Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-534/2025 26.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 3000 (üç min) manat məbləğində pulun və iş üzrə ödəmiş olduğu 50 manat dövlət rüsumu olmaqla ümumilikdə 3050 (üç min əlli) manat məbləğində pulun alınaraq ona verilinəsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Babək rayonu, Güznüt kənd sakini Cavabdeh ilə bacanaq kimi qohumluq münasibətlərimiz var. Biz 23 iyul 2025-ci il tarixdə belə bir razılığa gəldik ki, mən Yaquba dəyəri 2500 (iki min beş yüz) manat olan 1 baş qısır inək və üstündə 500 (beş yüz) manat pul verim, o isə bunun qarşılığında mənə 1 baş yanında 7 aylıq erkək buzovu və qarnında balası olan inəyi gündəlik 9 litr süd vermək adı ilə mənə verdi və mən inəyi gətirib 3 gün saxladım, lakin inək gündəlik 9 litr süd yox, 3 litr süd verdiyini görüb, Yaqubun məni aldatdığını bilib, 3 gün sonra Yaquba bir neçə dəfə zəng vurdum ki gəl 1 bir baş inəyini buzovu ilə birlikdə apar, mənimsə 1 baş inəyimi və üstündə vermiş olduğum 500 manat pulu qaytar. Yaqub gəlmədiyi üçün mən inəyi balası ilə birlikdə oğluma verdim, aparıb Yaquba təhvil verdi. Həmin vaxt Yaqub mənə zəng edərək təhqir edib, inəyə 2000 manatdan artıq pul verməyəcəyini deyərək telefonu üzümə söndürdü. Baxmayaraq ki, mən Yaqubun malını qaytarıb vermişəm, lakin o bu günə kimi nə mənim malımı, nə də ki, pulumu qaytarmır. Bu səbəbdən də mən məcbur qalıb Babək rayon Polis İdarəsinə şikayət etdim. Yaqub Babək rayon Polis İdarəsində məndən 1 baş iribuynuzlu inək və 500 manat pul aldığını izahatında etiraf etsə də qaytarmaq istəmədiyindən polis məsələnin mülki mübahisə olduğunu bildirib, məhkəməyə müraciət etməyimi tövsiyyə etdi. Göründüyü kimi Cavabdeh borcu qaytarmaq niyyəti yoxdur. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etməli oluram. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə cavabdehin ona olan 3000 manat borcunu tam ödədiyindən iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını, eyni zamanda üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi nəzərə alınmaqla iclasın iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəsatəti ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsi ilə 30 iyul 2025-ci il tarixli, 3450 nömrəli (GPP qəbz nömrəsi: **********) qəbzlə ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsi ilə 30 iyul 2025-ci il tarixli, 3450 nömrəli (GPP qəbz nömrəsi: **********) qəbzlə ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-534/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-534/2025
26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver