Məhkəmə qərarları › İş №2(079)-477/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-477/2024

12.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-477/2024 12.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçı X1 vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: X3 vəkili-nümayəndəsi vasitəsi ilə 01 iyul 2024-cü il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5500 (beş min beş yüz) manat pulun və 75 (yetmiş beş)manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələbi əsaslandıraraq qeyd etmişdi ki, X1 dediklərinə əsasən əvvəlcədən tanıdığı Babək rayonu, Yarımca kənd sakini Cavabdeh pul lazım olduğundan Zeynəbdən borc olaraq pul istəmiş, iddiaçı 2021-ci il tarixində 2700 manat pulu Kapital Bankdan götürüb Cavabdeh verdiyini, sonuncunun həmin pulun 700 manatını qaytarmaqla, 2000 manat borclu qaldığını, əlavə olaraq 500 manat, 300 manat, 200 manat, 1500 manat, 700 manat və 300 manat olmaqla ümumilikdə 5500 manat pulu borc olaraq Eminə verdiyini bildirmiş, lakin cavabdehin bu günədək həmin 5500 manat pulu qaytarmadığını, bu barədə aralarında səs yazısının olduğunu və qarşı tərəf Eminin həmin borcu etiraf etdiyini bildirmişdir. Emin Zeynəbdən aldığı 5500 manat pulu etiraf etsə də hələ bu günədək pulu qaytarmayıb. Pulun alınması ilə bağlı 17 aprel 2024-cü il tarixli pretenziya məktubu yazaraq tərəfin ünvanına göndərilmiş, lakin o, bu barədə heç bir hərəkət etməmişdi. Əlavə olaraq iddiaçı X3 ilə Cavabdeh arasında telefon danışığı olub. Telefon danışığında borclu olduğunu etiraf edir. CD sübut olaraq iddia ərizəsinə əlavə olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İddiaçının vəkil-nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, bildiyinə görə tərəflər arasında qohumluq münasibətlərinin olduğunu, iddiaçının bildirməsinə görə onun Kapital Bankdan 2700 manat məbləğində kredit götürüb onu Eminə verdiyini, cavabdehin həmin pulun 700 manat hissəsini qaytardığını, qalan hissəni isə ödəmədiyini, kredit iddiaçının adına götürüldüyündən Zeynəbin özü tərəfindən həmin borcun ödənildiyini, bundan başqa iddiaçının cavabdehə müxtəlif vaxtlarda 500,300,200,1500,700 və 300 manat olmaqla 3500 manat əlavə pul verdiyini, dəfələrlə borcunu Emindən istəsə də onun borcu verməkdən boyun qaçırdığını, bununla bağlı tərəflər arasında telefon danışığı olduğunu, bir dəfə həmin danışıqlar zamanı özünün də orada iştirak etdiyini, cavabdehin borcunu qəbul etdiyini, lazım olarsa bunu məhkəmədə bildirəcəyini dediyini, bununla bağlı iddiaçının məhkəməyə səs yazısı təqdim etdiyini qeyd edərək, yekunda tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, Zeynəbin onun əmisinin arvadı olduğunu, əmisinin ölümündən sonra onlar arasında yaxın münasibət yarandığını, özünün 9 il Zeynəbi saxladığını, bunu bütün qohuməqrəbaların bildiyini, onun bütün işlərini özünün gördüyünü, dövlət tərəfindən iddiaçıya inək veriləcəyindən və Zeynəbin onu saxlamaq üçün tövləsi olmadığından iddiaçının bankdan 2700 manat məbləğində kredit götürdüyünü, həmin məbləğin 2000 manatını ona verərək tövlə tikməsini istədiyini, 700 manatını isə özündə saxladığını, daha sonra özünün həmin pulla qum, sement, pirket alaraq onun həyətində müəyyən işlər gördüyünü, hasar tikdiyini, daha sonra tayfalar arasında mübahisə yarandığından və iddiaçının oğlu müəyyən narahatçılıq yaratdığından Zeynəbin bankdan götürdüyü 700 manat pulun 600 manat hissəsini də ona verərək oğlunun həmin pulu götürməsindən qorxduğunu ona dediyini, Zeynəbin 1 ildir ki, onunla düşmənçilik etdiyini, dəfələrlə ona “pul cibimdə, gəl gedək borcu bağlayaq” dediyini, lakin iddiaçının gəlmədiyini, məhkəməyə təqdim olunmuş səs yazısında adı keçən Dostəli adlı şəxsin öz qardaşı olduğunu, həmin səs yazısında 4000 manat borc olmasını etiraf etsə də, əslində ona borcunun olmadığını özünün də ona pul xərclədiyini və iddiaçının öz istəyi əsasında ona yaxınlıq etdiyini bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, iddiaçı X3 ilə Cavabdeh arasında qohumluq münasibətlərinin olması, iddiaçının bankdan kredit götürərək cavabdehə 2600 manat məbləğində pul verməsi işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması işdə iştirak edən şəxslərin izahatları ilə təsdiq olunur. İddiaçının tələbi isə Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində pulun alınmasıdır. İddiaçının tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək aşağıdakıları bildirir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, X3 ilə Cavabdeh arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdu. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 6.2-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.1 və 76.2-ci maddələr). Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçı tələbini cavabdehə borc verməsi ilə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilənin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya); - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya). Məhkəmə bildirir ki, hazırda iddiaçının tələbinin ümumi həcmi 5500 (beş min beş yüz) manat olsa da, işin məhkəmədə araşdırılmasından X1 Cavabdeh bir dəfəyə 3000 (üç min) manat məbləğindən cox pul verməsi müəyyən edilmir. İddia tələbindən və məhkəmədə araşdırılmış sübutlardan iddia tələbinin əsaslı sayılmış hissəsi ilə bağlı müəyyən edilən məbləğin müxtəlif vaxtlarda və vahid niyyətlə əhatə olunmayan, yəni müxtəlif iradə ifadələrinin nəticəsi əsasında cavabdehə verilməsi aydın olir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin məzmunundan aydın olur ki, borc müqaviləsi üzrə müqavilə tərəflərinin əsas öhdəliyi, yəni borc verənin öhdəliyi pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirmək, borc alanın öhdəliyi isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmaqdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hazırda baxılan iddia tələbi üzrə iddiaçının tələb etdiyi miqdarda pul məbləğini Cavabdeh verməsi öz təsdiqini tapdıqdan sonra, sonuncunun onu təkzib etmək hüququ yaranır. Yəni ilkin olaraq X3 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini Cavabdeh verməsini sübut etməli və həmin fakt öz təsdiqini tapdıqdan sonra Cavabdeh iddiaçıya borcunun olmamasını və ya onu ödəməsini sübut etməli idi. Sözü gedən faktların müəyyən edilməsi üçün məhkəmənin istifadə etdiyi əsas sübutlar X3 tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş audio yazı və cavabdehin məhkəmədə verdiyi izahatıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş üzərində BİNGO CD-R 2X 56X, 700MB/80 min əks olunmuş, SƏS (qara qələmlə) sözləri yazılmış 01 (bir) ədəd kompakt diskdə olan səs yazısından iddiaçının cavabdehə pul verməsi öz təsdiqini tapır. Elə cavabdeh də məhkəmədə verdiyi izahatında iddiaçının Kapital Bankdan 2700 (iki min yeddi yüz) manat məbləğində kredit əldə etməsini, həmin məbləğin 2600 (iki min altı yüz) manat hissəsini ona verməsini inkar etmir. Bundan başqa işdə iştirak edən şəxslərin iştirakı ilə məhkəmədə araşdırılmış və iddiaçı tərəfindən təqdim edilmiş səs yazısından aydın olur ki, həmin kompakt diskdə olan səs yazısı iddiaçı ilə cavabdeh arasında olan telefon danışığından ibarətdir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçının inək almaq üçün tövlə tikmək istədiyini və buna görə bankdan kredit götürdüyünü bildirsə də, onlar arasında aparılmış telefon danışığı zamanı yazılmış səs yazısından inəyi iddiaçının yox, cavabdehin alması müəyyən edilir. Həmçinin cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçıya borcunun olmadığını bildirsə də, həm məhkəmədə verdiyi izahatında, həm təqdim edilən səs yazısında onun X2 “pul cibimdə, gəl gedək borcu bağlayaq” deməsi aydın olur. Bu birbaşa olmasa da, dolayı yolla onun iddiaçıya borcunun olmasını təsdiq edir. Baxılan mübahisə üzrə isə əhəmiyyətli sayılacaq əsas fakt isə tərəflər arasında olan telefon danışığı zamanı iddiaçının cavabdehdən ona 4000 (dörd min) manat məbləğində borcunun olub-olmamasını soruşması, sonuncunun isə ona təsdiq cavabı verməsi (danışığın 04-cü dəqiqə 25-ci saniyəsindən 04-cü dəqiqə 52-ci saniyəsinədək olan müddət), daha sonra isə həmin pulun 2000-3000 manat hissəsinin xərcləyib, yerə sürtdüyünü, pulun onda olduğunu (danışığın 09-cu dəqiqə 05-ci saniyəsindən 09-cu dəqiqə 42-ci saniyəsinədək olan müddət) bildirməsi və iddiaçının ona pulu bankdan götürüb şəxsən ona verməsini qeyd etməsidir (10-cu dəqiqə 42-ci saniyəsindən 10-cu dəqiqə 58-ci saniyəsinədək olan müddət . Bu fakt iddiaçının cavabdehə olan tələbinin əsaslığının həcminə təsir etməklə yanaşı, X3 tərəfindən Cavabdeh 4000 (dörd min) manat məbləğində borc verməsini və cavabdehin həmin pulu qaytarmamasını təsdiq edir. İddiaçı tərəf Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində pul tələb etsə də, işin məhkəmədə araşdırılmasından X1 Cavabdeh həmin məbləğdə deyil, 4000 manat məbləğində pul verməsi sübuta yetirilir. İddiaçı tərəfin təqdim etdiyi və cavabdehin xəbəri olmadan yazılmış telefon danışığı ilə bağlı səs yazısının sübut kimi qəbuledilənliyi ilə bağlı bildirilir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında Plenum göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Cavabdehin iddia tələbinin təkzib edilməsi məsələsinə gəldikdə isə o, iddiaçıdan aldığı pulu X1 ehtiyacları üçün xərclədiyini bildirsə də, bu təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdi. Bu isə onun X2 qarşı öz öhdəliyini icra etmədiyi sübuta yetirir. Cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə araşdırılmış sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.1-ci və 427.4-cü maddələri ilə müəyyən edilir ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; - 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir; -439.1-ci maddəsinin tələbinə görə pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. -442-ci maddəsində qeyd edilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 60 (altmış) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - Cavabdeh 4000 (dörd min) manat məbləğində pul alınaraq X2 verilməli; -həmçinin Cavabdeh 60 (altmış) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul alınaraq X2 verilsin. Həmçinin Cavabdeh 60 (altmış) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar