfləri yetərincə artdığını, bu gün 120 manatla uşağın təminatını ödəmək çox çətin olduğunu, cavabdehin hazırda kifayət qədər qazancı olduğunu, Cahan Ticarət Mərkəzində ticarətlə məşğul olduğunu və hazırda ailə qurmadığını, onun yeganə övladı da X5 olduğunu, bir uşağın saxlanılması üçün ayda 220 (iki yüz iyirmi) manat alimentin yetərli olacağını, cavabdehin də bu məbləği ödəmək imkanı olduğunu bildirmişdi. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, Ramil ilə 2014cü ildə ailə qurduğunu, nikahlarını isə həmin ilin fevral ayının 14-də rəsmiləşdirdiklərini, birgə nikahlarından bir uşaq dünyaya gəldiyini, 2019-cu il mart ayının 5-dən ayrıldıqlarını, həmin ilin iyul ayının 16-da boşandıqlarını, aralarında bağlanmış nikah pozulduqdan sonra birgə nikahlarından olan uşağın onun yanında qaldığını, məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən hər ay 120 manat məbləğində aliment tutulması müəyyən edildiyini, Ramilin hər ay vaxtı-vaxtında alimenti ödədiyini, aliment pulundan başqa cavabdehin təsadüfən uşağın digər xərclərində iştirak etdiyini, yəni ona 2 dəfə ad günündə hədiyyə aldığını, məhkəmə qətnaməsi ilə övladımın cavabdeh ilə həftədə bir dəfə görüşməsini müəyyən edildiyini, lakin buna baxmayaraq özünün uşaqla atasının görüşünə hər hansı müddət məhdudiyyəti qoymadığını, övladının bəzən 3, bəzən isə 10 gün atası ilə qaldığını, bəzən də elə olur ki, hər gün görüşdüklərini, boşanan zaman özünün işlədiyini, həmin vaxt 160 manat əmək haqqı aldığını, indi isə 466 manat əmək haqqı aldığını, lakin buna baxmayaraq hazırda hər bir əşyanın qiymətinin artdığını, hazırda nə özünün, nə cavabdehin ailə qurmadığını, yəni ailə vəziyyətlərində dəyişiklik baş vermədiyini, aliment təyin edilən vaxt övladının məktəbə getmədiyini, hazırda isə onun məktəbli olduğunu, özünün iş vaxtı uzadıldığından övladını səhərlər məktəbə aparsa da, onun dərsdən götürə bilmədiyini, bunu cavabdehə təklif etdiyini, Ramilin isə “işim var” deyərək bundan imtina etdiyini, buna görə də uşağın əlavə xərclərin yarandığını, övladının oxuduğu məktəb yaşadığı evə yaxın olsa da, nənəsinin səhhətində problem olduğundan onu dərsdən götürə bilmədiyini, Ramilin Cahan Ticarət Mərkəzində alverlə məşğul olduğunu, lakin onun qazancı və gəlirləri barəsində sübutunun olmadığını qeyd edərək yekunda məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddianı qismən qəbul etdiyini,Təranə ilə 2014-cü ildə ailə qurduğunu, onunla birgə nikahından bir uşağının dünyaya gəldiyini, 2019-cu ildə isə boşandıqlarını, birgə nikahlarından olan uşağın iddiaçı ilə qaldığını, məhkəmə qətnaməsi ilə öz razılığı əsasında iddiaçıya hər ay 120 manat aliment ödədiyini, Təranənin izahatında bildirdiklərinin əksəriyyətinin düzgün olmadığını, ona uşağın tələbatlarını ödəmək üçün 20 gündən bir övladının ona verilməsini istədiyini, lakin onun bunu etmədiyini, qışda 250 manat verib övladına bütün paltarları aldığını, uşağı məktəbə qoyanda isə ona övladının hansı məktəbə qoymasını müzakirə etməsini təklif etdiyini, lakin iddiaçının ondan xəbərsiz uşağı Naxçıvan şəhəri, 7 nömrəli orta məktəbə qoyduğunu, buna görə də, özünün acığa düşərək uşaq məktəbə gedəndə ona heç nə almadığını, amma bu il Təranəyə bazara gəlmələrini və uşağın məktəb xərclərini çəkilməsi üçün ona 300 manat verməyi təklif etdiyini, lakin onun yenə bunu etmədiyini, övladının alimentinin miqdarının artmalı olduğunu özünün də başa düşdüyünü, mediasiya xidmətində iddiaçıya 150 manat təklif etdiyini, daha sonra mediatorun israrı əsasında bunun 160 manata qaldırdığını, bundan artıq aliment verməyə gücünün çatmadığını, alverlə məşğul olsa da, bu gün bahalaşmaya görə alverin yaxşı olmadığını hər kəsin bildiyini, əgər iddiaçı övladına baxa bilmirsə onu özünə verməsini təklif etdiyini, uşaqdan silah kimi istifadə etməyə ehtiyac olmadığını qeyd etmişdir. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 14 fevral 2014-cü ildə nikah bağlanması, onların birgə nikahından X5 adlı ümumi uşağın olması, tərəflər arasında bağlanmış nikahın pozulması, bağlanmış nikahın pozulmasından sonra Babək Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(079)-173/2019 nömrəli qətnaməsi ilə onların birgə nikahından olan uşağın iddiaçının yanında qalması və onun saxlanılması üçün cavabdehdən hər ay 120 (bir yüz iyirmi) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(079)-173/2019 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 14 fevral 2014-cü ildə nikah bağlanması; - iddia ərizəsinə əlavə olunmuş və Babək rayonu, Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 753484 nömrəli, 05 dekabr 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 17 noyabr 2016-cı il tarixdə X4 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli, AZ-İ seriyalı, 221773 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(079)-173/2019 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından olan X3 iddiaçının yanında qalması və onun saxlanılması üçün cavabdehdən hər ay 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(079)-173/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(079)-173/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 220 (iki yüz iyirmi) manat məbləğində aliment tələb etməsi və cavabdehin bunu qəbul etməməsidir. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşağın saxlanılmaları üçün aliment sabit pul məbləğində müəyyən edilmişdi. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(079)-173/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. Tərəflərin məhkəmədə verdiyi izahatlarından Babək Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(079)-173/2019 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək onların ailə həyatında dəyişiklik baş verməməsi müəyyən edilir. Onların maddi vəziyyətində ciddi dəyişikliyin olmasına gəldikdə isə iddiaçı tərəf bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməyib. Əksinə iddiaçının məhkəmədə verdiyi izahatdan ötən müddət ərzində onun əmək haqqında artım müşahidə edilir. Digər diqqətəlayiq başqa maraqlar mövcudluğunun yoxlanılmasına gəldikdə isə iddiaçı tələbini uşağın böyüməsi, bununla bağlı onun tələbatlarının da artması, aliment məbləğinin övladının saxlanılmasına yetməməsi, aliment təyin edilən vaxt övladının təhsil almaması, lakin indi onun məktəbdə oxuması ilə əsaslandırmışdı. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X7 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Cavabdeh birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 220 (iki yüz iyirmi) manat sabit məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdi. Lakin uşağın təhsillə bağlı yaranmış ehtiyaclarını və iddiaçının bununla bağlı çəkdiyi xərci, həmçinin 2019-cu illə müqayisədə bu il üçün müəyyən edilmiş yaşayış ehtiyacını məhkəmə diqqətəlayiq başqa maraqlar kimi qəbul edərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi qismən əsaslı sayılmalıdır. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh isə məhkəmədə verdiyi izahatında mediasiya prosesində İddiaçı ilə birgə nikahından olan Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçıya 160 (bir yüz altmış) manat məbləğində aliment ödəməyə etirazının olmadığını bildirmişdi. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan İddiaçı Naxçıvan Şəhər Təhsil Şöbəsi musiqi rəhbəri vəzifəsində işləməsi və aylıq əmək haqının 478 manat olması, Cavabdeh vergi ödəyicisi kimi qeydə alınması və qadın geyimlərinin pərakəndə satışı ilə məşğul olması görünür. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq təhsili ilə bağlı yaranmış xərcləri, həmçinin cavabdehin alimentdən başqa onun digər xərclərində iştirakını, onun övladı ilə tez-tez görüşməsini, həmin vaxt onun tələbatlarının özü tərəfindən qarşılanmasını və onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cavabdehdən 165 (bir yüz altmış beş) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (220x12= 2640. 2640-(12x120)=1200). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (12x165=1980. 1980-(12x120)=540) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 14 (on dörd) manat, 40 (qırx) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(079)-173/2019 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 17 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 165 (bir yüz altmış beş) manat miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı ödənilməli; - iş üzrə Cavabdeh 14 (on dörd) manat, 40 (qırx) qəpik miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(079)-173/2019 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 17 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 165 (bir yüz altmış beş) manat miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 14 (on dörd) manat, 40 (qırx) qəpik miqdarında rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-457/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-457/2023
18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver