Məhkəmə qərarları › İş №2(079)-518/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-518/2024

25.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-518/2024 25.07.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı pul tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı «24» iyul 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əvvəlcədən ödədiyi 24500 manat, şərik görülən işlərə görə çəkdiyi xərclərin yarısı olan 8577.5 manat və ödədiyi 189.23 manat olmaqla, ümumilikdə 33266.73 (otuz üç min iki altmış altı manat 73 qəpik) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 27 oktyabr 2020-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mənim ona borcumun olduğunu iddia etmişdir. 05 mart 2021-ci ildə Naxçıvan MR Kommersiya Məhkəməsi işa baxaraq iddianı təmin etmiş və 49 653,45 (qırx doqquz min altı yüz əlli üç manat qırx beş qəpik) pulun məndən alınaraq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul etmişdir. Mən həmin məbləği ödəmişəm və qətnamə üzrə öhdəliyimi tam yerinə yetirmişəm. Lakin bildirmək istəyirəm ki, cavabdeh olan 49 653,45 məbləğində pulun ayrı-ayrı olmaqla 6500 (altı min beş yüz) və 18 000 (on səkkiz min) manat olmaqla, ümumilikdə 24 500 (iyimi dörd min beş vüz) manatını əvvəlcədən ona ödəmişdim və aramızda olan razılaşmalar və sənədlər də bunu təsdiq edir. Eyni zamanda bağda inşa edilən kupelər və yerləşdirilmiş daşınar əşyalar üçün 17 155 manatı Cavabdeh ilə yarı-yarıya qoyaraq şərik görmüşük. Fikirləşirəm ki, bu pulun yarısı, yəni 8 577,5 (səkkiz min beş yüz yetmiş yeddi manat əlli qəpik) pul məndən alınmalı idi. Naxçıvan MR Kommersiya Məhkəməsi işə baxarkan bu halları nəzərə almamış və hüquqi qiymət verməyərək qətnamə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. MPM-in 153.2 və 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(123)-6/2021 nömrəli qətnaməsindən belə məlum olur ki, Cavabdeh Məhərrəm oğlunun İddiaçı qarşı pul tələbinə dair iddiası təmin olunmuş, cavabdeh İddiaçı 49.653.45 (qırx doqquz min altı yüz əlli üç manat qırx beş qəpik) pulun alınaraq iddiaçı X1 ödənilməsi qət edilmişdir. İddia ərizəsinin məzmunundan və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(123)-6/2021 nömrəli qətnaməsindən göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Hazırda isə həmin iş üzrə cavabdeh eyni tərəflər arasında eyni predmet barəsində olan mübahisə üzrə iddia tələbinə qarşı etirazlarının əsasını yeni iddia tələbində irəli sürmüşdür. MPM-in: - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. - 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cü maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı pul tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. MPM-in 114.1 və 114.1.2-ci maddələrinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda İddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 17121 nörməli qəbzlə ödədiyi 189.23 manat (bir yüz səksən doqquz manat iyirmi üç qəpik) miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanları və MPM-in 153.3, 153.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı pul tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 17121 nörməli qəbzlə ödədiyi 189.23 manat (bir yüz səksən doqquz manat iyirmi üç qəpik) miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar