Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-573/2025 24.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı və Şahid iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 11200(on bir min iki yüz) manat pulu alınaraq mənə ödənilməsi, iş üzrə ödəniş etdiyim 123.60 (bir yüz iyirmi üç manat altmış qəpik) dövlət rüsumunu cavabdehdən alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, mən İddiaçı uzun müddədir ki Cavabdeh ilə malheyvan alveri ilə məşğuluq. Qəssab yoldaşım Şahid məxsus 75BX115 nömrəli, QAZEL markalı dövlət qetdiyyat nişanlı avtomobili ilə Naxçıvan MR rayon və kəndlərinə gedib vətəndaşlarda heyvan alıb üstünə beş-on manat qoyub sataraq ailəmi dolandırırıram. 2019-cu ildə Cavabdeh iki baş iri buynuzlu inək yanlarında isə balaları olmaqla hər birini 1200 (bir min iki yüz) manata,ikisinə isə 2400 (iki min dörd yüz) manata və 39 baş xırda buynuzlu heyvanları,hər birini 160 (bir yüz altmış) manata cəmisi 6240 (altı min iki yüz qırx) manata, həmin puldan cəmi 40 (qırx) manat qaytarıb.Bundan başqa isə 5 baş xırda buynuzlu heyvanları isə hər birini 100 (bir yüz) manatdan bir vaxt vermişəm 500 manata, bir baş iri buynuzlu ətlik düyəni 1800 (bir min səkkiz yüz) manata nisyə vermişəm. Bundan başqa qeyd edim ki, digər qəssab yoldaşım Şahid ilə şərik mal-heyvan alveri edərkən Cavabdeh nisyə verdiyim mal-heyvanlardan mənə qazanc qalan 1000 (bir min) manat puldan 700 (yeddi yüz) manat qaytarıb. 300 (üç yüz) manatı bu günədək qalır. Həmin vaxtdanda bu günədək ödəniş etməyib. Yuxarıda qeyd olunan mal-heyvanları qəssab yoldaşım Naxçıvan şəhəri Əliabad qəsəbəsi, döngə 1, ev 51A qeydiyyatında olan Şahid məxsus 75BX115 nömrəli, QAZEL markalı dövlət qetdiyyat nişanlı avtomobili ilə Naxçıvan MR rayon və kəndlərinə gedib bəzi vaxtlarda nağd pul verib, bəzi vaxtlarda isə nisyə alaraq Cavabdeh nisyə vermişəm. Hazırda Cavabdeh mənə 11200 (on bir min iki yüz) manat pul borcu var. Özünə bir neçə dəfə demişəm deyir verəcəm narahat olma, bu gün sabah edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin xırda məbləğdə pullar borclu olduğunu, cavabdehin uşaqları xatirinə keçdiyini və həmin pulları tələb etmədiyini, həmçinin cavabdehin oğlunun toyunda ət, kəllə və dırnaq verdiyini, onların da pulunu istəmədiyini, Şahid bütün alqı-satqı zamanı iştirak etdiyini, yalnız Vüsala 500 manata satdığı qoyunların alqı-satqısında iştirak etmədiyini, Vüsala biri 160 manatdan olmaqla ümumilikdə 6240 manat dəyərində 39 baş heyvan, biri 1200 manat olmaqla ümumilikdə 2400 manat dəyərində 2 inək, 1800 manata bir qısır düyə, 5 qoyun satdığını, əlavə olaraq Əkbərdən alıb Vüsala satdığı mal-heyvandan 300 manat borcunun yarandığını, 1000 manat verməli olduğu halda 700 manat verdiyini və 300 manat ona borclu qaldığını, əvvəllər də Vüsalla aralarında bu qaydada alqı-satqının olduğunu və Vüsalın satdığı malheyvanın qazancından da əlavə olaraq ona verdiyini, ümumiyyətlə isə başqa şəxslərdən heyvan alıb üzərinə pul qoyub Vüsala satdığını, Vüsalın da həmin heyvanları satdıqdan sonra borcunu qaytardığını, cavabdehin ona satılan heyvanların borcundan 1 manat belə ödəmədiyini, borcunu ödəyəcəyini bildirsə də heç bir ödəniş etmədiyini, bütün alqı-satqının 2019-cu ildə 2-3 ay ərzində baş tutduğunu, cavabdeh Türkiyə Respublikasına qaçıb gedənədək aralarında alqı-satqının davam etdiyini, Vüsalın isə “bu gün sabah borcunu ödəyəcəyəm” deyib bəhanələr gətirib indiyədək borcunu ödəmədiyini, həmin vaxtadək borcunu tələb etdiyini, indi isə ölkə xaricində olduğunu, bununla bağlı anasının, qardaşının və bacısının yaşadığı evlərə də getdiyini, anasının isə “Gedin, zəng vuracağam, heç olmasa aylıq 300-400 manat pul atsın” dediyini, buna belə razı olduğunu amma əməl etmədiklərini, cavabdehlə aralarında borcla bağlı hər hansı yazılı yazışmanın olmadığını və borc kağızı almadığını bildirmişdir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində Salmanın mal-heyvanı Vüsala satmasına şahid olduğunu, belə ki, özünün “Qazel” markalı və **-BX-*** nömrəli dövlət qeydiyyat nişanlı yük maşını olduğunu və bir neçə dəfə Salmanın heyvanlarını öz maşınına yığıb Vüsalın fermasına aparıb boşaltdıqlarını, Babək rayonu, Şıxmahmud kəndindən Salmanın tövləsindən mal-heyvanı onun maşınına yığıb Cavabdeh fermasına apardıqlarını, həmin vaxt orada özü, Vüsal, Salman və Şahin Yusifovun olduğunu, Salmanın Vüsalla danışıb heyvanları ona satdığını və Vüsalın heyvanların pulunu 2-3 ay ərzində Salmana qaytaracağı barədə razılığa gəldiklərini, Vüsal və Salmanın mal-heyvanın alqı-satqısını etdiklərini, satılan heyvanları özünün və qonşunun qazelinə yığıb apardıqlarını, ilk dəfə heyvanları Babək rayonu Şıxmahmud kəndində Salman Avbdullayevin tövləsindən onun və Şahin Yusifovun qazelinə yığıb Cavabdeh Arazdəyəndə yerləşən fermasına aparıb oraya boşaltdıqlarını, həmin vaxt 39 ya da 41 baş xırdabuynuzlu heyvan apardıqlarını, onların heyvanların qiymətini neçədən razılalaşdığını bilmədiyini, həmin vaxt və ya daha sonra Vüsalın Salmana pul vəsaiti verdiyini görmədiyini, Vüsalın Salmanın qapısından mal heyvanı alıb apardığını, buna şahidlik etdiyini, ikinci dəfə Salmanın Vüsala 2 yanı balalı inək satdığını, Vüsalın inəkləri Salmanın atasının Babək rayonu Şıxmahmud kəndində yerləşən həyətindən apardığını, həmin inəkləri də onun qazeli ilə aparıb Arazdəyəndə Cavabdeh həyətinə ötürdüklərini, inəkləri balası ilə cütünü 2500 manata və yaxud 2200 manata razılaşdıqlarını xatırladığını, həmin vaxt Vüsalın Salmana pul verməsini görmədiyini, Salmanın əlavə olaraq Novruz adlı şəxsdən boz rəngli düyə aldığını, onu ətlik kimi Vüsala satdığını, Salmanın həmin düyəni Babək rayonu, Şıxmahmud kənd sakini taksi Novruz adlı şəxsdən aldığını, həmin düyəni də eyni qaydada onun maşını ilə Cavabdeh fermasına aparıb təhvil verdiklərini, düyəni Babək rayonu, Şıxmahmud kəndində özünün məxsus fermanın həyətindən apardıqlarını, düyənin Salmanın özünə məxsus olduğunu, sadəcə olaraq qış fəslində onun fermasında saxladığını, Salmanın sonradan ona dediyinə görə 3 qısır qoyunu da Vüsala satdığını, lakin bunu görmədiyini, necə razılaşdıqlarını da bilmədiyini, Salmanın 39 baş xırdabuynuzlu heyvanı Vüsala satdıqdan 1.5-2 ay sonra inəkləri Vüsala satdığını, Vüsalın mal-heyvanı nə etdiyini bilmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanma ilə bağlı hüquq münasibətləri təşkil edir. İddia tələbinin qanuni əsasını təşkil edən əsassız varlanma qaydalarını tənzimləyən “MM”-in: - 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların yaranma əsaslarından biridir. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı şahid ifadəsi və iddiaçının izahatı əsasında cavabdehin iddiaçının hesabına hər hansı hüquqi əsas olmadan hər biri 160 manat olmaqla 39 baş xırdabuynuzlu heyvana görə 6200 (altı min iki yüz qırx) manat, hər biri 1200 manat olmaqla 2 baş iribuynuzlu (yanında balası ilə) heyvana görə 2400 (iki min dörd yüz) manat, 1 baş iribuynuzlu heyvana görə 1800 (bir min səkkiz yüz) manat olmaqla ümumilikdə 10400 (on min dörd yüz) manat əsassız varlanmışdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçının hesabına bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan varlanmışdır. Həmçinin, şahidin məhkəmə iclasında verdiyi ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında vurğulanır ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən iddiaçının barəsində olan vergi məlumatları üzrə çıxarışdan onun “” sahəsində vergi ödəyicisi kimi fəaliyyət göstörməsini onun izahatını təsdiq edən obyektiv hal olaraq nəzərə alır. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Məhkəmə həmçinin iddianın qalmış hissəsinə münasibətdə isə qeyd edir ki, hər biri 100 manat olmaqla 5 baş xırdabuynuzlu heyvana görə 500 manat və cavabdehə satdığı heyvanlara görə qazanc olaraq ona verməli olduğu 300 manata dair hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Sözügedən halları ümumiləşdirən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı hesabına Cavabdeh əsassız varlandığı 10440 (on min dörd yüz qırx) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, iddia qalan hissədə əsaslılığı müəyyən olunmadığından rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Babək filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** (GPP) nömrəli qəbzlə ödədiyi 114.65 (bir yüz on dörd manat, altmış beş qəpik) miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehdan 10400 (on min dörd yüz) manat manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 114.65 (bir yüz on dörd manat, altmış beş qəpik) miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-573/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-573/2025
24.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver