Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-533/2023 13.09.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı «13» sentyabr 2023-cü ildə məhkəmə əmri haqqında ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək X2 xx.xx.2022-ci ildə anadan olmuş X1 üçün hər aylıq əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin alınıb verilməsinə dair məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə ilə məhkəməyə müraciət etməli və onu MPM-in tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Ərizəni və ona əlavə edilmiş sənədləri məhkəmə əmri haqqında ərizəyə dair qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. MPM-in 278.1-ci maddəsinə əsasən məhkəməyə ərizə yazılı formada verilir. MPM-in 278.2 və 278.2.2-ci maddələrinə əsasən ərizədə kreditor haqqında məlumatlar, soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. MPM-in 278.2 və 278.2.3-cü maddələrinə əsasən ərizədə borclu haqqında məlumatlar soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. MPM-in 278.2 və 278.2.5-ci maddələrinə əsasən ərizədə həmçinin tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Eyni zamanda MPM-in 278.2 və 278.2.6-cı maddələrinə əsasən ərizədə göstərilməli olan ərizəyə əlavə edilən sənədlərin siyahısı düzgün göstərilməmişdir. Ərizəçinin məhkəməyə təqdim etdiyi sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edərkən müəyyən olur ki, o, yuxarıda qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və ərizəyə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə əsasən ərizəçinin adının ”Aysun” olmasına baxmayaraq ərizədə “Aysu” olaraq qeyd edilmişdir. Ərizəyə əlavə olunmasına yəni, ərizəçidə olmasına baxmayaraq ərizəçinin eyniləşdirmə məlumatları - şəxsiyyət vəsiqəsinin nömrəsi ərizədə göstərilməmişdir. Eyni zamanda borclu qrafasında “X5” qeyd edilmiş, eyniləşdirmə məlumatları - şəxsiyyət vəsiqəsinin nömrəsi də ərizədə göstərilmədiyindən borclunun eyniləşdirilməsi mümkün olmamışdır. Ərizənin nəticə hissəsində isə saxlanılması üçün aliment tələb edilən uşağın soyadı “İsmayılova” əvəzinə “İsmaılova” olaraq göstərilmişdir. Eyni zamanda ərizənin məzmununda tələbin əsaslılığını təsdiq edən sənədlərə istinad olunmamışdır. Yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, MPM-in 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Ərizə geri qaytarılmalı olduğundan İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları və MPM-in 278.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmə qərarları › İş №2(079)-533/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-533/2023
13.09.2023 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver