Məhkəmə qərarları › İş №2(079)-53/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-53/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-53/2023 16.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı 23 dekabr 2022-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5700 (beş min yeddi yüz) manat borcun və iddia qaldırmaq üçün ödədiyi 77 (yetmiş yeddi) manat dövlət rüsumunun, ümumilikdə isə 5777 (beş min yeddi yüz yetmiş yeddi) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh 2022-ci ilin mart ayı mənə yaxınlaşaraq təcili olaraq pula ehtiyacı olduğunu bildirdi. Məndən 5700 manat pulu ona borca verməyimi məndən xahiş etdi. Mən öncədən Cavabdeh yaxından tanıyırdım, ailəvi get-gəlimiz var idi. Bu səbəbdən də ona inanıb öz adıma bankdan kredit çəkib qısa zamanda qaytarmaq şərti ilə ona verdim. Ülvi bildirdi ki, həmin ilin may ayının sonunda bütünlüklə ona borc şəklində verdiyim 5700 manat pulu özümə qaytaracaqdır. O, mənə olan borcu ilə bağlı notariusa gedib, 03 dekabr 2022-ci il tarixli razılıq ərizəsi də verdmişdir. Həmin ərizəyə əsasən bildirmişdir ki, 2022-ci ilin mart ayında ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı mənə, yəni X2 5700 manat məbləğində borc vermişdir. Mən həmin borcu 2022-ci ilin may ayında qaytaracağıma söz vermişdim, ancaq maddi vəziyyətimlə əlaqədar qaytara bilməmişəm. Aidiyyəti məhkəməyə müraciət edilməsinə etirazım yoxdur. Həmin ərizəni iddia ərizəmə əlavə edirəm. Dəfələrlə Ülvidən mənə borclu qaldığı 5700 (beş min yeddi yüz) manat pul borcunu geri qaytarmasını ondan tələb etsəm də cavabdeh bu günədək borcunu mənə qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə mənə ödəməli olduği borcunu geri verməkdən boyun qaçırdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməli, 5700 (beş min yeddi yüz) manat borc məbləğinin və 77 (yetmiş yeddi) manat dövlət rüsumunun cavabdehdən alınmaqla mənə verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. İddiaçı məhkəmədə verdiyi izahatında özünün cavabdehlə qohumluq əlaqələrinin olduğunu, həmçinin ailəvi olaraq bir-birlərinə gedib-gəldiklərini, 2022-ci ilin mart ayında Ülvinin ona 5700 manat borca ehtiyacının olduğunu bildirdiyini, həmçinin 2022-ci ilin may ayında atasının bankdan pul götürəcəyini və onun pulunu qaytaracağını cavabdehin ona bildirdiyini, özü Ülvinin çox istədiyindən cavabdehə 5700 manat borc verdiyini, lakin may ayının tamam olmasına baxmayaraq cavabdehin borcunu qaytarmadığını, özünün may ayında cavabdehlə birlikdə banka getdiyini, orada Ülvinin atasının banka borcu olması səbəbindən ona kredit verilə bilməyəcəyini dediklərini, daha sonra dəfələrlə cavabdehdən borcunu istədiyini, Ülvinin isə ona maddi imkanı olmadığından borcu qaytara bilmədiyini ona dediyini, cavabdehin səhlənkarlığı nəticəsində onun borcunu qaytarmadığını qeyd edərək, yekunda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında iddia tələbini qəbul etdiyini, özünün həqiqətən də iddiaçıdan borc götürdüyünü, maddi imkanına görə ödəniş edə bilmədiyini, düzgün iş görmədiyini iddiaçıya dediyini, sadəcə olaraq bankdan pul götürə bilmədiyindən iddiaçının borcunu qaytara bilmədiyini, kredit götürmək üçün atasının adından banka müraciət etdiyini, lakin bakdan kreditin onlara 3-4 aya veriləcəyini bildirdiklərini, əslində isə Elvinin bankdan pul götürüb ona verdiyini, özünün da iddiaçının əvəzindən Naxçıvan Banka pul ödəməli olduğunu, hər ay 460 manat əmək haqqı aldığını, kredit üçün isə hər ay 252 manat ödəniş etdiyini, ancaq 3-4 ay maddi vəziyyətimlə bağlı ödəniş edə bilmədiyini, bu səbəbdən də iddiaçının iş yerinə bankdan xəbərdarlıq məktubu getdiyini, özünün banka əvvəllər ödəniş etdiyini, özü banka borcu olduğundan kredit götürə bilmədiyini, borcla bağlı iddiaçıya notarial qaydada ərizə verdiyini bildirmişdi. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxslərin izahatını dinləyən məhkəmə müəyyən edir ki, İddiaçı Cavabdeh 5700 manat borc pul verməsi, Cavabdeh 13 dekabr 2022-ci il tarixdə Naxçıvan şəhər 1 saylı notariat ofisinə gedərək 5700 manat məbləğində borcun etirafı barədə iddiaçıya ərizə verməsişin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla öz təsdiqini tapır: -iddia ərizəsinə əlavə edilmiş və Naxçıvan şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli, 8İ-5202 reyestr nömrəli ərizədən İddiaçı ona 5700 manat borc verməsi, həmin borcu 2022-ci ilin may ayında qaytaracağına söz verməsi, ancaq maddi vəziyyəti ilə bağlı qaytara bilməməsi; - Cavabdeh iddiaçıya təqdim etdiyi və iş materiallarında olan ərizədən, həmçinin onun 24 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında verdiyi izahatından və 16 fevral 2023-cü ildə məhkəməyə təqdim etdiyi ərizədən iddia tələbini qəbul edərək, 5700 manat məbləğində borcun ondan tutularaq iddiaçıya qaytarılmasına etiraz etməməsi aydın olur. İddiaçının tələbinin hüquqi həllinə gəldikdə isə onu qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin bu nəticəyə gəlməsinə əsas isə Cavabdehnın iddia tələbini qəbul etməsidir. Məhkəmə İddiaçı Cavabdeh qarşı pul tələbinin cavabdeh tərəfindən etiraf edilməsi barədə ərizəni və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; -14.3-cü maddəsinin tələbinə görə məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər; - 52.2-ci maddəsində qeyd edilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə belə nəticəyə gəlir ki, iddianın cavabdeh tərəfindən etiraf olunmasının qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyil. Bu səbəbdən də, Cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf olunduğundan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 77 (yetmiş yeddi) manat miqdarında dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.4-cü maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; - iddianın verilməsi ilə bağlı ödənilmiş 77 (yetmiş yeddi) manat miqdarında dövlət rüsumu da cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın verilməsi ilə bağlı ödənilmiş 77 (yetmiş yeddi) manat miqdarında dövlət rüsumu da cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar