Məhkəmə qərarları › İş №2(079)-49/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-49/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-49/2023 01.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı “19” dekabr 2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 borclu olduğu 4040 (dörd min qırx) manat məbləğində pul vəsaitinin və ödədiyi 62.50 manat (altmış iki manat əlli qəpik) dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Culfa rayonu Culfa şəhəri, M.Hüseynzadə küçəsində yaşadığım evin yaxınlığında yerləşən özümə məxsus “Özcan” pərakəndə satış mağazasında qızıl satışı ilə məşğul oluram, fərdi sahibkaram. Əksəriyyət vaxtlarda nağd alqı-satqı ilə məşğul olsaq da tanıdığımız şəxslərə həmçinin yazılı və ya şifahi nisyə alqı-satqı müqaviləsi əsasında qızıl satıram. 21 iyun 2022-ci il tarixdə Culfa şəhəri Qarışıq Mallar mağazasında satıcı kimi işləyən, uzaq qohum olduğum Cavabdeh2 mağazaya tanımadığım bir şəxslə gəldi. Yanındakı şəxsin Cavabdeh1 olduğunu, onunla ailə qurmağa hazırlaşdıqlarını, onun N nömrəli hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq işlədiyini bildirdi. Nail özünün Babək rayonu, Gülşənabad kənd sakini olduğunu, Məhəbbət ilə ailə qurmağa hazırlaşdıqlarını və qızıl almaq istədiyini, lakin bunun üçün nağd pulunun olmadığını bildirdi. Həmçinin aylıq əmək haqqının 1000 manatdan artıq olduğunu və nisyə satacağı halda hissə-hissə ödəyə biləcəyini bildirdi. Daha sonra Cavabdeh1 1 ədəd üzük, 1 ədəd sırğa, 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət komplekti bəyəndi və almaq istədiyini bildirdi. 2490 manat dəyərində olan komplekt 585 əyar olmaqla türkiyə istehsalı idi. Həmin dəsti hər ay 300 manat olmaqla nisyə sata biləcəyimi bildirdim, Nail isə bununla razılaşmadı və yeni ailə quracaqlarından ehtiyaclarının çox olduğunu və hər ay 150 manat ödəyə biləcəyini bildirdi. Məhəbbətin alqı-satqıya zamin durubdurmadığını soruşdum, o, isə problem olmayacağını bildirdi. Məhəbbətə görə bununla razılaşdım. İlkin olaraq Nail həmin gün 150 manat pul ödədi. Aramızda isə hər hansı yazılı müqavilə bağlamadıq. Daha sonra xx.xx.2022-ci il tarixdə yenidən Məhəbbət və Nail mağazaya gəldilər və qızıl almaq istədiklərini bildirdilər. Qızıllara baxıb 585 əyar Türkiyə istehsalı olan qızıl boyunbağını bəyənib almaq istədiklərini bildirdilər. Mən isə onlara daha digər komplektin aylıq ödənişini etmədiklərini, yenidən onlara nisyə qızıl verə bilməyəcəyimi bildirdim. Lakin israr edərək hər ay iki qızıla birlikdə 300 manat ödəyəcəklərinə dair söz verdikdən sonra Məhəbbətə xatir qızıl boyunbağını da verdim. 1700 manat qiymətində boyunbağını da aylıq hissəhissə ödəmə şərtilə razılaşdıq. Həmin gün mənə heç bir ödəniş etmədilər. Fərdi sahibkar olduğumdan VÖEN-in nömrəsinin və ad, soyad və ata adımın qeyd olunduğu möhürlə təsdiq etdiyim ayın tarixi yazılmış vərəqdə ilk dəfə “2490- 150=2340 manat”, “150 m”, ikinci dəfə isə “ay 100 m”, “1700” sözləri yazılmış vərəqi Nailə verdim, bir nüsxəsini isə özümdə saxladım. Bir qayda olaraq həmin vərəqlərdə hər ay ödəniş edildikcə qeydlər aparırıq, lakin Nail daha sonra heç bir ödəniş etmədiyindən tərtib edildikdən sonra həmin vərəqlərdə daha sonra heç bir qeyd aparılmamışdır. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları təsdiq edən sübutlar siyahısına xx.xx.2022 və xx.xx.2022-ci il tarixli satışa dair qeydlərim daxildir. Ümumilikdə Cavabdeh1 mənə 21,06.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli şifahi alqı-satqı müqavilələri üzrə 2340+1700 manat olmaqla 4040 manat məbləğində borcu vardır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmuşdur. 22 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarında razılığa gəldiklərini bildirmişlər, məhkəmədən razılığa gəldikləri aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: 1.1 Cavabdeh1 Heydər oğlu İddiaçı qərardad qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi gündən 2424 (iki min dörd yüz iyirmi dörd) manat pulu bərabər hissələrlə 12 (on iki) ay müddətində hər ay 202 (iki yüz iki) manat olmaqla hissə-hissə ödənilməsi öhdəliyini üzərinə götürür. 1.2 Cavabdeh2 İddiaçı qərardad qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi gündən 1000 (bir min) manat pulu bərabər hissələrlə 10 (on) ay müddətində hər ay 100 (bir yüz) manat olmaqla hissə-hissə ödənilməsi öhdəliyini üzərinə götürür. 1.3 Tərəflər aralarında olan 4040 (dörd min qırx) manat pul tələbinə dair mübahisə ilə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir tələblərinin olmayacağı barədə razılığa gəlirlər. 1.4 Tərəflər razılaşırlar ki, bu sazişin tələbləri hər bir tərəfdən tam icra edildikdən sonra bir-birlərinə qarşı heç bir iddiaları qalmır. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 22 fevral 2023cü il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. MPM-in 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən xx.xx.2022-ci il tarixli, 30331 nömrəli qəbzlə "xxxx" ASC-nin Babək filialına ödənilmiş 62.50 manat (altmış iki manat əlli qəpik) məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 22 fevral 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh1 Heydər oğlu İddiaçı qərardad qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi gündən 2424 (iki min dörd yüz iyirmi dörd) manat pulu bərabər hissələrlə 12 (on iki) ay müddətində hər ay 202 (iki yüz iki) manat olmaqla hissə-hissə ödənilməsi öhdəliyini üzərinə götürür.

2. Cavabdeh2 İddiaçı qərardad qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi gündən 1000 (bir min) manat pulu bərabər hissələrlə 10 (on) ay müddətində hər ay 100 (bir yüz) manat olmaqla hissə-hissə ödənilməsi öhdəliyini üzərinə götürür.

3. Tərəflər aralarında olan 4040 (dörd min qırx) manat pul tələbinə dair mübahisə ilə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir tələblərinin olmayacağı barədə razılığa gəlirlər.

4. Tərəflər razılaşırlar ki, bu sazişin tələbləri hər bir tərəfdən tam icra edildikdən sonra bir-birlərinə qarşı heç bir tələbləri qalmır. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. İddiaçı tərəfindən iddia qaldırılarkən xx.xx.2022-ci il tarixli, 30331 nömrəli qəbzlə "xxxx" ASC-nin Babək filialına ödənilmiş 62.50 manat (altmış iki manat əlli qəpik) məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar