Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-463/2021 26.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında şifahi icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 17 sentyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 27 aprel 2020-ci il tarixli müqavilə üzrə Samsung markalı televizor üçün 817.20 (səkkiz yüz on yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 186 (bir yüz səksən altı) manat məbləğində dəbbə pulu, 26 iyul 2020-ci il tarixli müqavilə üzrə Samsung markalı soyuducu üçün 1543.30 (bir min beş yüz qırx üç manat, otuz qəpik) manat ödənilməmiş hissə, 241.20 (iki yüz qırx bir manat, iyirmi qəpik) manat məbləğində dəbbə pulu və 03 oktyabr 2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********23102 olan Samsung Galaxy A21s markalı telefon üçün 474.40 (dörd yüz yetmiş dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 3313.10 (üç min üç yüz on üç manat, on qəpik) manat borc və 30 (otuz) manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 27 aprel, 26 iyul və 03 oktyabr 2020-ci il tarixli müqavilələrə əsasən Samsung markalı televizor, soyuducu və İMEİ Kodu **********23102 olan Samsung Galaxy A21s markalı telefon almış və nəticədə 3313.10 (üç min üç yüz on üç manat, on qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, nəticədə 27 aprel 2020-ci il tarixli müqavilə üzrə alqısatqı qıyməti 1180 (bir min yüz səksən) manat (18 ay x 62.80 manat + 50 manat ilkin ödəniş) olan Samsung markalı televizor üçün ümumilikdə 1003.20 (bir min üç manat, iyirmi qəpik) manat, ondan 817.20 (səkkiz yüz on yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 186 (bir yüz səksən altı) manat məbləğində dəbbə pulu, 26 iyul 2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qıyməti 1610.40 (bir min altı yüz on manat, qırx qəpik) manat (24 ay x 67.10 manat) olan Samsung markalı soyuducu üçün ümumilikdə, 1784.50 (bir min yeddi yüz səksən dörd manat, əlli qəpik) manat olmaqla ondan, 1543.30 (bir min beş yüz qırx üç manat, otuz qəpik) manat ödənilməmiş hissə, 241.20 (iki yüz qırx bir manat, iyirmi qəpik) manat məbləğində dəbbə pulu, 03 oktyabr 2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 473.40 (dörd yüz yetmiş üç manat, qırx qəpik) manat, İMEİ Kodu **********23102 olan Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə 525.40 (beş yüz iyirmi beş manat, qırx qəpik) manat olmaqla ondan, 474.40 (dörd yüz yetmiş dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat məbləğində dəbbə borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 456.30 (dörd yüz əlli altı manat, otuz qəpik) manat təşkil etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru H.İsrafilzadə 22 oktyabr 2021-ci ildə teleqramla məhkəmə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını, iddia tələbini müdafiə etdiklərini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə qarşı olan tələbin hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki iş materiallarından aydın olur ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 490.1.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 27 aprel 2020-ci il tarixli, 20243215 nömrəli, 26 iyul 2020-ci il tarixli, 21041136 nömrəli və 03 oktyabr 2020-ci il tarixli 21223849 nömrəli alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilələr üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilələrin: - 2.2, 2.3 və 3.7-ci bəndlərindən aydın olur ki, müqavilənin predmeti təşkil edən mala dair məlumat və malın qiyməti həmin müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malları ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; - 2.4-cü bəndə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir; -2.5-ci bəndə görə müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri yerinə yetirildiyi təqdirdə mala mülkiyyət hüququ müştəriyə keçir; -2.6 və 2.7-ci bəndlərdə qeyd edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamı ilə mala mülkiyyət hüququ müştəriyə keçir. Müqavilənin əlavəsinə əsasən bütün ödəmələr mal müştərinin mülkiyyətinə keçənədək avans kimi qəbul edilir; -3.1 və 3.2-ci bəndlərin tələbinə görə müştəri müqavilənin şərtlərini pozduğu halda malı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə geri qaytarmalıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 3.1-ci bənddə müəyyən edilmiş qaydada qaytarılmış malın, həmçinin 3.15-ci bənddəki hala aid olan malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib müştərinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir; -3.11-ci bəndə əsasən müştəri 2.1-ci bənddə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öhdəliklərini pozarsa, hər hansı bir səbəbdən onu qaytararsa və ya başqa formada mala dəyişərsə, bu zaman güzəştli şərtlərlə (ödənişsiz) əldə etmiş olduğu malı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin malı müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə qeyd edilmiş dəyərini tam şəkildə ödəməlidir; - 4.3-cü bənd ilə müəyyən edilir ki, müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir ( bu bənd 27 aprel 2020-ci il tarixli, 20243215 nömrəli və 03 oktyabr 2020-ci il tarixli, 21223849 nömrəli müqavilələrə aiddir). - müqaviləyə edilmiş əlavələrin 2-ci, 3-cü və 5-ci bəndlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür. Müştəri ödəniş cədvəlinin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə malı geri qaytarır , bu zaman mal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özü və ya onun müəyyənləşdiriyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. Müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 aprel 2020-ci il tarixli 20243215 nömrəli müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 119 manat, 26 iyul 2020-ci il tarixli 21041136 nömrəli müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 162 manat və 03 oktyabr 2020-ci il tarixli 21223849 nömrəli müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 48 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Tərəflər arasında bağlanmış müqavilələrin ümumi mahiyyətindən görünür ki, onlar arasında olan razılığa əsasən iddiaçı müqavilələrdə nəzərdə tutulmuş malları cavabdehə verməli, sonuncu onların dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada ödəməli, malların dəyəri tam ödənilənədək onlardan istifadə hüququ cavabdehə, mülkiyyət hüququ isə iddiaçıya aid olmalıdır. Malların mülkiyyət hüququ yalnız onların tam dəyəri ödənildikdən sonra cavabdehə keçir və mülkiyyət hüququ ona keçənədək Cavabdeh tərəfindən onların dəyəri kimi ödənilmiş pullar avans kim qəbul edilir. Həmçinin müqavilə şərtlərindən o da müəyyən edilir ki, onun şərtləri pozulduğu halda mal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə saz və korlanmamış vəziyyətdə borclu tərəfindən ona geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin malı müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə qeyd edilmiş dəyərini tam şəkildə ödəməlidir. Sonuncu qeyd edilən müqavilə şərtindən görünür ki, iddiaçının Cavabdeh verdiyi malların dəyərini tam ödənilməsi tələb etməsi üçün ilkin olaraq cavabdehə verdiyi malı geri tələb etməli, sonuncu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan malları saz və korlanmamış vəziyyətdə geri qaytara bilmədikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh onların dəyərini tam ödənilməsini tələb etməlidir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə Cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqavilələri üzrə borclunun öz öhdəliyini icra etməməsini əsas gətirərək, cavabdehdən həmin müqavilə üzrə yaranmış borcun, yəni əmlakın dəyərinin tam ödənilməsini tələb etsə də, cavabdehdən 27 aprel 2020-ci il tarixli, 20243215 nömrəli, 26 iyul 2020-ci il tarixli, 21041136 nömrəli və 03 oktyabr 2020-ci il tarixli 21223849 nömrəli alqı-satqı müqavilələri üzrə ona verilmiş malların geri qaytarılması tələb etməsi və malların geri qaytarılmasının mümkünsüzlüyünü təsdiq edəcək sübut təqdim etməyib. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə baxılmasına imkan vermir və bu səbəbdən də iddia tələbi baxılmamış saxlanılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən Məcəllənin 260.2-ci maddəsinin, yəni “qərardadda həmin Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir” tələbini rəhbər tutan məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə bildirir ki, 27 aprel 2020-ci il tarixli, 20243215 nömrəli, 26 iyul 2020-ci il tarixli, 21041136 nömrəli və 03 oktyabr 2020-ci il tarixli 21223849 nömrəli alqı-satqı müqavilələri üzrə Cavabdeh verilmiş malın geri qaytarılması tələb etdikdən və həmin malların geri qaytarılmasının mümkünsüzlüyü müəyyən edildikdən sonra yenidən iddia tələbi ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 08 sentyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 08 sentyabr 2021-ci il tarixli, 808695791nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-463/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-463/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver