Məhkəmə qərarları › İş №2(079)-546/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-546/2023

18.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-546/2023 18.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı 19 sentyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 560 (beş yüz atmış) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, cavabdeh X2 ilə şifahi alqı-satqı müqaviləsi bağlayaraq 1300 manat dəyərində olan "İphone 11 pro max” markalı telefon satmışam. Cavabdeh almış olduğu telefonun ödənişini 25 dekabr 2022-ci il tarixə kimi qaytarmağa söz vermişdir. Lakin 1300 manat puldan 740 manat ödəmiş yerdə qalan pulu isə dəftərlərlə özü və atası ilə danişib borcu ödəməsini tələb etsəm də, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Ödəməməsinə səbəb kimi işdən çıxarıldığını, bu günə, sabaha ödəniş edəcəyini deyirdi, lakin 560 manatdan heç bir ödəniş etməmişdir. İddia ərizəsi “20” sentyabr 2023-cü il tarixli qərardadla məhkəmənin icraata qəbul edilmiş və mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilmişdir. İddiaçı 17 oktyabr 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaltmış, yəni iddia ərizəsində texniki səhvliklə cavabdehdən 560 (beş yüz atmış) manat məbləğində pulun verilməsini göstərdiyini, bu səbəbdən də işə Cavabdeh 460 (dörd yüz atmış) manat məbləğində pulun alınması kimi baxılmasını xahiş etmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbini nəzərə alan məhkəmə iddia tələbinə dəyişdirilmiş elementlər nəzərə alınmaqla baxılmasını qərara almışdı. Mülki iş üzrə “18” dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 460 (dörd yüz atmış) manat məbləğində pulun alınması ilə bağlı razılığa gəldiyini, yəni cavabdehin həmin borcu 4-5 ay ərzində hər ayın sonu 100 (bir yüz) manat olmaqla ona ödəməsini öhdəsinə götürdüyünü qeyd edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması məhkəmədən xahiş etmişdi. Məhkəmə iddiaçıların vəsatətini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırkı vəziyyətdə isə işin məhkəmədə baxılmasına hazırlıq ərəfəsində İddiaçı iddia ərizənin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Çünki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələri ilə müəyyən olunur ki, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, iddia qaldırarkən İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 03 avqust 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu onlara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia qaldırarkən İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 03 avqust 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu onlara geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar